şənbə 20 sentyabr 2025 - 16:44
Pakistanın baş naziri: İsrailin fələstinlilərə qarşı təcavüzləri açıq-aşkar cinayətdir. Bu rejimin BMT-dəki üzvlüyü ləğv edilməlidir

Hövzə/ Miyan Məhəmməd Şahbaz Şərif bəyanatında İsrailin fələstinlilərə qarşı təcavüzlərini açıq cinayət adlandırıb və bu rejimin BMT üzvlüyünün ləğvini, həmçinin İslam ölkələrinin Fələstin xalqını dəstəkləmək üçün dərhal hərəkətə keçməsini tələb edib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumatına əsasən, Pakistanın baş naziri Miyan Məhəmməd Şahbaz Şərif  bəyanatında sionist rejimin Fələstin xalqına qarşı cinayətlərini qəti şəkildə pisləyib, İslam və ərəb ölkələrini bu təcavüzlərin qarşısını almaq üçün təcili tədbir görməyə çağırıb və İsrailin BMT üzvlüyünün ləğv edilməli olduğunu vurğulayıb.

O, bildirib: Biz sionist rejimin fələstinlilərə qarşı cinayətkar hərəkətlərini və onun bölgədəki işğalçı və müharibə törədən siyasətlərini qətiyyətlə pisləyirik və bu qəsbkar rejimin BMT üzvlüyünün ləğvini tələb edirik.

Məhəmməd Şahbaz Şərif əlavə edib: İsrail təkcə Yaxın Şərqdə sülhü və diplomatik səyləri təhlükə altına atmayıb, həm də təcavüzlərini davam etdirməklə bölgədə müharibə odunu alovlandırır. Bu siyasətlərin qarşısını almaq yalnız İslam və ərəb ölkələrinin həmrəyliyi və birliyi ilə mümkündür.

O, həmçinin BMT-nin Fələstin xalqının müdafiəsi üçün təcili tədbirlər görməsinin vacibliyini vurğulayıb və deyib: Təhlükəsizlik Şurası dərhal müharibənin dayandırılmasını, fələstinlilərin soyqırımına son qoyulmasını və Qəzzəyə humanitar yardımların maneəsiz çatdırılmasını təmin etməlidir. Bundan əlavə, bu bölgədə fəaliyyət göstərən yardım işçilərinin təhlükəsizliyi tam şəkildə təmin olunmalıdır.

Pakistanın baş naziri sonda qeyd edib: İslam ölkələrinin birliyi və geniş beynəlxalq əməkdaşlıqı Fələstin xalqının hüquqlarını müdafiə etmək və sionist rejimin təcavüzkar siyasətlərini cilovlamaq üçün yeganə təsirli yoldur.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha