cümə axşamı 31 iyul 2025 - 17:44
Pakistan hökumətinin Ərbəin zəvvarlarının quru yolu ilə səfərinə qadağa qoyması ilə bağlı olaraq ölkə daxilində genişmiqyaslı etirazlar baş qaldırıb

Hövzə / Pakistan hökumətinin Ərbəin günlərində İraqda olan məsum İmamların (ə) ziyarətinə quru yolu ilə səfərləri qadağan etməsi qərarına cavab olaraq, İmam Hüseynin (ə) zəvvarları və matəm iştirakçıları Kəraçi şəhərində etiraz aksiyaları keçirməklə narazılıqlarını ifadə ediblər.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, Pakistan hökumətinin İmam Hüseynin (ə) Ərbəin ziyarəti günlərində zəvvarların İraqda olan məsum İmamların (ə) ziyarətinə quru yolu ilə səfərinə qadağa qoyması qərarının ardınca, bir qrup İmam Hüseynin (ə) zəvvarı və matəm iştirakçıları Kəraçi şəhərində etiraz aksiyası keçirməyə başlayıblar.

Pakistan hökumətinin Ərbəin zəvvarlarının quru yolu ilə səfərinə qadağa qoyması ilə bağlı olaraq ölkə daxilində genişmiqyaslı etirazlar baş qaldırıb

Etirazçılar hökumətin bu qərarına qarşı şüarlar səsləndirərək onun dərhal ləğv olunmasını tələb ediblər. Onlar bildiriblər ki, bu addım yalnız dini azadlıqlara zidd deyil, həm də vətəndaş hüquqları prinsipləri və dövlətin hüquqi öhdəlikləri ilə tamamilə ziddiyyət təşkil edir.

Tədbirdə çıxış edən Pakistan Şiə Alimləri Şurasının baş katibinin müavini Höccətül-İslam Nazir Abbas Təqvi, hökumətin qərarını qətiyyətlə pisləyərək bildirib:
Dövlət zəvvarların səfər yollarında təhlükəsizliyi təmin etməli olduğu halda, yolları bağlamaqla xalqın dini və insani hüquqlarını pozur. Vətəndaşların canını, malını və ləyaqətini qorumaq dövlətin aydın və danılmaz vəzifəsidir. Biz bu qərarı qəti şəkildə rədd edirik və zəvvarların müəyyən olunmuş vaxtda müqəddəs məkanları ziyarət edə bilməsi üçün yolların dərhal açılmasını tələb edirik.

O, dövlətin hüquqi öhdəliklərinə toxunaraq əlavə edib:
Bu qərar tamamilə əsassız və qəbulolunmazdır. Əgər təhlükəsizliklə bağlı həqiqi narahatlıqlar varsa, dövlət qadağa qoymaq əvəzinə, lazımi infrastruktur və şəraiti təmin etməklə zəvvarların təhlükəsiz səfər etməsinə şərait yaratmalıdır. Problemi qadağalarla deyil, onun həlli yollarını tapmaq lazımdır.

Daha sonra çıxış edən Höccətül-İslam Kamran Abidi də bu qərarı dini azadlıqların açıq şəkildə pozulması kimi qiymətləndirib və vurğulayıb:
Ərbəin mərasimi milyonlarla müsəlmanın böyük dini inancının bir hissəsidir. Heç bir qurum və ya şəxs bu mənəvi vəzifənin yerinə yetirilməsinə mane ola bilməz. Quru yolların bağlanması xalqın qanuni azadlıqlarının məhdudlaşdırılmasıdır və bu heç bir demokratik sistemdə qəbulolunan deyil.

Etirazçılar həmçinin Pakistanın daxili işlər naziri Möhsin Nəqəviyə qarşı şüarlar səsləndirərək, onun quru yollara səfərin qadağan olunması ilə bağlı son bəyanatına kəskin reaksiya veriblər. Onlar xəbərdarlıq ediblər ki, əgər bu məhdudiyyətlər davam edərsə, etiraz aksiyalarının miqyası daha da genişlənəcək.

Tədbirin sonunda iştirakçılar ölkənin ali rəhbərliyinə müraciət edərək bu qərarın yenidən nəzərdən keçirilməsini və Ərbəin zəvvarları üçün qanuni, təhlükəsiz və azad səfər imkanlarının təmin olunmasını tələb ediblər. Onlar vurğulayıblar ki, bu qərarın islah olunmasında hər hansı gecikmə ictimai narazılığın artmasına və xalqın hökumətə olan inamının zəifləməsinə səbəb ola bilər. Bu isə ölkənin dini və ictimai sabitliyi baxımından ciddi təhlükə yarada bilər.

Pakistan hökumətinin Ərbəin zəvvarlarının quru yolu ilə səfərinə qadağa qoyması ilə bağlı olaraq ölkə daxilində genişmiqyaslı etirazlar baş qaldırıb

Pakistan hökumətinin Ərbəin zəvvarlarının quru yolu ilə səfərinə qadağa qoyması ilə bağlı olaraq ölkə daxilində genişmiqyaslı etirazlar baş qaldırıb

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha