çərşənbə axşamı 29 iyul 2025 - 18:39
Məgər İslam yalnız zalıma deyib: Ey zalım! Zülm etmə?

Hövzə / İslam yalnız zalımı zülmdən çəkindirməklə kifayətlənmir. O eyni zamanda məzluma da müraciət edərək, zülmü qəbul etməməyə və onu zülmə qarşı dayanmağa, haqqını tələb etməyə və səsini ucaltmağa çağırır. Quran ayələrinə əsasən, haqqı demək və açıq şəkildə etiraz etmək məzlum üçün təkcə icazəli deyil, bu həm də İslam dininin göstərişidir. İslam bu yanaşma ilə məzlumun sükut etməsini deyil, əksinə etiraz etməyə və zülmə qarşı çıxmağa təşviq edir.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, şəhid Mürtəza Mütəhhəri yazılı əsərlərindən birində "İslamın zalımla mübarizə üçün nəzərdə tutduğu istisna tədbiri” mövzusuna toxunmuşdur ki, onu siz dəyərli oxuculara təqdim edirik.

Məgər İslam yalnız zalıma deyib: Ey zalım! Zülm etmə? Məgər zalımlar haqqı qəbul edirlər?
 
Zalımların çoxu haqqı qəbul etmir. Belə olan halda İslamın vəzifəsi nədir?

İslam yalnız zalıma xitab etməklə kifayətlənmir, zülmün qəbul olunma zəminini də aradan qaldırır.

O, məzluma belə səslənir:
“Ey məzlum! Zülmə boyun əymək özü də bir növ zülmdür. Zalıma qarşı sərt və açıq mövqe sərgilə!”

Qurani-Kərimdə buyurulur:

  "لَا يُحِبُّ اللَّهُ الْجَهْرَ بِالسُّوءِ مِنَ الْقَوْلِ إِلَّا مَنْ ظُلِمَ"

Haqsızlığa məruz qalan istisna olmaqla, Allah pis sözün ucadan söylənməsini sevməz. Allah hər şeyi eşidəndir, biləndir. (Nisa surəsi, 148-ci ayə)


Qurani-Kərim, bir müsəlmanın arxasınca pis danışmağı (bir növ qeybət və rüsvay etməyi) pisləyir.
Bundan da betəri, bu pisliyi uca səslə, başqalarına deməkdir.
Amma yalnız bir halda bu davranış icazəlidir:

Əgər zülmə məruz qalmısansa, etiraz et! Səsini ucaldaraq haqqını tələb et! Zülmə qarşı fəryad et!

Mənbə: "Panzdəh qoftar" kitabı, səh. 263 (xülasə ilə)

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha