çərşənbə 13 avqust 2025 - 09:31
Ərbəin ərəfəsində Pakistanda İmam Hüseyn (ə) əzadarlarına qarşı əsassız və qanunsuz həbslər başlayıb 

Höccətül-İslam Şübeyr Həsən Meysəmi çıxışında Pakistanın Pəncab əyalətində Hüseynçi əzadarlara qarşı zorakı davranışları və onların həbsini pisləyib. Həmçinin onların dərhal azadlığa buraxılmalarını və bu hərəkətlərə son qoyulmasını tələb edib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən, Pakistan Şiə Alimləri Şurasının baş katibi Höccətül-İslam vəl-müslimin Şübeyr Həsən Meysəmi,  İslamabadda bu şuranın bir qrup məsul şəxsi və üzvlərinin iştirakı ilə keçirilən mətbuat konfransında Pakistanın Pəncab əyalətində Hüseynçi əzadarlara qarşı sərt rəftar və kütləvi həbslərə kəskin reaksiya göstərib və bu addımları qorxaqlıq nümunəsi kimi o cümlədən bunu Pakistan hökumətinin verdiyi rəsmi bəyanat və vədlərinə düzgün olmadığını deyib.

O, çıxışının davamında əzadarlara qarşı artan həbslər dalğasına və çoxsaylı məhkəmə işlərinin açılmasına toxunaraq vurğulayıb: Bu rəftarlar təkcə Pəncab əyalətinin baş naziri və hökumətinin elan etdiyi mövqelərlə açıq ziddiyyət təşkil etmir, həm də xalq arasında qorxu və vahimə mühiti yaradır ki, bu da tamamilə qəbuledilməzdir.

Höccətül-İslam Şübeyr Meysəmi bu narahatedici prosesin dərhal dayandırılmasını tələb etməklə yanaşı, əsassız olaraq saxlanılan bütün şəxslərin azad edilməsini istəyib və İmam Hüseynin (ə) Ərbəin mərasimlərinin gözəl,geniş və dinc şəkildə keçirilməsi üçün uyğun şəraitin yaradılmasının vacibliyini vurğulayıb. O, həmçinin xəbərdarlıq edib ki, əgər bu vəziyyət davam edərsə, xalq öz vətəndaş və dini hüquqlarını müdafiə etmək üçün etiraz və kütləvi aksiyalara əl atacaq və bunun nəticələrinin tam məsuliyyəti hökumət və aidiyyəti qurumların üzərinə düşəcək.

Davam edən bu iclasda Pakistan Şiə Alimləri Şurasının baş katibi, əzadarlara qarşı gecə vaxtı evlərə hücumlar və onların şəxsi məxfiliyinin pozulmasını pisləyərək deyib: Xüsusilə Pəncab əyalətinin cənub bölgələrində onlarla günahsız əzadar həbs edilib. Bu addımlar hakim partiya və şəxsən baş nazir tərəfindən verilmiş vədlər və elan olunmuş hədəflərlə tamamilə ziddiyyət təşkil edir və ictimai rəyində hökumət haqqında mənfi və ümid­siz bir təsəvvür formalaşdırır.

O, sözlərinin davamında əlavə edib: Əzadarlara qarşı çoxsaylı məhkəmə işlərinin açılması və matəm məclislərinə geniş məhdudiyyətlərin tətbiqi, bizim qanuni və şəri hüquqlarımızın açıq şəkildə pozulması deməkdir və heç bir şəxs və ya qurum dini mərasimlərin keçirilməsinə mane olmaq hüququna malik deyil.

Bu tanınmış pakistanlı alim, dini azadlıqların qorunması və əzadarlara təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayaraq, bir daha rəsmilərə müraciət edib ki, əsassız həbslərə dərhal son qoysunlar və İmam Hüseynin (ə) matəm mərasimlərinin keçirilməsi yolundakı maneələri aradan qaldırsınlar. O, həmçinin xəbərdarlıq edib ki, əgər bu proses davam edərsə, genişmiqyaslı xalq reaksiyası baş verəcək və onun nəticələrinin tam məsuliyyəti hökumət və aidiyyəti qurumların üzərinə düşəcək.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha