Hövzə Xəbərlər Agentliyinin verdiyi məlumata əsasən, ölkə Elmi Hövzələrinin rektoru Ayətullah Əlirza Ərafinin bəyanatının tam mətni belədir:
بسم الله الرحمن الرحیم
الَّذِینَ یُبَلِّغُونَ رِسَالَاتِ اللَّهِ وَیَخْشَوْنَهُ وَلَا یَخْشَوْنَ أَحَدًا إِلَّا اللَّهَ وَکَفَیٰ بِاللَّهِ حَسِیبًا
Bağışlayan və Mehriban Allahın adı ilə
Peyğəmbərlər o kəslərdir ki, Allahın göndərdiyi əmrləri təbliğ edər, Allahdan qorxar və Ondan başqa heç kimdən qorxmazlar. Haqq-hesab çəkən olaraq Allah yetər.
(Əhzab surəsi 39-cu ayə)
Aşura qiyamının dəyərləri və İmam Hüseynin (ə) böyük qiyamı tarix boyu daim ayıqlıq, bəsirət və müqavimət üçün çağlayan bir bulaq olmuşdur. Məhərrəm ayı sadəcə şiə təqviminin mühüm bir məqamı deyil, eyni zamanda əvəzolunmaz bir fürsətdir ki, əbədi İslam dəyərləri yenidən dəyərləndirilsin və izah edilsin. Həmçinin zülm qarşısında dayanmaq və həqiqətləri üzə çıxarmaq kimi imkanlar yaratsın.
Hazırkı həssas şəraitdə, düşmənlər bütün qüvvələri ilə İran İslam Respublikasının dövlət strukturuna qarşı qarşı bütün cəbhələrdə hərtərəfli hücuma keçdikləri vaxtda, Aşura məfhumlarının batillə mübarizədə və "təbyin cihadında (həqiqətlərin açıqlanması) qırılmaz əlaqəsi daha da aydın görünür. Məhərrəm ayı, Ali Rəhbərin (Allah kölgəsini davamlı etsin) "təbyin cihadı" əmrinə cavab olaraq, ictimai fikrin işıqlandırılması, mədəniyyət və sosial media hücumlarına qarşı dayanma ruhunun gücləndirilməsi üçün layiqli bir zəmin yaradır.
Bu arada, Elmi Hövzələrin mərkəzlərindən əhəmiyyətli sayda istedadlı tələbələrin təbliğinin dəyərini anlayaraq və düzgün şəkildə dərk edərək ki, dində dərindən anlayışın son məqsədi xalqı xəbərdar etməkdir, müasir təbliğ üsullarından istifadə edərək təbliğat qrupları şəklində düşmənin hibrid müharibəsini neytrallaşdırmağa çalışmaları təqdirəlayiqdir.
Bu sətirlərlə, mən hövzə təbliğatçılarının, xüsusilə də hövzənin alimləri və istedadlı tələbələrinin tərəfindən cəmiyyətə ümid vermək və İran xalqının müqavimətinin Aşuranın qanlı hərəkatı ilə dərin bağlılığını düzgün zamanda açıqlamaq istiqamətində göstərdikləri səylərə görə dərin təşəkkürümü bildirirəm. Həmçinin bu dəyərli hərəkatda, "Bəlaği Mübin"(açıq aydın şəkildə təbliğ) hibrid müharibə qərargahı, təbliğat və mədəniyyət işlər müavinliyinə, eləcə də nüfuz sahiblərinə və istedadlı tələbələr tərəfindən çəkilən zəhmətlərə görə minnətdarlığımı bildirirəm.
Ümidvaram ki, bu qiymətli təşəbbüs qarşıdakı təbliğ mövsümlərində davam etdirilər və Ali Rəhbərin (Allah onun qorusun) Qum hövzəsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə ünvanladığı tövsiyəsində və digər bəyanatlarında qeyd etdiyi kimi, “Təbliğ” hövzənin birinci prioriteti kimi daha da aydın və bariz hala gəlsin.
Əlirza Ərafi
İran İslam Respublikasının Elmi Hövzələr üzrə rektoru
Rəyiniz