bazar ertəsi 25 avqust 2025 - 16:18
Gərək çalışaq ki, incəsənət və şeir tövhidə bağlansın. Əgər dini irs düzgün şəkildə dirçəldilsə, İslam cəmiyyəti yadların təhdidi ilə üzləşməyəcək.

Hövzə / Həzrət Ayətullah Cavadi Amuli deyib: Gərək çalışaq ki, incəsənət və şeir tövhidə (Allaha) bağlansın. Əgər tövhid diri olsa, nə yolumuzu azacağıq, nə də kiminsə yolunu kəsəcəyik. Yeganə yol elə budur. Belə bir şəraitdə heç bir düşmən bizi təhdid edə bilməz. Belə bir kafir hərbiçinin müsəlmanların rəhbərini hədələməyə cürət etməsi, bizim tövhiddə zəifliyimizi göstərir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Həzrət Ayətullah Cavadi Amuli, Ayətullah Əlirza Ərafi, Meybod və Yəzdin IV tövhid şeirinin Konqres Şurasının üzvləri ilə görüşdə İslam mədəniyyətində şeir və incəsənətin yerinə işarə edərək buyurdu: Elmi Hövzə cərəyanı hələ İmamların (ə) öz əlləri ilə başladığı ilk gündən bəzən incəsənətlə yanaşı olub, bəzən isə Əhli-Beyt (ə) özləri şeir söyləyiblər, bəzən də başqalarının şeirlərindən faydalanıblar. Həqiqi incəsənət odur ki, mənəviyyat hiss olunana, hiss olunan isə mənəviyyata çevirlsin. Yəni ağıl və tövhidin ağır məfhumlarını təsəvvür və hiss yolu ilə camaatın ümumi anlayışına çatdıra bilsin.

O, əlavə edib: Bir çox şeirlər yalnız təxəyyül, xəyal və hiss dairəsində dövr edir və bu qısa yolda gedib-gəlməkdən ibarətdir.Lakin əsl incəsənət odur ki, bir addım da irəli gedə, hiss olunanı hiss etdirə və hiss olunanı hissiyyata çatdıra bilə.  Bu isə nadir hallarda görünən bir incəsənətdir və yalnız Hafiz, Sədi, Mövlana, Feyz Kaşani  kimilərinin ədəbi əsərlərində təcəlli etmişdir. Əgər bir sənətkar çətin ağıl və ilahi məfhumları xəyal və hiss yolu ilə xalq üçün anlaşılan şəkildə edə bilsə, onda onun sənəti tövhidə və maarifə xidmət etmiş olar.

Tövhidlə incəsənət və şeirin bağlı olmasının vacibliyinə təkid

Həzrət buyurdu: Gərək çalışaq ki, incəsənət və şeir tövhidə bağlansın. Əgər tövhid diri olsa, nə yolumuzu azarıq, nə də kiminsə yolunu kəsərik. Yol yalnız budur. Belə bir şəraitdə heç bir düşmən bizi təhdid edə bilməz. Kafir bir hərbiçinin müsəlmanların rəhbərini təhdid etməyə cəsarət etməsi bizim tövhiddə zəifliyimizin göstəricisidir. Ola bilər ki, dilimizlə tövhiddən danışaq, amma əməl baxımından mənliklərə qapıldığımız müddətdə həqiqi tövhid cəmiyyətimizdə dirçəlməyəcəkdir.« Mərifətli ol ki, məndə eşq artsın, onu bilənlə aşina ol ki, eşqi tanıtsın »
 Həqiqi Allaha bağlı olan kəs əsla fəsad, oğurluq və azğınlıq sahibi olmaz.

Həzrət Ayətullah Cavadi Amuli buyurub:
«Bu günki Elmi Hövzələr yalnız Əhli-beyt (ə) elm və biliklərinin bir qismini tədris edirlər, halbuki dini mirasımızda çox qiymətli sərvətlər var ki, onlar tövhid əsaslı bir sivilizasiyanın təməlini qoya bilər. Əgər bu biliklər düzgün şəkildə canlandırılsa, İslam cəmiyyəti artıq həm xarici təhdidlərə, həm də daxili zəifliklərə məruz qalmayacaq.»

O əlavə edib:Siz ki, tövhid yönümlü şeir yolunda addım atmısınız, gərək çalışasınız ki, şeiriniz və incəsənətiniz xəyali səviyyədən daha yuxarı qalxsın və tövhidin izahı və möhkəmlənməsi yolunda xidmət etsin. Əgər bu cür olsa, sizin sənətiniz təkcə qalıcı olmayacaq, həm də nəsilləri həqiqətə doğru yönləndirəcək.

Görüşün əvvəlində Ayətullah Ərafi və Konqres iştirakçıları “dördüncü tövhid şeiri konqresinin” keçirilməsi barədə hesabat təqdim ediblər.

Bu hesabatda tövhidin dini düşüncənin və bəşəri həyatın əsas sütunu kimi əsl mövqeyinə, həmçinin onun hərtərəfli və orijinal şəkildə dərk edilməsinə diqqət yetirməyin zəruriliyinə təkid edildi.

Xəbərin sonu

Gərək çalışaq ki, incəsənət və şeir tövhidə bağlansın. Əgər dini irs düzgün şəkildə dirçəldilsə, İslam cəmiyyəti yadların təhdidi ilə üzləşməyəcək.

Gərək çalışaq ki, incəsənət və şeir tövhidə bağlansın. Əgər dini irs düzgün şəkildə dirçəldilsə, İslam cəmiyyəti yadların təhdidi ilə üzləşməyəcək.

Gərək çalışaq ki, incəsənət və şeir tövhidə bağlansın. Əgər dini irs düzgün şəkildə dirçəldilsə, İslam cəmiyyəti yadların təhdidi ilə üzləşməyəcək.

Gərək çalışaq ki, incəsənət və şeir tövhidə bağlansın. Əgər dini irs düzgün şəkildə dirçəldilsə, İslam cəmiyyəti yadların təhdidi ilə üzləşməyəcək.

Gərək çalışaq ki, incəsənət və şeir tövhidə bağlansın. Əgər dini irs düzgün şəkildə dirçəldilsə, İslam cəmiyyəti yadların təhdidi ilə üzləşməyəcək.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha