cümə axşamı 21 avqust 2025 - 17:29
Mərhum Fərşçiyan İran incəsənəti səmasında parlaq bir ulduz idi

İmam Xamenei mesajında görkəmli və tanınmış sənətkar cənab Mahmud Fərşçiyanın vəfatı münasibətilə başsağlığı verib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, İslam İnqilabının Ali Rəhbərinin bəyanatının tam mətni belədir:

Bismillahir-rəhmanir-rəhim

Görkəmli və tanınmış sənətkar cənab Mahmud Fərşçiyan İran incəsənəti səmasında parlaq bir ulduz idi.

Onun sədaqəti və dinə bağlılığı səbəb oldu ki, dəyərli məharətini dini maarifə və mənəviyyat yoluna yönəltsin. O, özündən sonra incəsənət sahəsində əbədi əsərlər yadigar qoymuşdur.

Allahın rəhməti və bərəkəti onun üzərinə olsun. Onun ailəsinə, dostlarına, şagirdlərinə və ölkənin incəsənət ictimaiyyətinə başsağlığı verirəm.

Seyid Əli Xamenei

20 avqust 2025-ci il

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha