çərşənbə 8 aprel 2026 - 18:50
Ramazan ayında baş vermiş müharibədə ruhaniyyətin mühüm istiqamətləndirici rolu

Hövzə | Əli Xəzrian Ramazan müharibəsində ruhaniyyət və tələbələrin əsas roluna işarə edərək bildirib: Ruhanilər və tələbələr, inqilab hərəkatının yaranmasından etibarən öz əsas funksiyasını yerinə yetirdikləri kimi, İmam Xomeyni (r) və İslam İnqilabının şəhid Rəhbəri Ayətullah Seyid Əli Xamenei, bu gün isə Ayətullah Seyid Müctəba Xameneinin rəhbərliyi altında Ramazan ayında baş vermiş müharibədə də mühüm rol oynayıblar.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin Tehran şəhəri üzrə nümayəndəsi Əli Xəzrian Ramazan ayında baş vermiş müharibədə ABŞ və sionist rejiminə uğradıqları məğlubiyyəti şərh edərək bildirib: Bu böyük qələbə, milli həmrəylik, birliyin yaranması, xalqın səmimi iştirakı və dəstəyi yalnız Allahın iradəsi nəticəsində mümkün olmuşdur.

O, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların meydanda geniş iştirakına diqqət çəkərək əlavə edib: Böyük və kiçikdən ibarət bütün təbəqələr, müxtəlif məzhəblər və həmçinin fərqli ideyalar və siyasi spektrdən olan insanlar əl-ələ verərək meydan və küçələrdə əhval-ruhiyyəni qoruyub saxladılar. Bütün bu proses, İslam ümmətinin rəhbəri həzrət Ayətullah üzma Seyid Əli Xameneinin şəhid edilməsindən sonra keçən 40 gün ərzində baş verib.

Əli Xəzrian qeyd edib: Bu qanın sayəsində ölkədə yeni bir inqilab yaranmışdır. Ümidvarıq ki, xalqın dözümlülüyü və Silahlı Qüvvələrin səyləri nəticəsində yekun qələbə əldə olunacaq və bu ölkə düşmənlər qarşısında qüdrətli, bütün müsəlmanlar, şiələr, eləcədə Əhli-Beyt tərəfdarları və bütün dünya məzlumları üçün nümunəvi bir dövlət olacaq.

O, xalqın meydanlarda olan iştirakına görə təşəkkür edərək bildirib: Məsul şəxslər bütün xalqımıza minnətdardır, onların əllərini öpür və Allah Təaladan diləyirik ki, onlara həm dünya, həm də axirət həyatında ən yüksək mükafatları nəsib etsin və tezliklə  bu millətə yekun qələbəni bəxş etsin.

Ramazan ayında baş vermiş müharibədə ruhaniyyətin mühüm istiqamətləndirici rolu

Ramazan ayında baş vermiş müharibədə din xadimlərinin roluna toxunan Əli Xəzrian deyib: Əziz ruhanilər, tələbə və fəzilət sahibləri, inqilabın əvvəlində İmam Xomeyni (r) və İslam İnqilabının şəhid Rəhbəri Ayətullah Seyid Əli Xameneinin yanında olduğu kimi, bu məsələlərdə və yolun davamında da həzrət Ayətullah Seyid Müctəba Xamenei və böyük müctəhidlərin rəhbərliyi altında ön cəbhədə olmalı, xalq arasında iştirak etməli, insanlara ruh yüksəkliyi verməli, eləcədə ayə və hədislər  həmçinin Əhli-Beytin (ə) tövsiyələri ilə qəlbləri möhkəmləndirməli və həm söz, həm də əməl baxımından hər kəs üçün nümunə olmalıdırlar.

İran İslam Şurası Məclisinin nümayəndəsi Allahın möminlərə yardım edəcəyi vədinə işarə edərək bildirib: Qələbənin sirri, Allah yolunda səmimi şəkildə yardım etmək, məqsədə sadiq qalmaq, qarşıya çıxan çətinliklərdən yorulmamaq, eləcədə meydanı tərk etməmək və Silahlı Qüvvələr, hökumət və həmçinin ölkəni idarə edən digər qüvvələrlə birlikdə davamlı iştirak etməklə yekun məqsəd və qələbəyə çata bilək.

Əlavə olaraq Əli Xəzrian vurğulayıb ki, bu prinsip bütün xalq tərəfindən mənimsənilməli və dəstəklənməlidir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha