cümə 5 iyun 2026 - 00:49
İraq Prezidenti: Həzrət Ayətullah üzma Fəyyaz birgəyaşayış və qardaşlığa çağıran hikmətli mövqeləri ilə tanınırdı

Hövzə | İraq Prezidenti ali dini mərcə Ayətullah üzma Şeyx Məhəmməd İshaq Fəyyazın vəfatı münasibətilə başsağlığı verərək bildirib ki, mərhum Şeyx Məhəmməd İshaq Fəyyaz hikməti, uzaqgörənliyi, həmçinin birgəyaşayış və qardaşlığın möhkəmləndirilməsi istiqamətindəki müdrik mövqeləri ilə tanınan görkəmli dini şəxsiyyətlərdən biri idi.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, İraq Prezidenti Nizar Amidi ali dini mərcə Ayətullah üzma Şeyx Məhəmməd İshaq Fəyyazın vəfatı münasibətilə başsağlığı mesajı yayımlayıb.

O, yaydığı bəyanatda dərin hüzn və kədərlə Ayətullah üzma Şeyx Məhəmməd İshaq Fəyyazın vəfat xəbərini aldığını bildirərək qeyd edib ki, mərhum ömrünü dinə, elmə və cəmiyyətə xidmətə həsr etmiş, bərəkətli həyatını mötədillik, tolerantlıq və mənəvi dəyərlərin təbliğinə, alim və tədqiqatçı nəsillərinin yetişdirilməsinə, eləcə də ictimai həmrəyliyin və milli birliyin möhkəmləndirilməsinə sərf etmişdir.

İraq Prezidenti vurğulayıb ki, mərhum Ayətullah üzma Şeyx Məhəmməd İshaq Fəyyaz hikməti, müdrikliyi və insanlar arasında dinc birgəyaşayışa, qarşılıqlı anlaşmaya və qardaşlığa çağıran mövqeləri ilə tanınan görkəmli elmli və mənəviyyatlı şəxsiyyətlərdən, həmçinin Nəcəf elmi hövzəsinin ən nüfuzlu simalarından biri olmuşdur. O, gələcək nəsillər üçün yol göstərən zəngin elmi, fiqhi və mənəvi irs yadigar qoymuşdur.

Prezident Nizar Amidi əlavə edib ki, bu ağır itki münasibətilə mərhumun möhtərəm ailəsinə, Nəcəf şəhərində olan din alimlərinə, hövzə tələbələrinə və bütün İraq xalqına dərin hüznlə başsağlığı verir. O, mərhumun fədakarlıq, ixlas və insanlığa xidmətlə dolu şərəfli həyat yolunu ehtiramla yad etdiklərini bildirərək, uca Allahdan ona sonsuz rəhmət və ailəsinə, tələbələrinə və bütün yaxınlarına isə səbir, dözüm və təsəlli nəsib etməsini diləyib.

«إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ»

Biz Allaha məxsusuq və ona qayıdacağıq!

İraq Prezidenti: Həzrət Ayətullah üzma Fəyyaz birgəyaşayış və qardaşlığa çağıran hikmətli mövqeləri ilə tanınırdı

İraq Prezidenti 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha