cümə 5 iyun 2026 - 09:41
Ayətullah üzma Seyid Əli Hüseyni Sistani: Ayətullah üzma Şeyx Məhəmməd İshaq Fəyyazın vəfatı ağir və əvəzolunmaz bir itkidir

Hövzə: Ayətullah üzma Seyid Əli Hüseyni Sistani Ayətullah üzma Şeyx Məhəmməd İshaq Fəyyazın vəfatı münasibətilə başsağlığı verib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, müqəddəs Nəcəf şəhərinin təqlid mərcələrindən olan Ayətullah üzma Seyid Əli Hüseyni Sistani böyük mərcəyi-təqlidlərdən olan Ayətullah üzma Şeyx Məhəmməd İshaq Fəyyazın vəfatı münasibətilə başsağlığı verib.

Həzrət Ayətullah Sistaninin ofisi tərəfindən yayılan bəyanatda bildirilir:

Dərin hüzn və böyük təəssüf hissi ilə saleh alim və dini mərcə, həzrət Ayətullah Şeyx Məhəmməd İshaq Fəyyazın (Allah ona rəhmət eləsin) vəfatı xəbərini aldım.

Mərhum son onilliklər ərzində Nəcəf Elmi hövzəsinin görkəmli simalarından biri olmuş, elmi əsərlər yazmaq, dərs demək və digər fəaliyyətləri vasitəsilə elmə və elm əhlinə ixlasla xidmət göstərərək seçilmişdir. Buna görə də onun itkisi böyük bir itki hesab olunur və qoyub getdiyi boşluğun yalnız ilahi lütf və inayətlə doldurulması mümkündür.

Bu böyük müsibət münasibətilə Allahın başda, həzrət İmam Zaman (ə.f) olmaqla, Elmi Hövzələrə, mərhumun möhtərəm ailəsinə və bütün möminlərə başsağlığı verirəm.

Uca Allahdan diləyirəm ki, onun məqamını cənnətdə ucaltsın, onu ilahi övliyalarla, eləcədə həzrət Məhəmməd (s) və onun pak Əhli-beyti (əleyhimussəlam) ilə birlikdə məhşur etsin, ailəsinə, yaxınlarına və həmçinin sevənlərinə səbir və aramlıq nəsib etsin. 
ولا حول ولا قوة إلا بالله العلی العظیم.
"Güc və qüvvət yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur.”

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha