çərşənbə 20 may 2026 - 15:28
Şəhid Ayətullah Rəisi xalqa qarşılıqsız xidmət göstərən  misilsiz bir şəxsiyyət idi / Şəhid Ayətullah Rəisi vətən uğrunda canından keçdi

Hövzə / Möhsüni Ejei İbrahim Rəisi və onun 2024-cü ilin may ayında baş vermiş uçuşda şəhid olmuş silahdaşlarının ikinci ildönümünü anaraq bildirib ki, Şəhid Ayətullah Rəisi həqiqətən özünü xalqa xidmətə həsr etmişdi və vətən uğrunda canından keçməyin mənasını əməli şəkildə göstərmişdir.

Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Möhsüni Ejei şəhid İbrahim Rəisi və onun silahdaşlarının şəhadət ildönümü münasibətilə sosial şəbəkə hesabında yazıb: 2024-cü ilin may ayında baş vermiş faciəsivi hadisə zamanı şəhid olan Ayətullah Rəisi və onun silahdaşlarının ikinci ildönümündə həmin uca məqamlı şəhidin və digər xidmət şəhidlərinin xatirəsini ehtiramla yad edirik. Şəhid Rəisi həqiqətən özünü xalqa xidmətə həsr etmişdi.

O bildirib: Şəhid Rəisi İran İslam Respublikası uğrunda canından keçməyin mənasını əməli şəkildə göstərib. Xalqla birlikdə olmaq onun həm şəxsi, həm də idarəçilik xüsusiyyətlərinin əsas cəhətlərindən idi.

Möhsüni Ejei əlavə edib ki, şəhid Rəisi inqilab və ideoloji mövqelərin bəyanında da tam qətiyyət və aydınlıq nümayiş etdirirdi, İslam İnqilabının ideallarını müxtəlif toplantı və platformalarda açıq şəkildə ifadə edirdi.

O vurğulayıb: Əziz rəhbərimiz Ayətullah Seyid Əli Xamenei şəhid Rəisini xalqa bağlı, yorulmaz, təqva və müdriklik kimi xüsusiyyətlərlə daim tərifləyib. Bu isə həmin böyük şəhid üçün ən yüksək səviyyədə fəxr göstəricisidir.

İran İslam Respublikasının Ali Məhkəməsinin sədri qeyd edib ki, şəhid Rəisi uzun illər məhkəmə sistemində müxtəlif vəzifələrdə, o cümlədən bu qurumun rəhbəri kimi İslam quruluşuna və xalqa geniş xidmətlər göstərib. Onunla birgə fəaliyyət və əməkdaşlığım dövründə məhkəmə sahəsində göstərdiyi yorulmaz səylərin yaxından şahidi olmuşam.

O, həmçinin şəhid Hüseyn Əmir Abdullahiyanın xatirəsini də anaraq bildirib: O şəhid də Ayətullah Rəisi kimi inqilab mövqelərinin müdafiəsində böyük səylər göstərirdi və meydanla diplomatiya arasında mühüm əlaqə yaratmışdı.

Möhsüni Ejei çıxışının sonunda Məhəmmədəli Əl-Haşimi, Malik Rəhməti, Seyid Məhdi Musəvi, may ayında baş vermiş qəzada olan uçuş heyəti və onların başında duran şəhid pilot Seyid Tahir Mustəfəvinin xatirəsini ehtiramla yad edib və Allahdan  onlar üçün rəhmət diləyib.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha