çərşənbə 3 iyun 2026 - 18:48
2000-ci illərdə doğulmuş, əl və ayaqlarını raket qurğusu uğrunda fəda edən gənc qaziyə ehtiram + Foto

Qum Elmi Hövzəsinin tələbərinin nümayəndə heyəti ilə görüşdə İnqilabın və vətənin müdafiəsi uğrunda əl və ayaqlarını fəda etmiş 2000-ci il təvəllüdlü qazi Hüseyn Məhəmmədini təltif edib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Seyid Cəlal Rəzəvi Mehr bu gün ( 2 iyun 2026-cı il, çərşənbə axşamı) Qum Elmi hövzəsinin tələbələrinin nümayəndə heyəti ilə keçirilən Ramazan ayında baş vermiş müharibənin qazisi Hüseyn Məhəmmədinin təqdir və təşəkkür mərasimində çıxış edib. O, şəhidlərin və fədakar qazilərin uca məqamını yad edərək, səkkiz illik İran İraq döyüşünün məcburi müharibəsi ilə Ramazan ayında baş vermiş müharibə və Müqavimət Cəbhəsinin hazırkı mübarizəsi arasındakı fərqləri izah edib.

O bildirib ki, özü də səkkiz illik İran İraq müharibəsi illərində cəbhələrdə iştirak edib və həmin dövrdə İranın əsas düşməni Bəəs rejimi idi. Baxmayaraq ki, qlobal hegemonluq qüvvələri və nifaq cərəyanları da gizli şəkildə İslam Respublikasına qarşı fəaliyyət göstərirdilər, lakin bu gün düşmən tam açıq şəkildə və misli görünməmiş cəsarətlə meydana çıxıb.

Rəzəvi Mehr vurğulayıb: Bu gün beynəlxalq sionizm və yəhudi dairələri bütün imkanları ilə meydana daxil olublar. Bu gün müqavimət cəbhəsinin önündə Əhli-beyt (ə) məktəbi və həzrət Məhəmməd peyğəmbərin (s) yolu dayanır.

Qum Elmi hövzəsinin müəllimi mərasimdə iştirak edən Hüseyn Məhəmmədiyə müraciətlə deyib: Allah-Taala sizi seçib. Şübhəsiz ki, sizin və haqq yolunun bütün mücahidləri haqqında edilən ilk dua şəhid Ayətullah Seyid Əli Xameneinin (r) duasıdır. Çünki onun bütün varlığı əzmkarlıq, fəzilət və müqavimət ruhu ilə yoğrulmuşdu.

Qum Elmi Hövzəsi Tələbə Nümayəndələri Məclisinin sədri şəhidlərin qanının və qazilərin fədakarlıqlarının təsirinə toxunaraq bildirib: Bu qanlar və müqavimətlər nəticəsində dəyərlərimiz qarşısında dayanmağa çalışan düşmən ‘Ayətullah Seyid Müctəba Xamenei’ adı ilə məğlubiyyətə uğradı. Bu gün İslam İnqilabının Ali Məqamlı Rəhbəri və bütün İslam ümməti sizin kimi başıuca əlillərlə fəxr edir.

Höccətül-İslam vəl-müslimin Rəzəvi Mehr çıxışının davamında haqq cəbhəsinin mübarizə ruhunun hər gün daha da gücləndiyini qeyd edərək deyib: Ramazan müharibəsinin şəhidlərinin intiqam hissi və onların yolunun hərarəti gündən-günə artır. Bu ilahi məktəb zaman keçdikcə daha canlı, daha geniş və daha təsirli olur. Bütün iranlılar öz qaziləri ilə fəxr edirlər və əziz qazimiz Hüseyn Məhəmmədi bu gün İran  xalqının qürur mənbəyi və müqavimət simvollarından biridir.

O əlavə edib: Xalq küçələrdə və meydanlarda fəal şəkildə iştirak etməlidir ki, şəhid imamın qisasını ala bilək.

Qum Elmi Hövzəsi Tələbə Nümayəndələri Məclisinin sədri2000-ci illərdə doğulmuş, əl və ayaqlarını raket qurğusu uğrunda fəda edən gənc qaziyə müraciətlə bildirib: Allaha şükür edirik ki, sizinlə bir arada olmaq nəsibimiz oldu. Sizinlə görüşməyi özümüz bizim üçün böyük bir şərəf hesab edirik. Allah sizi qoruyub saxlayıb ki, şəhidlərin ürək sözlərini dünya xalqlarına çatdırasınız.

O vurğulayıb ki, qazilər və şəhid ailələri İslam ümmətinin müqavimət ruhunun canlı simvollarıdır və onların fədakarlıqları gələcək nəsillərə yol göstərən əbədi bir məktəb olaraq qalacaq.

2000-ci illərdə doğulmuş, əl və ayaqlarını raket qurğusu uğrunda fəda edən gənc qaziyə ehtiram + Foto

Müqavimət döyüşçüləri bütün varlıqları ilə mübarizə aparırlar

Qazi Hüseyn Məhəmmədi də mərasimdə çıxış edərək döyüşçülərlə birlikdə keçirdiyi günlərdən bəzi xatirələri yada salaraq bildirib ki, müqavimət meydanının övladları bütün varlıqları ilə mübarizə aparırlar. Allaha şükür edirəm ki, əlillik məqamına nail oldum. Bu əlillik mənim üçün böyük bir şərəfdir. Şəhidlər isə daim bizim əməllərimizin şahidi və nəzarətçisidirlər.

Mübarizlik yalnız döyüş meydanı ilə məhdudlaşmır

Görüşün davamında qazi Hüseyn Məhəmmədinin həyat yoldaşı “mübarizlik” anlayışının geniş mənasından bəhs edərək bildirib: Əsas işi şəhidlər və mücahidlər görüblər. Lakin mübariz yalnız silahlı qüvvələrin üzvləri ilə məhdudlaşmır. Mübariz öz övladını din və islam dəyərləri əsasında tərbiyə edən bir ana da ola bilər. Mübariz gələcək nəslin yetişdirilməsi yolunda çalışan bir müəllim də ola bilər. Həmçinin müqəddəs ilahi quruluşun yüksəlişi naminə çalışan tibb bacısı, həkim və digər xidmət sahələrinin nümayəndələri də mübariz sayılırlar.

Mərasimin sonunda iştirakçılar maarifləndirmə cihadının davam etdirilməsinin, şəhid və əlil ailələrinin ehtiramla yad edilməsinin, eləcə də müqavimət cəbhəsinə hərtərəfli dəstəyin göstərilməsinin vacibliyini vurğulayıblar.

Xəbərin sonu.

2000-ci illərdə doğulmuş, əl və ayaqlarını raket qurğusu uğrunda fəda edən gənc qaziyə ehtiram + Foto

2000-ci illərdə doğulmuş, əl və ayaqlarını raket qurğusu uğrunda fəda edən gənc qaziyə ehtiram + Foto

2000-ci illərdə doğulmuş, əl və ayaqlarını raket qurğusu uğrunda fəda edən gənc qaziyə ehtiram + Foto

2000-ci illərdə doğulmuş, əl və ayaqlarını raket qurğusu uğrunda fəda edən gənc qaziyə ehtiram + Foto

2000-ci illərdə doğulmuş, əl və ayaqlarını raket qurğusu uğrunda fəda edən gənc qaziyə ehtiram + Foto

2000-ci illərdə doğulmuş, əl və ayaqlarını raket qurğusu uğrunda fəda edən gənc qaziyə ehtiram + Foto

2000-ci illərdə doğulmuş, əl və ayaqlarını raket qurğusu uğrunda fəda edən gənc qaziyə ehtiram + Foto

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha