cümə axşamı 16 oktyabr 2025 - 20:41
Şərm əş-Şeyx iclası, bəzi ölkələrin rəhbərlərinin Tramp qarşısında alçaldılmasının açıq və aydın təzahürü idi.

Ayətullah Əraki vurğuladı: Şərm əş-Şeyx iclası, bəzi ölkələrin rəhbərlərinin Tramp qarşısında alçaldılmasının açıq və aydın təzahürü idi. O, İslam ölkələrinin rəhbərlərini təhqir etdi. Halbuki məhz həmin şəxslər sionizmə və Amerikaya xidmət göstərirlər. Uzun illər boyu müqavimət hərəkatını aradan qaldırmağa çalışan Misir prezidenti isə Trampın qarşısında heç bir nüfuza malik olmadı və təhqirə məruz qaldı.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Ayətullah Əraki bu gün əyalətlər üzrə ilahiyyat hövzələrinin təbliğat müavinləri və məsul şəxslərinin, rayon təbliğat müavinlərinin və “Əmin” məktəblərinin əlaqələndiricilərinin iştirak etdiyi,   Mehdinin Dostları adlı Cəmkaran məscidinin konfrans zalında keçirilən toplantıda dedi: Düşmənlərin ən təsirli silahı psixoloji müharibədir. Hərbi meydanda düşmən məğlubdur və əgər müharibə əməliyyat sahəsinə keçsə, biz qalib gələcəyik. Qələbəyə mane olan əsas amil isə döyüşdən əvvəl düşmənin həyata keçirdiyi psixoloji əməliyyatlardır.

O əlavə etdi ki, düşmən psixoloji müharibə ilə bizi sarsıdır. Vəhmlər yaratmaq, qorxu aşılamaq, iradəni zəiflətmək və xalqı ruhdan salmaq onun alətləridir. Təbliğ sahəsində bizim əsas vəzifələrimizdən biri məhz bu psixoloji savaşa qarşı mübarizə aparmaqdır. Düşmən bilməlidir ki, biz həqiqətən güclüyük.

İnqilabın uğurlarının gənc nəsilə izah edilməsinin zəruriliyi

Ayətullah Əraki vurğuladı: biz İslam İnqilabının sferasını, onun əldə etdiyi nailiyyətləri və zəfərləri xalqın xüsusilə gənc nəsilin anlayışına çatdırmalıyıq. Gənclər bilməlidirlər ki, niyə düşmən bu inqilaba qarşıdır. Düşmənçiliyin köklərini açıqlamalı, beləliklə yeni nəsildə iman və basirət gücləndirilməlidir.

Bəzi dövlətlərin ABŞ qarşısında alçaldılması

Elmi Hövzələrin ali şurasının üzvü bəzi dövlətlərin ABŞ qarşısında yaşadığı alçalmalara işarə edərək dedi: Şərm əş-Şeyx iclası Tramp qarşısında bəzi ölkə rəhbərlərinin alçaldılmasının açıq və aydın təzahürü idi. O, İslam ölkələrinin rəhbərlərini təhqir etdi, halbuki həmin şəxslər sionizmə və Amerikaya xidmət edirlər. Uzun illər müqavimət hərəkatını sıradan çıxarmağa çalışmış Misir prezidenti isə Tramp qarşısında heç bir nüfuza malik deyildi və alçaldıldı.

Ayətullah Əraki əlavə etdi: bütün dünya İrani həmin iclasa qatılmadığı üçün tərif etdi. Bu izzət bizim xalqın imanının və müstəqilliyinin bəhrəsidir. Bizə düşmənin psixoloji savaşı sahəsində nə qədər iş gördüyümüzü və hansı tədbirləri görməli olduğumuzu təhlil etmək lazımdır.

İman millətin güc və özünəinam mənbəyi

Dövlət Məsləhəti Şurasının üzvü Ayətullah Əraki cəmiyyətin gücləndirilməsində imanın roluna toxunaraq vurğuladı:
Gənc nəsil cəsarətli, özünəinamlı və imana söykənən şəkildə tərbiyə olunmalıdır. İman gücün əsasıdır. İman sahibi olan bir cəmiyyət nə düşməndən qorxar, nə də çətinliklər qarşısında aciz qalar.

O əlavə etdi: Qurani-Kərim buyurur:
وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنتُمُ الْأَعْلَوْنَ إِن کُنتُم مُّؤْمِنِینَ
«Siz zəif düşməyin, kədərlənməyin! Əgər imanlısınızsa, siz üstünsünüz» (Ali-İmran, 139).
İman elə bir qüvvədir ki, cəmiyyəti möhkəmləndirir, ona dözüm və qələbə ruhu bəxş edir.

İslamın ilk dövrlərinin tarixi  müasir müqavimət üçün məktəb

Ayətullah Əraki İslamın ilk dövrlərində baş vermiş döyüşlərə işarə edərək bildirdi:
Biz gənclərə Əmirəl-möminin (ə) və Rəsulullahın (s) döyüşlərini, xüsusilə Xeybər və Əhzab savaşlarını izah etməliyik. Bu savaşlar təkcə hərbi toqquşma deyildi iman, qəhrəmanlıq və uzaqgörənliyin məktəbi idi. Gənclər görməlidirlər ki, möminlər ən ağır şəraitdə belə Allaha təvəkkül edərək necə qələbə qazandılar.

Xubriqan Məclisinin üzvü əlavə etdi: İslam tarixinin hadisələrinə təkcə keçmiş kimi baxmaq olmaz. Onlar bu gün üçün də dərsdir. Əhzab və Xeybər döyüşlərində müsəlmanlara qələbə qazandıran iman və yəqin ruhu bu gün də xalqımızı mədəni və psixoloji hücumlar qarşısında qoruyacaq qüvvədir.


Allah naminə xidmət təbliğdə uğurun sirri

Ayətullah Ərəki dedi: Əgər gördüyümüz işi Allah naminə etsək, O da bizə qüvvə və uğur nəsib edəcək. Təbliğ və mədəni fəaliyyət yalnız o zaman təsirli olur ki, niyyət səmimi və məqsəd ilahi olsun.

Dövlət məsləhət şurasının üzvü qeyd etdi: Biz tərbiyə sistemimizi İslamın əməli prinsipləri üzərində qurmalıyıq  elə bir məktəb ki, onun hərəkət mərkəzində iman, yəqin və İmamla vilayətə itaət dayansın. Təbliğ sahəsində atdığımız hər addım yəqin və basirət üzərində olmalıdır.


Yəqin və imama itaət  məktəb yönümlü hərəkatın əsasları

Hövzənin Ali Şurasının üzvü xatırlatdı: Bizim fəaliyyətimizin əsası yəqindir. Bütün qərar və proqramlarımızın təməli yəqin və İmama itaət olmalıdır. Əgər yəqinə söykənsək, düşmən heç vaxt bizi psixoloji müharibədə məğlub edə bilməz.
Bu gün bizim vəzifəmiz məktəbə və imana arxalanaraq, düşmənin fikri və mədəni hücumlarına qarşı dayanmaqdır.

Ayətullah Əraki çıxışının sonunda təbliğatçılara və mədəniyyət sahəsində çalışan nümayəndələrə səslənərək bildirdi: Dəqiq proqramlaşdırma ilə gənc nəslə inqilabın dəyərlərini, İslam tarixini və İran xalqının gücünü tanıtmaq lazımdır. Mədəni cəbhə elə möhkəm bir səngərə çevrilməlidir ki, düşmənin psixoloji müharibəsi orada təsirsiz qalsın.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha