bazar 1 mart 2026 - 12:24
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah üzma Seyid Əli Xamenei şəhid oldu

Milli Təhlükəsizlik Şurası bəyanat yayaraq, İsrail və Amerika tərəfindən həyata keçirilən təxribat xarakterli hücum nəticəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri, Ayətullah üzma Seyd Əli Xameneinin şəhid olduğunu elan edib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Milli Təhlükəsizlik Şurası, İsrail və Amerika tərəfindən həyata keçirilən təxribat xarakterli hücum nəticəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri, həzrət Ayətullah üzma Seyid Əli Xameneinin şəhid olmasını elan edib.

Milli Təhlükəsizlik Şurası bununla bağlı aşağıdakı bəyanatı yaymışdır:

Bağışlayan və mehriban Allahın adı ilə 

İran İslam Respublikasının əziz xalqının, dünya sülh və azadlıqsevər insanların, o cümlədən İslam ümmətinin döyünən ürəyi həzrət Ayətullah üzma Seyid Əli Xamenei Allahın rəhmətinə qovuşaraq öz əzəli arzusuna çatdı. O, cəddi İmam Əlinin (ə) yolunu əsas tutaraq, mübarək Ramazan ayında səma nidası ilə  «فزت و رب الکعبه» (And olsun Kəbənin rəbbinə ki, rahat oldum) deyərək bu mübarək Ramazan ayında şəhidlik məqamına ucaldı.

Bu gün İran xalqı, İslam ümməti, həmçinin dünya sülh və azadlıqsevər insanları cinayətkar Amerika və sionist rejiminin amansızcasına həyata keçirdiyi hücumlarına görə matəmə qərq olublar. Lakin cəhənnəm əhli olan bu zalımlar bilməlidirlər ki, dünyanın müdrik və uzaqgörən insanları öz yoluna davam edəcəklər. Bu şəhadətlər bizim millətimiz və İslam ölkələri üçün ağır olsa da onları daha müqavimətli, qərarlı və qətiyyətli edəcək və şübhəsiz ki, o böyük şəxsiyyətin şəhadəti dünya zülmkarlarına qarşı böyük bir hərəkatın başlanğıcı olacaqdır.

 وَسَلَامٌ عَلَیْهِ یَوْمَ وُلِدَ وَیَوْمَ یَمُوتُ وَیَوْمَ یُبْعَثُ حَیًّا


Onun doğulacağı, öləcəyi və dirildiləcəyi günə salam olsun.

Milli Təhlükəsizlik Şurası

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha