bazar ertəsi 4 avqust 2025 - 22:39
Ayətullah Seyid Yasin Musəvi: İraq hələ də Amerikanın təsiri altındadır və dövlət kiminsə şəxsi qanunu ilə deyil, müstəqil dövlət qurumlarına əsaslanmalıdır.

Hövzə / Bağdadın cümə imamı Ayətullah Seyid Yasin Musəvi vurğulayıb ki, İraq keçmiş rejimin devrilməsindən iyirmi ildən çox vaxt keçməsinə baxmayaraq hələ də Amerikanın təsiri altındadır. O, ölkənin siyasi və təhlükəsizlik müstəqilliyinin qorunması üçün kiminsə şəxsi qanuna yox, müstəqil dövlət qurumlarına əsaslanmasını tələb edib.

Hövzə Xəbər Agentliyinin beynəlxalq şöbəsinin məlumatına görə, Bağdadın cümə imamı və Nəcəf şəhərinin elmi hövzəsinin tanınmış alimlərindən olan Ayətullah Seyid Yasin Musəvi cümə namazının xütbələrində bildirib ki, keçmiş rejimin devrilməsindən iyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, İraq hələ də Amerika Birləşmiş Ştatlarının qərarlarının təsiri altındadır. O qeyd edib ki, ABŞ ölkənin siyasi və hərbi qərarvermə mexanizminin əsas sahələrinə nəzarəti əlində saxlayır.

O, İranın İraqdakı siyasi nüfuzu mövzusunda aparılan yersiz müzakirələrin yalnız ABŞ-ın yürütdüyü planının ictimaiyyətin diqqətindən yayındırmaq üçün bir bəhanə olduğunu bildirib və deyib: “Hətta ABŞ-ın indiki prezidenti Donald Tramp etiraf etmişdi ki, İranın İraqda nə siyasətdə, nə iqtisadiyyatda, nə də təhlükəsizlik sahəsində heç bir real təsiri yoxdur. Mən İranı müdafiə etmirəm, amma ölkənin qurumlarının asılılığına və qarışıqlığına görə ABŞ-ı məsul hesab edirəm.”

Ayətullah Musəvi əlavə edib ki, İraq indiyədək real dövlət qurumları qura bilməyib və nazirliklər hələ də fərdi yanaşma ilə idarə olunur. Elə ki, hər yeni nazir gələndə bütün inzibati heyəti tamamilə dəyişir və idarəetmə strukturunda heç bir əsaslı dəyişiklik olmur. O deyib: Bizə elə nazirliklər lazımdır ki, qanun və inzibati iyerarxiya əsasında qurulsun, eynilə İranda gördüyümüz kimi, burada dövlət müəyyən bir şəxsin iradəsindən asılı deyil.

O, ölkədə təhlükəsizlik sahəsində qərarvermə müstəqilliyinin olmamasını kəskin tənqid edərək vurğulayıb ki, İraq təhlükəsizlik qüvvələri faktiki olaraq ABŞ-ın göstərişləri əsasında çalışır. O əlavə edib: “Ölkədəki birgə qüvvələr birbaşa ABŞ-ın nəzarəti altında fəaliyyət göstərir və həmin Birgə Əməliyyatlar Mərkəzinin başçısı bir amerikalıdır. Heç bir İraq təyyarəsi beynəlxalq koalisiyanın icazəsi olmadan uçuş və ya eniş edə bilməz; Bəs haradadır bizim suverənliyimiz?

Ayətullah Musəvi İraq ordusunun vəziyyətindən dərin təəssüfünü bildirərək dedi:
“İraq bu gün öz torpaqlarını müdafiə edə biləcək orduya malik deyil, çünki 2003-cü ildən sonra ABŞ siyasətləri ölkənin təhlükəsizlik qurumlarının ləğvinə və zəifləməsinə səbəb olub. O soruşdu: “Biz həqiqi hərbi təlimlər keçirmişikmi? Səmərəli hərbi manevrlər həyata keçirmişikmi? Biz güclü müdafiə sistemlərindən məhrum bir ölkəyik.

O, həmçinin infrastruktur və şəhərsalma planlaşdırılması ilə bağlı problemlərə toxunaraq dedi:
“İraq müasir şəhərlərin inşası üçün sivilizasiya yönümlü baxış təqdim edə biləcək o cümlədən əsaslı proqramları həyata keçirə biləcək Nazirliyə malik deyil. Layihələr araşdırma aparılmadan başlanır, onlara milyardlarla dinar xərclənir, sonra isə yarımçıq buraxılır. Xalq elektrik, su və yollar kimi xidmətlərdə heç bir real yaxşılaşma görmür, təqdim olunan həlledici tapşırıqlar isə müvəqqəti xarakter daşıyır və real ehtiyaclara cavab vermir.

Xütbənin davamında Ayətullah Musəvi Fələstin məsələsinə də toxunaraq, İsrail Knessetində İordan çayının qərb sahilinin işğal olunmuş torpaqlara birləşdirilməsi planının təsdiqlənməsinin yaratdığı təhlükələr barədə xəbərdarlıq etdi.
O vurğuladı ki, bu qərar yalnız baş nazir Benyamin Netanyahunun verdiyi bir addım deyil, Knessetdə iştirak edən bütün yəhudilərin tam razılığını əks etdirir. O əlavə etdi: “Böyük Yəhudi Dövləti layihəsi yeni bir plan deyil, o, Balfour bəyanatının verilməsindən əvvələ gedib çıxır və ərəb torpaqlarını udmaq məqsədilə yüz ildən artıqdır davam edən bir proqramın tərkib hissəsidir.”

O qeyd etdi ki, Amerika Birləşmiş Ştatları xüsusilə Tramp dövründə, İsraili bu layihəni reallaşdırmaqda birbaşa və geniş dəstək vasitəsilə kömək etməyə çalışdı. Lakin bu cəhdlər Livan, Fələstin və İraqdakı müqavimətin davamlılığı və möhkəmliyi sayəsində uğursuzluğa düçar oldu.

Ayətullah Musəvi vurğuladı ki, müqavimət qüvvələri hələ də öz güc zirvəsindədir və bölgə şiələri Amerika Sionist layihəsinə qarşı son səddir. O dedi:
“İraq, Livan və İran şəhidləri hələ də ümmətin vicdanında yaşayır və o dünyadan ümmətə yol göstərib rəhbərlik edirlər. Seyid Həsən Nəsrullah, Şəhid Əbu Mehdi Mühəndis və bütün fədakar komandirlər müqavimətin məğlubedilməz simvollarıdır.

Xütbənin sonunda Ayətullah Musəvi İraq xalqına müraciət edərək onlardan xahiş etdi ki, şəxsləri seçərkən vədlərə və hisslərə əsaslanan məntiqdən uzaqlaşsınlar və ölkəni irəli apara biləcək proqramlar və layihələr axtarsınlar.
O dedi: “Sadəcə kimisə sevdiyimiz üçün və ya verdiyi vədə görə seçmək kifayət deyil; biz fərdlər tərəfindən deyil, ümumi xalq tərəfindən idarə olunan hərtərəfli bir inkişaf layihəsinə ehtiyac duyuruq.”

Bağdadın cümə imamı sonda vurğulayıb: “İraqın gələcəyi yalnız asılılıqdan qurtulmaq, müstəqil qərar qəbul edən güclü institutlar qurmaq, aydın strateji planlaşdırma aparmaq və siyasi, təhlükəsizlik suverənliyini bərpa etməklə, həmçinin iqtisadi, sosial və xidmət sahələrində vəziyyəti yaxşılaşdırmaqla mümkün olacaq.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha