bazar ertəsi 22 iyun 2026 - 19:12
Müqavimət və Hizbullah hərəkatını məhv etmək planı iflasa uğradı

Hövzə / Hizbullah hərəkatının baş katibi Şeyx Nəim Qasim bildirib ki, Hizbullahı və bölgədəki müqavimət cəbhəsini məhv etməyə yönəlmiş plan mövcud idi, lakin bu plan uğursuzluğa düçar olub.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Hizbullah hərəkatının baş katibi Şeyx Nəim Qasim bildirib ki, Hizbullahı və bölgədəki müqaviməti məhv etməyə yönəlmiş bir plan mövcud idi, lakin bu plan uğursuzluğa düçar oldu. Livanda həyata keçirilən “عصف مأکول” (Yeyilmiş saman qalıqları) əməliyyatı zamanı təxminən 10 min hava hücumu təşkil edilsə də, bütün bu fədakarlıqlara baxmayaraq müqavimət ayaqda qaldı. İranı və bölgə müqavimətini aradan qaldırmağa yönəlmiş layihə iflasa uğradı. Buna görə də yeni bir mərhələ başlayıb ki, onun nəticəsi ABŞ və İsrail planının məğlubiyyətidir.

Şeyx Nəim Qasim vurğulayıb ki, İsrailin təcavüzü uğursuz oldu və qarşıya qoyduğu məqsədlərə nail ola bilmədi. Lakin israillilər hələ də vəziyyətin dəyişəcəyinə ümid bəsləyirlər.

O qeyd edib ki, İran böyük və ağır fədakarlıqlara baxmayaraq əvvəlkindən daha güclü şəkildə ortaya çıxdı və öz haqqından geri çəkilməyəcəyini sübut etdi. İsrail rejimi (27 noyabr 2024-cü il) tarixində əldə olunmuş təcavüzün dayandırılması razılaşmasına əməl etmədi və İrana qarşı müharibə aparmaqla ərəb dünyasında müqavimətin əsas dayağını sıradan çıxarmağa çalışdı.

Livanın Hizbullahıə hərəkatının baş katibi çıxışında bildirib: İsrailə sərbəst fəaliyyət imkanı verən atəşkəs, təcavüzün davam etməsi deməkdir və biz bunu qəbul etmirik.

O əlavə edib ki, razılaşmadan sonrakı 15 ay ərzində bu planı qəbul etməyiblər. Hər dəfə onlar atəşkəsə sadiq qaldıqları halda, qarşı tərəf öhdəliklərini pozub. Hazırda İsrail planının puç edilməsi mərhələsində olduqlarını deyən Şeyx Nəim Qasim vurğulayıb ki, atəşkəs düşmənin ölkə ərazisindən geri çəkilməsindən əvvəl təcavüzün tam dayandırılması deməkdir. Atəşkəs hava, quru və dəniz hücumlarının tamamilə dayandırılmasını, dağıntıların olmamasını və işğal edilmiş ərazilərdə əlavə qüvvələrin yerləşdirilməməsini nəzərdə tutur.

Şeyx Nəim Qasim çıxışının davamında bildirib ki, İran tərəfindən güclü dəstəyə malikdirlər və İran razılaşmanın birinci bəndində Livana qarşı təcavüzün dayandırılması və onun müdafiəsi məsələsini əsas prioritet kimi irəli sürüb.

Hizbullah hərəkatının baş katibi Şeyx Nəim Qasim Livan hökumətinə müraciətlə deyib: Düşmənlə birbaşa danışıqlar ona güzəşt etməkdən başqa hansı nəticəni verib? Müqavimətin və İranın gördüyü işlərdən yararlanın. Böyük İran dövlətinə baxın ki, Livanın naminə Hörmüz boğazını bağlayır. Bu, sizin əlinizdə olan bir vasitədir, ey Livan dövləti.

Hizbullah hərəkatının baş katibi Şeyx Nəim Qasim bildirib ki, ABŞ-ın dəstəyi olmasaydı, İsrailin təcavüzü bu həddə çatmazdı. Buna görə də ABŞ prezidenti bu təcavüzü dayandıra bilər.

O vurğulayıb ki, Livan torpaqlarında işğalın davam etməsi mümkün deyil və işğal şəraitində heç bir bölgə təhlükəsiz sayıla bilməz. O əlavə edib ki, ölkədə suverenliyin qorunmasına cavabdeh olan yeganə rəsmi qüvvə milli ordudur və onlar ordu ilə əməkdaşlıq edirlər.

Hizbullah hərəkatının baş katibi qeyd edib: Livanda heç bir qrup digərindən üstün olmayacaq. Livan yalnız birgəyaşayış və milli birlik sayəsində möhkəmlənə bilər.

Şeyx Nəim Qasim əlavə edib: Düşmənlə münasibətləri normallaşdırmağa böyük həvəs göstərən hökumətdən istəyirəm ki, Livan xalqına qarşı təzyiqləri artırmasın.

O, həmçinin prinsiplərinə sadiq qaldığı üçün ABŞ sanksiyaları siyahısına salınan «Əl-Morde» hərəkatının rəhbəri Süleyman Frəncini salamlayaraq ona ehtiramını ifadə edib.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha