Hövzə xəbər agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Livanın sünni din xadimi və “Qolunə vəl-Əməl” (Sözümüz və əməlimiz) cəmiyyətinin rəhbəri Şeyx Əhməd əl-Qattan bir mərasimdə çıxış edərək təqva və İslam ümməti arasında qardaşlıq prinsiplərini ön plana çıxarıb.
O bildirib ki, ilk kəlam qohumluq əlaqələrinin qorunması və İslam ümmətinin birliyidir, çünki həqiqi güc müsəlmanların həmrəyliyində və birliyindədir.
Şeyx əl-Qattan qeyd edib ki, düşmənlər üzərində qələbə yalnız milli və İsalam birliyi vasitəsilə mümkündür və livanlıları “İsrail və ABŞ düşməni” adlandırdığı tərəfə qarşı birləşməyə çağırıb.
O, İsrailin Livana qarşı davam edən hücumlarını pisləyərək bunun qarşısının yalnız vahid milli mövqe ilə alına biləcəyini vurğulayıb.
Din xadimi İsrail ilə normallaşma və birbaşa danışıqların şəriət baxımından haram olduğunu bildirərək, hər hansı bir güzəşt və ya siyasi yaxınlaşmanı rədd edib.
Şeyx Əhməd əl-Qattan həmçinin İslam ümmətini düşməni tanımağa və ona qarşı birliyə çağıraraq, İsrail təhlükəsinin yalnız Fələstin və Livanla məhdudlaşmadığını, bütün ərəb və İslam ölkələrini, o cümlədən Körfəz ölkələrini təhdid etdiyini deyib.
Livan məsələlərinə toxunan Şeyx əl-Qattan ölkənin təhlükəsizliyinin yalnız xalq, ordu və müqavimət arasında həmrəyliklə təmin oluna biləcəyini bildirib.
O, müqavimət yolunda şəhid olan və yaralanan döyüşçüləri ehtiramla yad edib, Livanın cənubunda döyüşən qüvvələri “Livanlıların qüruru və şərəfi” adlandırıb.
Şeyx əl-Qattan cənub bölgəsində və Bəqaa vadisində yaşayan köçkünlərə səbir və dözüm çağırışı edərək, fədakarlıqların nəticəsiz qalmayacağını və ilahi kömək ilə qələbənin yaxın olduğunu bildirib.
O həmçinin İranın təzyiqlər və hücumlar qarşısında göstərdiyi möhkəmliyi təqdir edərək, bu mövqeyi bütün azad xalqların qələbəsi kimi dəyərləndirib.
Sonda isə “Qələbə Allahın izni ilə yaxındır” deyərək, müsəlmanları səbir, dözüm və Allaha təvəkkülə çağırıb və Qurani-Kərim ayəsinə istinad edib: “Əgər siz Allahı yarisanız, O da sizi yarisar və addımlarınızı möhkəmləndirər.”

Şeyx əl-Qattan
Rəyiniz