bazar 7 sentyabr 2025 - 22:45
Elm sahələrinin ixtisaslaşması ilə bağlı qorxular və ümidlər; Ayətullah Ərafi çıxış yolu göstərir

Hövzə / Ayətullah Ərafi elmlərin ixtisaslaşması ilə bağlı qorxuları və ümidləri şərh edərək dedi: Əgər elmlərin ixtisaslaşmasını kənara qoysaq, kitablar və sünnədən bizə gizli qalacaq üfüqlər olacaq. Mütləq şəkildə sahə-sahə irəliləməliyik, çünki həm imkanlarımız və mənbələrimiz sonsuzdur həm də bu günün sualları və ehtiyacları sonsuzdur. Ancaq bunun zərərlərinə qarşı da proqramımız olmalıdır.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata əsasən, Ayətullah Əlirza Ərafi, (şənbə günü, sentiyabr ayının 6-sı) Qumda yerləşən Əimmə Ət-Har (ə) (pak imamlar) Tədris və Tədqiqat Kompleksində yeni tədris ilinin açılış mərasimində çıxış edib. Fiqh zalında keçirilən bu mərasimdə o, Həzrət Peyğəmbəri-Əkrəmin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludunu təbrik edib, həmçinin Vəhdət həftəsini yad edərək bildirib: “Bu il İslam Peyğəmbərinin (s) mövludunun min beş yüzüncü ildönümüdür. Həzrət Əmirəl-möminin (ə) «Nəhcül-Bəlağənin» qırx yerində Həzrət Peyğəmbər (s) barədə danışmışdır və bu bəyanatlar İslam Peyğəmbərinin (s) nurani simasını aydın şəkildə təsvir edir.

Həzrət Peyğəmbəri-Əkrəmin (s) ən gözəl soy və fəzilətlərə malik olduğunu bildirən Elmi Hövzələrin rektoru sözlərinə davam edərək dedi: O, cahiliyyət dövrü kimi ən pis mühitdə və bütün işlərin azğınlığa yönəldiyi vaxtda (vəhyin olmadığı) əsrində zühur etdi.

O əlavə edərək dedi: Bucür uca peyğəmbərlik ağacı ən pak diyar olan müqəddəs Məkkə şəhərində cücərmiş və oradan ucalmışdı. Allahın Rəsulu (s) yeni bir sivilizasiyanın başlanğıcı oldu. O Həzrət, insanlıq üçün qapalı olan qeyb aləminin qapılarını açdı və başqa heç yerdə olmayan həqiqətləri gətirdi.

Elmi Hövzələr Peyğəmbərin (s) mirasıdır

Elmi Hövzələrin Ali Şurasının üzvü əlavə etdi: Allahın Rəsulu (s) bizə can bəxş etdi və bütün insanlığa nur verdi.Bu böyük inqilab Peyğəmbərin işi idi ki, insanları yeni bir dünya və üfüqlərə yönəltdi. Bu gün hövzə elmi, həmin peyğəmbərin və pak soyunun mirasçısıdır.

Ayətullah Ərafi bildirib: Bütün hövzə alimlərinin kimliyi, Allah Rəsulunun (s) və İmam Cəfər Sadiqin (ə) yolunun davamıdır. Bu mahiyyət, bizim hamımızın əsas və möhkəm varlıq elementidir. Hövzə demək, peyğəmbərlik və imamlıq yolunun davamı deməkdir. Bu iş yalnız burada mövcuddur, başqa yerdə deyil. Hövzə bu yolun davamıdır və bu peyğəmbər biliklərinin ənənəsi, elmi və əməli təcrübəsi bizdə özünü göstərməlidir.

Elm sahələrinin ixtisaslaşması ilə bağlı qorxular və ümidlər; Ayətullah Ərafi çıxış yolu göstərir

İslamın və İslam İnqilabının dünyanın hər bir guşəsində olan böyük potensialla

Ölkənin Elmi Hövzələr üzrə rektoru İslamın və İslam İnqilabının dünyanın hər bir guşəsində böyük potensiallara malik olduğunu qeyd edərək vurğuladı: “Bu gün İslam İnqilabının bəxş etdiyi nemət sayəsində bütün dünya ilahi bilikləri və şiə məzhəbini eşitmək imkanına malikdir; Bu bilikləri qəbul etmək üçün böyük bir arzu vardır.

Xubriqan Məclisinin üzvü bildirib: “İslam İnqilabı dindarlar üçün gözəl imkanlar yaratmışdır və bizim vəzifəmiz, Allahın Rəsulunun (s) və Əimmə Ətharın (ə) yolunu davam etdirməkdir. Əimmə Ət-Harda yeni məsələlərə yönələn canlı bir mərkəz olmalıdır və həmd olsun ki, bu işdə yaxşı irəliləmişdir. Bu hörmət və qiymətləndirməyə layiqdir.

Elm sahələrinin ixtisaslaşması ilə bağlı qorxular və ümidlər

Ayətullah Ərafi çıxışının növbəti hissəsində elm sahələrinin ixtisaslaşması ilə bağlı qorxuları və ümidləri şərh edərək dedi: “Müzakirə olunan məsələ budur ki, elmlərin ixtisaslaşmasının üstünlükləri və çatışmazlıqları nədir? Fənlərin sahə-sahə bölünməsi və bu istiqamətdə inkişaf etməsi məqsədə uyğun və arzuolunandırmı, yoxsa deyil? Həmçinin, elmlərin ixtisaslaşmasının hansı mənfi cəhətləri var? Bilmək lazımdır ki, elmlərin ixtisaslaşması İmam Baqir (ə) və İmam Sadiq (ə) zamanında da mövcud olmuşdur və İmam Baqir (ə) və İmam Sadiqin (ə) böyük səhabələri fiqh, kəlam və ya digər elmlərə yönəlmişlər.

Elmi Hövzələrin rektoru bildirib: Elmlərin ixtisaslaşmasının və sahə-sahə bölünməsinin üstünlükləri çoxdur. Bu elmlərin daha dərin, yaradıcı və səmərəli olmasına səbəb olur və onların inkişafına kömək edir. Lakin bunun mənfi cəhətlərinə də diqqət yetirmək lazımdır. İxtisaslaşmanın və sahə-sahə bölünmənin əsas zərəri ondadır ki, bu detallaşdırmada bəzən geniş və ümumi baxış itirilə bilər.

Elmlərin ixtisaslaşmasının zərərləri və qarşılaşdığı çətinliklər

O, mövzusunu izah edərək deyib: “Məsələn, tibbi fiqh sahəsində detallaşdıqca, orqanlar arasındakı əlaqələr nəzərdən qaça bilər və metodologiya sahəsində də zərərlər yarana bilər. Bu zərərlər humanitar elmlərdə daha da ciddi olur. Çünki ümumi baxış və əsas metodlar itə bilər. Bu detalçılıq və ümumi prinsipləri nəzərə almama, elmlərin ixtisaslaşmasının əsas zərərlərindən biridir və biz buna mütləq diqqət yetirməliyik.

Elmlərin ixtisaslaşmasını kənara qoymağın zərərləri

Ayətullah Ərafi vurğuladı: “Əgər elmlərin ixtisaslaşmasını kənara qoysaq, kitablar və sünnədən bizə gizli qalacaq üfüqlər olacaq. Məsələn, bir hədisin hansı dərəcədə dərinliyə malik olduğunu nəzərə almaq lazımdır. Mütləq şəkildə sahə-sahə irəliləməliyik. Çünki həm imkanlarımız və mənbələrimiz sonsuzdur, həm də bu günün sualları və ehtiyacları çoxdur. Ancaq bunun zərərlərinə qarşı da proqramımız olmalıdır.

Elmlərin ixtisaslaşmasının zərərlərindən qorunmaq üçün çıxış yolları və tədbirlər*

Elmi Hövzələrin rektoru elmlərin ixtisaslaşmasının zərərlərinə və çətinliklərinə yol verməmək üçün tövsiyələr verərək vurğuladı: Birinci məsələ odur ki, Dini mətnlərin əsas tədqiqat metodlarına ciddi şəkildə diqqət yetirilməlidir. Fiqh prinsipləri yalnız fiqh üçün deyil, bu sahələrdə də geniş tətbiq imkanına malikdir Buna görə də bu sahədə də güclü olmalıyıq. İkinci məsələ isə kəlam və etiqad mövzularında da möhkəm dayanmaq və bu sahələrin metodologiyasını da yaxşı mənimsəməkdir.

Xubriqan Məclisinin üzvü əlavə etdi: Növbəti məsələ odur ki, əsas bilikləri düzgün və möhkəm şəkildə əldə edək. Elmlərin ixtisaslaşmasında üç mərhələ mövcuddur: Birinci mərhələ bakalavr səviyyəsi, ikinci mərhələ orta ictihad, üçüncü mərhələ yuxarı dərəcəli ictihad. Bu səviyyələrin hər birində proqramlaşdırma aparmaq mümkündür. Mənim tələbim odur ki, siz böyük bir kompleksdə hər üç səviyyə üçün proqram tərtib edin.

Elm sahələrinin ixtisaslaşması ilə bağlı qorxular və ümidlər; Ayətullah Ərafi çıxış yolu göstərir

Mərhum Ayətullah üzma Fazil Lənkəraninin (r) şəxsiyyəti

Ayətullah Ərafi çıxışının son hissəsində mərhum Ayətullah üzma Fazil Lənkəraninin (r) elmi və əməli yolunu izah edərək qeyd etdi: “O, Qum məktəbindən çıxan ikinci nəsil fiqh alimlərindən idi və eyni zamanda sahələrarası baxışa malik olub. İraq və Nəcəf hövzələrinin baxışlarını da kifayət qədər mənimsəmişdi.

O əlavə etdi: Mərhum Ayətullah-uzma Fazil Lənkərani (r) dərinlik və dəqiqliyi ilə yanaşı, mövzuları asan və anlaşılan şəkildə çatdırmaq xüsusiyyəti ilə də seçilirdi. O, xüsusi bir hərtərəfli elmə sahib idi və böyük bir fəqih olmasına baxmayaraq, İslam elmləri sisteminə də tam şəkildə bələd idi.

Elmi Hövzələrin rektoru çıxışının sonunda bildirdi: “Mərhum Ayətullah üzma Fazil Lənkərani (r) fövqəladə cihad və inqilabi ruh sahibi idi. İmam Xomeyni (r) ilə sıx əlaqəsi və əziyyətlərə, sürgünə dözməsi onun xüsusiyyətləri idi. O, böyük və vilayəti qəbul edən bir müctəhid idi və Əimmə Ət-Har Fiqh Kompleksi onun əsərləri və bərəkətlərindən biridir.

Xəbərin sonu

Elm sahələrinin ixtisaslaşması ilə bağlı qorxular və ümidlər; Ayətullah Ərafi çıxış yolu göstərir

Elm sahələrinin ixtisaslaşması ilə bağlı qorxular və ümidlər; Ayətullah Ərafi çıxış yolu göstərir

Elm sahələrinin ixtisaslaşması ilə bağlı qorxular və ümidlər; Ayətullah Ərafi çıxış yolu göstərir

Elm sahələrinin ixtisaslaşması ilə bağlı qorxular və ümidlər; Ayətullah Ərafi çıxış yolu göstərir

Elm sahələrinin ixtisaslaşması ilə bağlı qorxular və ümidlər; Ayətullah Ərafi çıxış yolu göstərir

Elm sahələrinin ixtisaslaşması ilə bağlı qorxular və ümidlər; Ayətullah Ərafi çıxış yolu göstərir

Elm sahələrinin ixtisaslaşması ilə bağlı qorxular və ümidlər; Ayətullah Ərafi çıxış yolu göstərir

Elm sahələrinin ixtisaslaşması ilə bağlı qorxular və ümidlər; Ayətullah Ərafi çıxış yolu göstərir

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha