bazar ertəsi 1 sentyabr 2025 - 19:54
Pakistan Müsəlmanlarının Vəhdət Məclisinin başçısı: İsrailin Yəmənə qarşı törətdiyi cinayət beynəlxalq qanunların açıq pozuntusudur

Hövzə / Senator Raca Nasir Abbas Cəfəri İsrail rejiminin Yəmənə qarşı törətdiyi hücumu nəticəsində, baş nazir və bir neçə kabinet üzvünün şəhid edilməsi ilə nəticələnən son hücumunu qətiyyətlə pisləyib və bunu beynəlxalq qanunların açıq pozuntusu hesab edib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumatına əsasən, Pakistan Müsəlmanlarının Vəhdət Məclisinin başçısı senator Raca Nasir Abbas Cəfəri bir bəyanatda İsrail rejiminin Yəmənə qarşı törətdiyi son hücumu nəticəsində Ənsarullah hökumətinin baş naziri Əhməd Qalib əl-Rəhavi və bir sıra kabinet üzvlərinin şəhid olmasını qətiyyətlə pisləyib və bunu açıq cinayət və beynəlxalq qanunların aşkar pozuntusu adlandırıb.

O, bu hərəkəti “ vəhşi cinayət” və “beynəlxalq qanunların açıq pozuntusu” adlandırıb və deyib: “Bu qorxaq hücum İsrail rejiminin qanunsuz və müharibə tərəfdarı bir varlıq olduğunu daha açıq göstərdi. Lakin belə cinayətlər İsraili qaçılmaz süqutdan xilas edə bilməz, çünki bu rejim hər təcavüzü ilə öz məhvinə bir addım daha yaxınlaşır.”

Pakistan Müsəlmanlarının Vəhdət Məclisinin başçısı Yəmən xalqının dözümlü ruhunu tərifləyərək vurğulayıb: “Cəsur və müqavimətli Yəmən xalqı bu faciəni də dəf edəcək və şəhidlik yalnız onların iradəsini və birliyini daha da gücləndirəcək.”

O, sonunda Yəmən xalqına həmrəylik və başsağlığı ifadə edərək əlavə edib: “Bu çətin anlarda biz şərəfli Yəmən xalqının yanındayıq və Allahdan onlara səbr, möhkəmlik və zülm və təcavüz qarşısında yekun qələbə diləyirik.”

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha