çərşənbə 31 dekabr 2025 - 19:28
İslam İnqilabı yeni nəslin başlanğıcıdır / İran xalqı səbir, müqavimət və vilayət üzrə böyük sınaq qarşısındadır

Hövzə / Hövzələrin Ali Şurasının üzvü vurğulamışdır ki, İran İslam İnqilabı " yeni İslam ümmətinin" formalaşmasının başlanğıcıdır. O qeyd etmişdir ki, bu gün İran xalqı və elmi hövzələr ilahi mahiyyət daşıyan, hərtərəfli bir sınaqla üz-üzədirlər. İqtisadi təzyiqlər, media platformalarının təsiri və çoxşaxəli təhdidlərlə müşayiət olunan bu sınaqdan uğurla çıxmaq yalnız səbir, müqavimət və ilahi dəyərlərə sadiq qalmaq sayəsində mümkün ola bilər.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Hövzələrin Ali Şurasının üzvü Ayətullah Möhsün Əraki bölgələr üzrə elm hövzələrin ictimai və siyasi məsələlər üzrə idarələrinin məsul şəxslərinin illik konfransının yekun mərasimində çıxış edərək vurğulamışdır ki, İran İslam İnqilabı “ yeni İslam ümmətinin” formalaşma prosesinin başlanğıcıdır. O, Hövzələrin idarəetmə mərkəzinin Ayətullah Hairi adına salonunda keçirilən tədbirində bildirmişdir: Bu gün İran xalqı, elm hövzələr və müqavimət cəbhəsi hərtərəfli bir sınaq qarşısındadır. Bu sınaq həm iqtisadi, həm fiziki, həm mənəvi, həm də media xarakterlidir. Bunun çıxış yolunun yeganə vasitəsi səbir, iman, müqavimət və ilahi dəyərlərə sadiq qalmaq sayəsində mümkündür.

İlahi imtahan, Allahın insanlar üçün dəyişməz qanunudur 

Ayətullah Əraki Qurani-Kərimin ayələrinə istinad edərək qeyd etmişdir ki, ilahi qanunlar ondan ibarətdir ki, insanlar müxtəlif növ imtahan və sınaqlara çəkilirlər. Bu sınaqlar həm mal-dövlət, dolanışıq və iqtisadi sahəni, həm də insanların canını, təhlükəsizliyini, ruhunu və imanını əhatə edir.
O əlavə etmişdir ki, Qurani-Kərim açıq şəkildə insanın qorxu, aclıq, mal-dövlət və canları ilə sınağa çəkilməsindən bəhs edir. Bu imtahanlar yalnız maddi sıxıntılarla məhdudlaşmır. Bu gün onlar daha geniş miqyas alaraq insanların ruhiyyəsi üzərində, media platformalarında və psixoloji müharibə formalarında da təzahür edir.
Ayətullah Əraki vurğulamışdır ki, bu gün İslam ümmətinin qarşılaşdığı əsas problemlərdən biri düşmənin media hegemonluğu və təbliğat vasitələridir. Bu vasitələr insanların ruhunu, imanını və dini kimliyini hədəfə alır və bu da böyük ilahi imtahanın ayrılmaz tərkib hissəsidir.

Müasir şirk: Siyasət və güc pərdəsi arxasında Allahdan qeyrisinə itaət

Hövzələrin Ali Şurasının üzvü Quran baxımdan şirk anlayışının təfsirinə toxunaraq bildirmişdir ki, Əhli-beytdən (ə) gələn hədislərdə şirk yalnız bütpərəstliklə məhdudlaşmır. Liberal dövlətləri qəbul etmək və onlara itaət göstərilməsi də şirk nümunəsi sayılır.
O qeyd etmişdir ki, insan bir şeyi Allahın hökmündən üstün tutub Allahdan başqa iradə və göstərişlərə tabe olarsa, əslində şeytana itaət yoluna qədəm qoymuş sayılır. Bu həqiqət Qurani-Kərimdə aydın şəkildə ifadə edilmişdir.
Ayətullah Əraki sonda diqqətə çatdırmışdır ki, bu gün İslam ümmətinin qarşısında duran mühüm sınaqlardan biri də ilahi dəyərlər ilə tağutun arasında olan seçimdir. Bu seçim ağır bədəllər tələb edir və səbir və dözüm olmadan mümkün deyil.

Rəhbərlərin və ümmətin sınağı: İki həlledici mərhələ

İslam İnqilabı yeni nəslin başlanğıcıdır / İran xalqı səbir, müqavimət və vilayət üzrə böyük sınaq qarşısındadır

O, Qurani-Kərimdə qeyd olunan imtahan növlərini izah edərək bildirmişdir ki, Quranda iki əsas sınaq növündən bəhs olunur: Biri ilahi rəhbərlərin sınağı, digəri isə ümmətlərin sınağıdır.
Ayətullah Əraki həzrət İbrahimin (ə) üzləşdiyi imtahanlara işarə edərək vurğulamışdır: İmamət ən ağır sınaqlardan keçmədən əldə edilmir. Həzrət İbrahim (ə) həm mal-dövləti, həm canı, həm də ən qiymətli varlığı olan övladı ilə sınağa çəkilmiş və bu ağır imtahanlardan sonra imamət məqamına yüksəlmişdir.
O əlavə etmişdir ki, bu ilahi sünnə yalnız həzrət İbrahimə (ə) məxsus deyil. Bütün ilahi rəhbərlər və onların ardınca ümmətlər də bu yoldan keçməyə məhkumdurlar.

Fərdi imamətdən ictimai imamətə

Hövzələrin Ali Şurasının üzvü “ictimai imamət” anlayışını xüsusi vurğulayaraq qeyd etmişdir ki, Quranın  nəzərində təkcə fərdi imam anlayışı mövcud deyil. Ümmət də elə bir yetkinlik mərhələsinə çatmalıdır ki, imamla birgə hərəkət etməyə və digər xalqlar üçün nümunə olmağa layiq olsun.
O demişdir: Yeni nəsl, imamın yanında dayanan, bu yolun bədəlini ödəyən və ağır sınaqlarda geri çəkilməyən ümmətdir. Yalnız belə bir ümmət «شهداء علی الناس» (insanlara şahid olanlar) məqamına yüksələ bilər.

İslam tarixinin böyük ibrəti: İlk ümmətin əhd pozması

Ayətullah Əraki İslamın ilk dövrlərinin tarixinə toxunaraq vurğulamışdır ki, Qurani-Kərim ilahi sınaqda uğursuzluğa düçar olmuş və yerini başqa bir ümmətə vermiş xalqlardan açıq şəkildə bəhs edir.
O əlavə etmişdir ki, bu uğursuzluğun ən bariz nümunələrindən biri, ilk ümmətin Peyğəmbər Əkrəmə (s) və Əhli-beytə (ə) qarşı əhd pozmasıdır ki, bunun zirvə nöqtəsi Aşura faciəsində özünü açıq şəkildə göstərmişdir.
Hövzələrin Ali Şurasının üzvü vurğulamışdır ki, Kərbəla hadisəsinin yaşadılması, ağlamaq, əzadarlıq etmək və İmam Hüseyn (ə) mərasimlərinin keçirilməsi, tarixdə hansı böyük yanlışın baş verdiyini unutdurmamaq üçündür. Yəni bir ümmətin ilahi dəyərlərdən üz döndərərək necə ilahi yoldan kənara çıxdığını daim xatırlamaq məqsədi daşıyır.


İslam İnqilabı: Yeni ümmətin yaranması

İslam İnqilabı yeni nəslin başlanğıcıdır / İran xalqı səbir, müqavimət və vilayət üzrə böyük sınaq qarşısındadır

O, İslam İnqilabının mövqeyini xüsusi vurğulayaraq bildirmişdir ki, İran İslam İnqilabı Qurani-Kərimin vəd etdiyi həmin “yeni qövmün” o cümlədən iman sahibi olan, ilahi məhəbbətə bağlı, dözümlü və Allah yolunda cihad edən bir ümmətin formalaşmasının başlanğıcıdır.

Ayətullah Əraki əlavə etmişdir ki, İranın İmam Hüseyn (ə) sevgisi ilə yaşayan xalqı və vilayət məktəbinin ardıcılları bu gün əvvəlki ümmətlərin büdrədiyi tarixi bir nöqtədə dayanmışdır. Əgər bu mərhələdə səbir və möhkəm iradə nümayiş etdirilməzsə, tarixin təkrarlanması təhlükəsi realdır.

Sonuncu imtahan: İmam Zamana (ə.f) kömək etmək üçün hazır olmaq

O vurğulamışdır ki, zühur mərhələsi şəkk və tərəddüd edənlərin mərhələsi deyil. Bu dövr yalnız sona qədər sədaqət və möhkəmlik göstərənlərin dövrüdür. Tarixin bu mərhələsində artıq sınaqların təkrarı olmayacaq. İmam Zamanın (ə.f) köməkçiləri yolun sonunadək möhkəm dayanmağı bacarmalıdırlar.
Ayətullah Əraki qeyd etmişdir ki, sanksiyalar, iqtisadi böhranlar, təhlükələr, psixoloji müharibə və yaşayış çətinliklərinə dözmək bu ilahi imtahanın ayrılmaz hissəsidir. Necə ki, İslamın ilk illərində möminlər İmam Əlinin (ə) dövründə baş vermiş ağır döyüşlərdə səbir göstərmişdilər.

Şəhidlər yeni ümmətin öncülləridir

İslam İnqilabı yeni nəslin başlanğıcıdır / İran xalqı səbir, müqavimət və vilayət üzrə böyük sınaq qarşısındadır

Hövzələrin Ali Şurasının üzvü şəhidlərin uca məqamını ehtiramla yad edərək bildirmişdir ki, şəhidlər bu yeni nəslin öndə gedəni və qabaqcıllarıdır və İran xalqı şəhidlərin həyat yolunu nümunə götürərək, böyük ilahi hədəflərin reallaşması naminə tələb olunan bədəlləri ödəməyə hazır olmalıdır.

Sonda o, ümid etdiyini bildirərək qeyd edib: İran xalqı iman, səbir, əzm və iradə ilə tarixin son dövründə Allahın dininin bayrağını daşımağa layiq olduğunu sübut edəcək və bununlada ilahi qələbənin qəti vədi gerçəkləşəcək.


Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha