Hövzə Xəbər Agentliyinin Sari şəhərindən verdiyi məlumata görə Baqirul-Ənbiya ləqəbi ilə tanınan İmam Məhəmməd Baqirin (ə) mübarək doğum günü münasibətilə dini və məzhəbi ekspert olan Höccətül-İslam Miri agentliyin əməkdaşı ilə müsahibədə iştirak etmişdir. Onun çıxışının məzmunu aşağıdakı kimidir:
Niyə İmam Məhəmməd Baqir (ə) bu günümüzdə “Maarifçilik hərəkatının İmamı” hesab edilməlidir?
İmam Baqirin (ə) imamlığ etdiyi dönəm cəmiyyətin yalnız siyasi böhranla deyil, eyni zamanda dini anlayış böhranı ilə üzləşdiyi bir dövrdə baş vermişdir. Bu vaxt ictimai rəy məqsədli təhrif, süni hekayələr və yönləndirilmiş cahillik vasitəsilə idarə olunurdu. İmam Baqir (ə) bu vəziyyəti dərindən dərk edərək emosional və ya yalnız siyasi reaksiyalara girmədən, islahat yolunu “maarifin yenidən qurulması” ilə başlamış və dini məntiqli izah yolu ilə davamlı bir biliyə əsaslanan hərəkatın təməlini qoymuşdur.
Bu model bu günümüz üçün də çox mənalıdır. Bu gün biz informasiya bombardmanı, təhrif olunmuş hekayələr və məntiqi yerinə emosiyanı önə çıxaran media kimi problemlərlə üzləşirik. İmam Baqirin (ə) tarixi təcrübəsi göstərir ki, cəmiyyət analitik və maarifləndirici səviyyəyə çatmazsa, hətta əsas dəyərlər belə cəmiyyətə qarşı istifadə oluna bilər. Bu baxımdan, maarifləndirmə təkcə mədəni bir bəzək deyil, həm də sosial və düşüncə təhlükəsizliyi üçün vacibdir.
İmam Məhəmməd Baqir (ə) elm, öhdəlik və sosial islahat arasında hansı münasibəti formalaşdırdı və bu məsələnin bu gün üçün funksiyası nədir?
İmam Baqir (ə) baxımından elm yalnız sosial məsuliyyət və insan və cəmiyyətin islahı naminə olanda öz həqiqi mənasını tapır. O, sadiq alimlərin yetişdirilməsi “hidayət verici elm” ilə “qüdrət yönümlü elm” arasında aydın sərhəd çəkmişdir. Elm öhdəlikdən məhrum olarsa, ayrı-seçkiliyi, hakimiyyəti və ədalətsizliyi əsaslandıran vasitəyə çevrilə bilər.
Bu xəbərdarlıq bu gün daha çox aktualdır. Müasir cəmiyyətdə ixtisas, idarəetmə, media və texnologiya əxlaq, ədalət və dini dəyərlərlə əlaqəsiz istifadə olunarsa, yalnız sosial problemləri həll etməyə kömək etmir. Əksinə, fərqlilikləri artıran, ictimai etibarı zəiflədən və əxlaqi böhranlara yol açan faktor ola bilər. İmam Baqirin (ə) nümunəsi bizə göstərir ki, həqiqi tərəqqi elmi rasionalizm və dəyər öhdəliyi arasında tarazlığın məhsuludur. Bu tarazlıq olmadığı halda, inkişaf özünə qarşı işləyir.
İmam Məhəmməd Baqirin (ə) fikir ayrılıqlarını idarəetmə modeli və bu gün üçün mesajı nədir?
İmam Baqirin (ə) dövründə cəmiyyət dini, siyasi və intellektual fikir ayrılıqları ilə zəngin idi. Lakin o, bu ayrılıqları dərinləşdirmək əvəzinə dialoq, məntiqli izah və ictimai anlayışın yüksəldilməsi yolunu seçmişdir. İmam Baqir (ə) fikir ayrılıqlarını inkar etmirdi, əksinə onları dini rasionalizm və ortaq dəyərlərin gücləndirilməsi ilə idarə edirdi.
Bu gün də əqli, mədəni və sosial fərqliliklər rasional idarə olunmazsa, düşmənlərin nüfuzu və sosial kapitalın zəifləməsi üçün vasitəyə çevrilə bilər. İmam Baqirin (ə) həyat təcrübəsi bizə göstərir ki, vəhdət fərqliliklərin aradan qaldırılması demək deyil. Əksinə, agahlı dialoq, qarşılıqlı hörmət və dinin fundamental prinsiplərinə qayıdış nəticəsində əldə edilir. O həzrətin mübarək doğum günü həm də bizim üçün bir fürsətdir ki, fikir ayrılıqlarına yanaşma tərzimizi yenidən qiymətləndirək: Görəsən anlayış və həmrəylik yoluna doğru irəliləyirik, yoxsa istəmədən böhran yaradanların oyununa daxil oluruq.
Rəyiniz