çərşənbə axşamı 7 oktyabr 2025 - 06:49
Pakistanlı ruhani: Fələstin müsəlmanlar üçün qırmızı xətdir və Trampın planı şiddətlə qınanılır

Hövzə, Höccətül-İslam Məhəmməd Sadiq Cəfəri çıxışında Trampın sülh planına işarə edərək vurğuladı ki, Fələstin İslam ümməti üçün qırmızı xətdir və zülm görmüş Fələstin xalqının hüquqları ilə bağlı heç bir kompromis qəbul edilə bilməz.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupu xəbər verir ki, Pakistanda Müsəlmanların Vəhdət Məclisi tərəfindən Karaçi şəhərində möhtəşəm bir etiraz mitinqi keçirildi. Bu mitinqin iştirakçıları “Əsrin müqaviləsi” adlanan planı və Tramp hökumətinin siyasətlərini qınayaraq vurğuladılar ki, Pakistan xalqı və İslam ümməti heç vaxt zülm görmüş Fələstin xalqını dəstəkləməkdən əl çəkməyəcək və Fələstin məsələsi hələ də İslam aləminin qırmızı xətti olaraq qalır.

Bu mitinqdə, Pakistan Müsəlmanların Vəhdət Məclisinin yüksək səviyyəli üzvü Höccətül-İslam Məhəmməd Sadiq Cəfəri ABŞ-ın düşmən siyasətlərinə və sionist rejimin Qəzza xalqına qarşı təzyiqlərinə işarə edərək dedi: “Əsrin müqaviləsi” planı yalnız Fələstin xalqının əsas hüquqlarını görməzlikdən gəlmir həm də Qəzzanı siyasi səhnədən təcrid etməklə, Fələstin iqtisadiyyatını iflic etməklə və humanitar vəziyyətini məhv etməklə müqavimət səsini boğmaq və İsrailin işğalını qanuni etmək məqsədi daşıyır.

O əlavə etdi: Fələstin müqaviməti təcavüzlərə qarşı öz qanuni müdafiə haqqından istifadə edir, halbuki sionist rejim Qəzza və Qərb sahilinə dəfələrlə etdiyi hücumları zülmə məruz qalmış Fələstin xalqına qarşı 
açıq cinayətlər törədir. Qərb ölkələri və ABŞ sülhə xeyirxah deyillər və ərəb və İslam ölkələri Vaşinqton tərəfindən irəli sürülən hər hansı bir birtərəfli sülh planını qəti şəkildə rədd etməlidirlər.

Pakistanlı ruhani Höccətül-İslam Mübəşir Həsən çıxışında bildirdi: “Fələstin bu gün bizim dövrümüzün Kərbəlasıdır və müqavimət şəhidləri dünyaya aydın bir mesaj veriblər. Netanyahu hər dəfə Fələstin xalqına qarşı danışanda, bu onun məğlubiyyətinin əlamətidir. Qəzza Fələstinin döyünən ürəyidir və bu ürək heç vaxt dayanmayacaqdır.”

Digər çıxışçılar da bu toplaşmada sionist rejimin “Səmud” qlobal donanmasını saxlamasını və 150-dən çox mülki fəalı o cümlədən senator Müştəq Əhmədi həbs etməsini qınayaraq onların dərhal azad olunmasını tələb etdilər.

Mitinqin sonunda iştirakçılar ABŞ və İsrailin siyasətlərinə etiraz əlaməti olaraq bu iki rejimin bayraqlarını yandırıblar. Mitinq iştirakçıları vurğulayıblar ki, Fələstin xalqı müqavimət yolunda tək olmayacaq və İslam ümməti Fələstin xalqının azadlıq və öz müqəddəratını təyin etmək hüququnu tam ədalət bərpa olunana və işğal sona çatana qədər dəstəkləyəcək.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha