Zəncan qadın elmi hövzəsinin müdiri: “Düşmən humanitar elmləri hədəfə almışdır.”
Hövzə Xəbər Agentliyinin Zəncandan verdiyi məlumata görə, vilayətin qadın elmi hövzələrinin yeni tədris ilinin açılış mərasimi tələbələr, müəllimlər və bu elmi mərkəzlərin rəhbərlərinin iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyinin Zeytun zalında təşkil olunmuşdur.
Mərasimdə çıxış edən Zəncan vilayətinin qadın elmi hövzəsinin müdiri höccətül-İslam vəl-müslimin Muhəddər, ölkənin Ali Rəhbərinin elmin inkişafının əhəmiyyətinə dair son çıxışlarına toxunaraq bildirmişdir:
“Düşmən yalnız texniki və mühəndislik elmlərini hədəf almamışdır, əksinə humanitar elmlərə daha çox diqqət yetirir. Çünki humanitar elmlər bütün elmlərin anasıdır və cəmiyyətin bir qisminin Qərbə meyillənməsi də məhz bu elmlərin təsirindən qaynaqlanır.”
O əlavə etmişdir ki, elmi hövzələr, xüsusilə də Zəncan Elmi Hövzəsi, İslami humanitar elmlər sahəsində mühüm addımlar atmağa və bu mədəni təcavüzə qarşı durmaq qabiliyyətinə malikdir.
Mərasimdə həmçinin Tehranın qadın elmi hövzəsinin müəllimi, şəhid Həsən Tehrani Müqəddəmin həyat yoldaşı xanım Heydəri də iştirak etmişdir. O, şəhidlərin, xüsusilə də şəhid Tehrani Müqəddəmin yüksək məqamını yad edərək, qadın tələbələrin İslami biliklərin təbliğində və İslam İnqilabının məqsədlərinin həyata keçirilməsində əvəzsiz rol oynadıqlarına diqqət çəkmişdir.
Həmid Avansari
Rəyiniz