Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi xəbərə görə, Xubriqan Məclisinin Rəyasət Heyətinin keçirdiyi iclasın sonunda bəyanat yayaraq, sionist rejimin Qəzza xalqına qarşı "qida blokadası qoymasını" şiddətlə qınayıb və beynəlxalq təşkilatları, İslam ölkələrini, xüsusilə müdrik və uzaqgörən alimləri və azad düşüncəli insanları hərəkətə keçməyə çağırıb.
Bəyanatın tam mətni aşağıdakı kimidir:
Bağışlayan və Mehriban Allahın adı ilə
«أُذِنَ لِلَّذِینَ یُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا ۚ وَإِنَّ اللَّهَ عَلَیٰ نَصْرِهِمْ لَقَدِیرٌ»
Düşmən hücumuna məruz qalanlara (möminlərə) zülmə uğradıqları üçün (döyüşməyə) izin verilmişdir. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir. (Həcc surəsi, 39-cu ayə)
Bu gün dünya Qəzzada baş verən ən dəhşətli insanlıq cinayətlərinə şahidlik edir. Aclıq və blokada nəticəsində minlərlə insanın tədricən ölməsi, onlarla günahsız qadın və uşağın aclıqdan həyatını itirməsi haqda xəbərlər yayılmaqdadır.
Halbuki qida blokadasından istifadə etmək beynəlxalq hüququn və insan hüquqlarının açıq şəkildə pozulması deməkdir. Bu cinayət qarşısında səssiz qalan və reaksiya verməyən hər kəs istər fərd olsun yaxud təşkilat, insanlığa sığmayan bu böyük cinayətdə sionist rejimlə şərikdir.
Bu faciənin dayandırılması, BMT-nin siyasi iradəsi, İslam ölkələrinin liderlərinin təşəbbüsü və xüsusilə uzaqgörən alimlərin və vicdanlı insanların səfərbərliyi ilə mümkündür. Məhz bu həyata keçirilməlidir. Əks halda Qəzzada uşaq ölümünə səssiz qalanlar tarixin ən pis səhifələrində yer alacaqlar.
Xubriqan Məclisinin Rəyasət Heyəti olaraq biz, İslam prinsiplərinə və bəşəri dəyərlərə əsaslanaraq, qida blokadasından sui-istifadə etmək açıq-aşkar ilahi əmrlərin və insan haqlarının pozulması kimi qiymətləndiririk. Sionist rejimin bu vəhşilikləri o cümlədən qida blokadasını həyata keçirtmək, yardım növbələrində dayanan insanlara hücumlar etmək ən sərt şəkildə qınanır. Biz Qəzzanın məzlum xalqına edilən istənilən yardımı cihad nümunəsi hesab edirik.
Xubriqan Məclisinin Rəyasət Heyəti xüsusilə Malayziya müsəlmanlarının Qəzzaya ərzaq və tibbi ləvazimat daşıyan yardım gəmiləri göndərmək təşəbbüsünü alqışlayır və bu təşəbbüsləri dəstəkləyir. Qəzzanın mühasirəsinin dərhal aradan qaldırılmasını və humanitar yardımların maneəsiz çatdırılmasına şərait yaradılmasını tələb edirik.
Sonda beynəlxalq ictimaiyyəti, İslam dünyasının alimlərini və azad düşüncəli insanları bu açıq-aşkar zülmə qarşı birləşməyə, sionist rejimin cinayətlərinə qarşı hüquqi təqib və beynəlxalq təzyiqlərlə ciddi addımlar atmağa çağırırıq.
Məhəmmədəli Müvəhhidi Kermani
Xubriqan Məclisinin Rəyasət Heyətinin sədri
Rəyiniz