çərşənbə axşamı 15 iyul 2025 - 19:57
İran xalqının qüdrəti Aşura məktəbinin sayəsində formalaşmışdır

Hövzə / Tehran vilayəti üzrə İslam Təbliğatı Koordinasiya Şurasının başçısı dedi: İran xalqının qüdrəti Aşura məktəbinin sayəsində formalaşmışdır.

Hövzə Xəbər Agentliyinin Tehrandan verdiyi məlumata əsasən, Tehran vilayəti üzrə İslam Təbliğatı Koordinasiya Şurasının başçısı Höccətül-İslam vəl-müslimin Seyid Möhsün Mahmudinin iştirakı ilə Tehranın cənub-şərqində yerləşən Vəramin şəhərində iqtidar şəhidlərinin anım mərasimi keçirilib.Anım mərasimində şəhid ailələri, hərbi və təhlükəsizlik qüvvələri, eləcə də müxtəlif təbəqələrdən olan insanlar iştirak ediblər.

Şəhidlərin pak ruhlarına xüsusilə də son zamanlar düşmənin hücumlarında şəhid olmuş məzlum şəhidlərə salam göndərərək belə dedi:
Şəhidlər bu millətin yolunu işıqlandıran çıraqdır və bu gün də təhlükəsizlik və iqtidar şəhidlərinin mübarək qanı inqilabın təməlinə həyat bəxş edir.

O bildirib ki, İslam İnqilabının tarixində düşmənlər daim bu ölkəyə zərbə vurmağa çalışıblar. İnqilabın ilk günlərindən bu günə qədər düşmən heç bir fitnədən geri durmayıb, lakin Aşura məktəbinin bərəkəti və xalqın ayıqlığı sayəsində hər zaman məğlub olublar.

Höccətül-İslam vəl-müslimin Mahmudi sionist rejimin və cinayətkar Amerika hökumətinin son cinayətlərinə işarə edərək əlavə edib: Gecə saatlarında həyata keçirilən təxribatlarda bu ölkənin ən dəyərli övladları o cümlədən hərbi komandirlər, nüvə alimləri, iffətli qadınlar və hətta günahsız uşaqlar şəhid edildi. Lakin düşmənlər hələ də anlamayıblar ki, İran xalqı Aşura məktəbinin davamçısıdır və şəhidlikdən qorxmur.

Tehran vilayəti üzrə İslam Təbliğatı Koordinasiya Şurasının başçısı vurğuladı: Yezid əsgərlərinin düşündüyü kimi, İmam Hüseynin (ə) və yoldaşlarının şəhidliyi ilə onun adını tarixdən sildiklərini güman etdikləri kimi, bu gün də İslam düşmənləri hesab edir ki, İran xalqının komandirlərini və dahi şəxsiyyətlərini qətlə yetirməklə İslam İnqilabını diz çökdürə bilərlər. Lakin məğlubiyyət məhz onların olacaq.

Höccətül-İslam vəl-müslimin Mahmudi əlavə etdi: Son cinayətlərdən sonra İran xalqının yekdilliklə “ Amerikaya ölüm olsun olsun!” və “İsrailə ölüm olsun" şüarları göstərdi ki, milli birlik bu xalqın qələbəsinin açarıdır. İran xalqı möhkəmliyilə və mübarizəsi ilə küfrün əsas sütunlarını sarsıdıb və dünyaya aşura mədəniyyətinin hələ də yaşadığını çatdırıb.

O bildirib:Hərbi komandirləri, tanınmış alimləri, iffətli qadınları və hətta ana bətnindəki körpələri şəhid etmək düşmənlərin ən böyük vəhşilik əlamətidir. Lakin bu xalq dağ kimi möhkəm dayanır və öz imamı ilə bir səsdə bildirir: "Zillət Bizdən Uzaqdır!"

Tehran vilayəti üzrə İslam Təbliğatı Koordinasiya Şurasının başçısı sonda İran xalqının düşmənlərə verdiyi açıq bəyanatına toxunaraq vurğulayıb: Bu xalq bütün varlığı ilə hazırdır ki, şəhidlər ağası İmam Hüseynin (ə) səhabələri kimi canını İslam yolunda o cümlədən İnqilab və Vəliyyi-Fəqihin yolunda fəda etsin. Bu gün dünyanın hər yerində İran İslam Respublikasına nəsib olan qürur mənbəyi olan şəhidlərin qanı və İslam İnqilabının Ali Rəhbərinin yol göstərməsinin bərəkətidir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha