Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Höccətül-İslam vəl-müslimin Əli Abbasi, Mirza Naini (r) konqresinin beynəlxalq qonaqları ilə Əl-Mustafa Universitetində keçirilən görüşdə vurğulayıb ki, bizim elmi hövzələrimiz hər zaman elm yolunda parlaq və təsirli şəxsiyyətlərin yetişdiyi mərkəz olmuşdur.
O bildirib: Mərhum Naini, hövzə elmi mühitində yetişmiş, unudulmaz və hamımız üçün fəxr mənbəyi olan simalardan biridir. Ümid edirik ki, Əl-Mustafa universitetində də belə təsirli və qalıcı alimlərin yetişdiyi bir məkan olacaq.
Əl-Mustafa Universitetinin rektoru çıxışının davamında bu elmi qurumu hövzə elminin beynəlxalq davamı kimi təqdim edərək bildirib:
“İslam İnqilabından sonra dünyanın müxtəlif yerlərindən gənclər arasında hövzə elmi mühitində təhsil almağa böyük maraq yarandı. Buna görə də inqilabın ilk illərində bu elmi qurum təsis olundu və müxtəlif mərhələlərdən keçərək bu gün mövcud formasında beynəlxalq miqyasda elmi fəaliyyətini davam etdirir.
O, Əl-Mustafa universitetində təxminən 130 müxtəlif millətdən olan on minlərlə tələbənin təhsil almasına işarə edərək bildirib:
“Bu nadir milli müxtəlifliyə malik olan Əl-Mustafa universiteti, İslam İnqilabının bərəkəti sayəsində, əvvəlki alimlərimizin saf İslam və Əhli-beyt maarifini bütün dünyaya yaymaq arzularını həyata keçirmişdir.
Höccətül-İslam vəl-müslimin Abbasi qeyd edib ki, Əl-Mustafa universiteti həm ölkə daxilində, həm də xaricdəki elmi, dini və mədəni mərkəzlərlə 400-dən çox elmi əməkdaşlıq memorandumu imzalayıb və eyni zamanda nüfuzlu beynəlxalq fəaliyyətlərə üzvdür.
O bildirib:
“Bu əlaqələr hətta qeyri-müsəlman universitetlərlə də daimi şəkildə davam edir. Məsələn, hər iki ildən bir Çinin Yunnan Universiteti ilə əməkdaşlıq çərçivəsində birgə elmi konfrans keçirilir.
O, hövzə elmlərinin mövcudluğu və Əhli-beyt məktəbinin maariflərinin dünya səviyyəsində təqdim edilməsini hər zamankından daha vacib hesab etdiyini bildirib.
O əlavə edib:
“Bu sahədə indiyədək müəyyən uğurlu addımlar atılmış olsa da, hələ də arxada qalırıq və istədiyimiz məqsədə çatmaq üçün daha çox iş görmək lazımdır.
Xubriqan Məclisinin Riyasət Heyətinin üzvü çıxışının davamında dünyada bir sivilizasiya və fikir xətti yarandığını qeyd edərək bildirib:
Bu qarşıdurmanın bir tərəfində dünyada özünü yeganə hakim fikir kimi qəbul edən və digər ideyaları tanımayan bir anlayış mövcuddur. Biz bunu Qərbin hakimiyyətpərəst maddi sivilizasiyası adlandırırıq və qeyd etmək lazımdır ki, bu yalnız Qərb ölkələri ilə məhdudlaşmır.
O, çıxışına davam edərək bildirib:
Bu hakim düşüncəyə qarşı dünyada yalnız bir fikir və ideya sistemi mövcuddur ki, özünü yeni sivilizasiya ideyası və insanlığa yeni həyat sistemi təqdim edə biləcək kimi tanıyır. Bu sistem, Əhli-beyt maarifinə əsaslanan həqiqi İslamdır və bu gün İslam İnqilabı onun bayraqdarıdır. Qərb sivilizasiyası hökmranlıq ruhundan dolayı iqtisadi, siyasi və hərbi rəqiblərini aradan qaldırmaq istəyir, amma onları sivilizasiya və ideya rəqibi kimi tanımır. Maddi sivilizasiyanın yeganə ideya rəqibi isə həqiqi İslam və İslam İnqilabı ideya sistemidir.
Höccətül-İslam vəl-müslimin Abbasi qeyd edib ki, Qərbin müsəlmanlara və İslam dünyasına qarşı bütün düşmənçiliyinin əsas səbəbi məhz bu sivilizasiya rəqabətindən yaranan narahatlıqdır. O xatırladıb ki, son illərdə uşaq qətliamçısı Sionist rejimin baş naziri çıxışlarında açıq şəkildə bildirib ki, bu saxta rejim Qərbin maddi və təkəbbürlü sivilizasiyasını müdafiə edən cəbhənin ön xəttindədir.
O əlavə edib:
Bu qarşıdurmanın əsas məsələsi bu gün daha da güclənmiş sivilizasiya münaqişəsidir və bu strateji qarşılaşma diqqətdən kənarda qalmamalıdır.
O, hövzə elmlərində bütün yanaşmaları və baxışları dəyişdirən böyük sivilizasiya, qlobal və tarixi missiyaya diqqəti vurğulayıb və bildirib:
Əl-Mustafa universiteti özünü qlobal sivilizasiyanın formalaşmasında məsuliyyətli və fəal iştirakçı hesab edir. Ali Rəhbər Qum şəhərinə səfərində İranlı olmayan tələbələr və alimlərlə görüşdə qeyd edib ki, siz burada qonaq deyilsiniz, əksinə evin sahiblərisiniz. Bu sivilizasiya baxışı sayəsində coğrafi sərhədlərin anlayışı dəyişir.
Əl-Mustafa Universitetinin rektoru çıxışının sonunda qeyd edib ki, tarixin gələcəyi Allahın mütləq vədəsi əsasında salehlərə və möminlərə məxsusdur.
O bildirib:
“Allahın bu vədi onun peyğəmbərlərinə və izləyicilərinə verilmişdir.Möhkəm inamımız olduğuna görə, batil cəbhəsinin görkəmindən qorxmaq lazım deyil. Son illərdə haqq cəbhəsinə dəymiş zərərlər bizi narahat etmir və inşallah, bu yolda tökülmüş pak qanlar son qələbənin əsasını qoyacaq.
Xəbərin sonu
Rəyiniz