Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ramazan ayında baş vermiş məcburi müharibədən sonra Əl-Xəlifə rejiminin Bəhreyn şiələrinə qarşı repressiv tədbirləri daha da güclənib. Bəhreyn vətəndaşlarının həbs və işgəncəyə məruz qalması, onlarla bəhreynlinin sürgün və vətəndaşlıqdan məhrum edilməsi Əl-Xəlifə diktatura rejiminin repressiv siyasətinin tərkib hissəsidir. Əl-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Bəhreynin müxtəlif bölgələrində şiə alimlərinin evlərinə vəhşicəsinə basqın edərək onlarla ruhani və din alimini həbs edib.
Əl-Xəlifə rejimi tərəfindən həyata keçirilən genişmiqyaslı özbaşına həbslər təhlükəsizlik yönümlü siyasətin daha da sərtləşdirildiyini, həmçinin ABŞ və İsrailin İrana qarşı müharibəsi, eləcə də bunun Bəhreynə birbaşa təsirləri ilə bağlı siyasi baxışlarını dinc şəkildə ifadə edən vətəndaşlara qarşı sistemli repressiya siyasətinin davam etdirildiyini göstərir.
Baş verən hadisələrdən sonra Bəhreyn hakimiyyəti qadın və uşaqlar da daxil olmaqla 300-dən çox vətəndaşı həbs edib, həmçinin bir vətəndaşı qanundan kənar şəkildə qətlə yetirib.
Əl-Xəlifə zalım rejiminin cinayətləri ilə bağlı daha ətraflı məlumat almaq üçün Bəhreyn İnsan Haqları Cəmiyyətinin rəhbəri Baqir Dərvişlə müsahibə etdik. Həmin müsahibənin tam mətni aşağıdakı kimidir:
Əl-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri tərəfindən Bəhreyndə alim və ruhanilərin geniş şəkildə həbs edilməsinin məqsədi nədir? Birləşmiş Ərəb Əmirlikləri bu cinayətlərdə hansı rolu oynayır?
Bəhreynin təhlükəsizlik qurumları Birləşmiş Ərəb Əmirliklərinin təşviqi ilə şiə cəmiyyətini məhv etməyə çalışır. Belə ki, dini işlərin dövlətdən müstəqil olması, Bəhreynin dini dairələri və İslam cəmiyyətinin İran İslam Respublikasına qarşı təcavüzkar müharibəni dəstəkləməməsi, həmçinin Bəhreyn alimlərinin işğalçı rejimlə münasibətlərin normallaşdırılması layihələrinə qarşı çıxması onlar üçün qəbuledilməzdir.
Şiələrə qarşı bu repressiyalar Bəhreynin siyasi tarixində görünməmiş səviyyəyə çatıb. Həbs olunanlar arasında tanınmış alimlər, cümə və camaat imamları, dini hövzələrin rəhbərləri, müqəddəs Nəcəf və Qum şəhərlərindəki mərcəyi-təqlidləri nümayəndələri, hövzə müəllimləri, xətiblər və təbliğatçılar yer alır. Həmçinin Ayətullah Şeyx İsa Qasimin rəhbərliyi altında fəaliyyət göstərən “İslam Alimləri Məclisi”nin bəzi təsisçi üzvləri də həbs edilənlər arasındadır.
Daxili İşlər Nazirliyinin bəyanatlarında dini hövzələrin, Hüseyniyyə heyətlərinin, məscidlərin, hüseyniyyələrin, uşaq bağçalarının, İslam müəssisələrinin və hətta fiqhi hökmlərin rolu barədə danışılır. Bu isə hakimiyyətin şiə məzhəbinə bağlı bütün bu mərkəzlərə qarşı geniş məhdudiyyət kampaniyasına zəmin hazırladığını göstərir.
Hakimiyyət daha da irəli gedərək şiələrin etiqadlarını cinayət kimi təqdim etməyə başlayıb. Belə ki, “vilayəti-fəqih” anlayışını terrorizm adlandırır, halbuki həqiqi terrorizm Bəhreyndəki ABŞ hərbi bazalarında mövcuddur.
İslam dünyasının alimləri, ziyalıları və mütəfəkkirləri zülm altında olan Bəhreyn şiələri qarşısında hansı vəzifələri daşıyırlar?
Zəruridir ki, alim və mütəfəkkirlər bəyanatlar yayaraq Bəhreyn şiələrinə qarşı məzhəbçi təhrikləri pisləsin, dini müxtəlifliyə və vətəndaş hüquqlarına hörmətin vacibliyini vurğulasınlar. Həmçinin baş verənləri dünya şiələrinin etiqad və inanclarına qarşı cinayət kimi qiymətləndirsinlər.
Cümə imamları, dini hövzələr və İslam qurumları tərəfindən Bəhreyndə şiələrə qarşı məzhəbçi repressiyaları pisləyən bəyanatların verilməsi mühüm və təsirli nəticələr doğura bilər.
Media orqanlarının Bəhreyndə insan haqlarına qarşı törədilən cinayətlərin ifşasında hansı missiya və məsuliyyəti var?
Media həqiqətlərin üzə çıxarılması, xalqın əziyyət və problemlərinin işıqlandırılması baxımından mənəvi və peşəkar məsuliyyət daşıyır. Bu, hüquq pozuntularının və təcavüz hallarının gündəmdə saxlanılması yolu ilə həyata keçirilə bilər. Eyni zamanda media işıqlandırması bu məsələnin dünya ictimai rəyindən təcrid olunmasının qarşısını alır və Bəhreyn şiələrinə qarşı məzhəbçi ayrı-seçkilik və təzyiqlərin genişlənməsinə qarşı real təzyiqin formalaşmasına kömək edir.
Bu səbəbdən televiziya və radio proqramlarına, xəbər reportajlarına və sosial şəbəkələrdə həmrəylik kampaniyalarına ciddi ehtiyac var.
Qeyd edək ki, Bəhreynin zalım və muzdlu rejimi son günlər əsassız ittihamlarla çox sayda alim və ruhanini həbs edib. Həbs olunanların adları aşağıdakılardır:
Şeyx Mahmud əl-Ali
Şeyx Əli əs-Sədədi
Şeyx Məhəmməd Sənqur
Şeyx Əli Həmidan
Şeyx Casim əl-Mömin
Şeyx Əli Rəhmə
Şeyx Həmid Aşur
Şeyx Fazil əz-Zaki
Şeyx Rəzi əl-Qəffas
Şeyx Münir əl-Mətuq
Şeyx Qazi əs-Səmmak
Şeyx Sadiq əl-Afiyə
Şeyx Əli əl-Mütəğəvvi
Şeyx Məhəmməd Cavad əş-Şəhabi
Şeyx Hani əl-Bənna
Şeyx Casim əl-Xəyyat
Şeyx Məhəmməd əl-Xərsi
Şeyx Mahmud Aşur əs-Sədədi
Şeyx Əyyub əl-Bəhrani
Şeyx İsa əl-Mömin
Şeyx Cəmil əl-Ali
Seyid Məhəmməd əl-Qərifi
Şeyx Əli Naci əl-Həməli
Şeyx Baqir əl-Həvvac
Seyid Əhməd əl-Ğərifi
Seyid Sadiq əl-Maliki
Şeyx Hüseyn əl-Məhrus
Şeyx Əli Həsən əs-Sibeyi
Seyid Hüseyn əl-Kərani
Seyid Talib Məhəmməd
Şeyx Əli Səlim
Şeyx Əli Sənəd
Şeyx Əbdülhüseyn əl-Əkri
Şeyx Fazil Dəhnim əs-Sitri
Şeyx Sadiq əd-Dərazi
Şeyx Fuad əl-Mübarək
Seyid Musa əl-Vədai
Şeyx Raid əs-Sitri
Seyid Məcid əl-Məşəl
Şeyx Həsən əl-Qəssab
Seyid Hatəm əl-Ələvi
Şeyx Əhməd əl-Hayəki
Şeyx Əziz əl-Xuzran
Seyid Sadiq əl-Hicri
Xəbərin sonu.
Rəyiniz