bazar ertəsi 6 iyul 2026 - 12:49
Tehran şəhəri şəhid Ayətullah Seyid Əli Xameneinin matəminə bürünüb / Səhər saatlarından etibarən milyonlarla insan dəfnə geden marşrutlara axışıb

Bu gün (7 iyul 2026-cı il), səhər saat 06:00-dan etibarən Tehran şəhəri bütövlükdə hüzn və qəm ab-havasına bürünüb. Şəhid Ayətullah Seyid Əli Xameneinin mübarək nəşinin əzəmətli dəfn mərasimi imanlı, inqilabçı və dərin hüzn içində olan milyonlarla insanın iştirakı ilə başlayıb. Səhərin erkən saatlarından küçələrə axışan insanlar bir daha bu torpağın şəhidlərinin yoluna, amalına və mübarək qanına sadiq olduqlarını bütün dünyaya bəyan etmək üçün meydana çıxıblar.

Hövzə Xəbər Agentliyinin Tehran bürosunun verdiyi məlumata görə, bu gün (7 iyul 2026-cı il), səhər saat 06:00-dan etibarən Tehran hüzn və əzəmətə bürünüb. Şəhid Ayətullah Seyid Əli Xameneinin mübarək cənazəsinin əzəmətli dəfn mərasimi milyonlarla imanlı, inqilabçı və kədərli insanın iştirakı ilə başlayıb. Havanın açılması ilə küçələrə axışan insanlar bir daha bu torpağın şəhidlərinin yoluna, amalına və mübarək qanına sadiq olduqlarını nümayiş etdiriblər.

Səhərin erkən saatlarından etibarən mərasimin keçirildiyi əraziyə aparan bütün yollar izdihamlı matəm mərasiminə çevrilib. Gözləri yaşlı, qəlbləri dərin hüznlə dolu, eyni zamanda möhkəm iradə və qətiyyət nümayiş etdirən insanlar Şəhid Ayətullah Seyid Əli Xameneinin mübarək cənazəsini tarixi şəkildə yola salmaq üçün əsas meydanlara üz tutublar. Xalqın simasında ayrılıq acısı, addımlarında isə iman, inqilaba sədaqət və dönməz iradə aydın hiss olunurdu. Bu mənzərə Tehranı hüzn və qəhrəmanlığın təcəssüm etdiyi nəhəng bir matəm məkanına çevirib.

Mərasimin əsas marşrutu Dəmavənd küçəsi, və şəhid Ləşkəri küçəsini əhatə edir. Əsas marşruta birləşən bütün yol qovşaqları da dəfn mərasiminin keçirildiyi ərazi kimi müəyyənləşdirilib. Məhz buna görə də səhərin ilk dəqiqələrindən etibarən şəhərin müxtəlif bölgələrindən insanların seli bu istiqamətlərə axışmağa başlayıb. Bu coşqun izdiham sanki təkcə bir cənazəni yola salmaq üçün deyil, həm də əbədi bir yola və müqəddəs amala yenidən beyət etmək üçün meydana çıxıb.

Mərsiyələrin sədası, salavat zikrləri, inqilab şüarları və xalqın dayanmadan axan göz yaşları Tehranın ab-havasını əzəmət və mənəviyyatla doldurub. Qadınlar və kişilər, yaşlılar və gənclər, ailələr və müxtəlif ictimai qruplar bu möhtəşəm mərasimdə çiyin-çiyinə iştirak edirlər. Bu izdiham bir daha göstərir ki, şəhidlər yaşayırlar və öz xalqları üçün hidayət çırağını hələ də işıqlandırmaqda davam edirlər.

Mərasimin təşkilatçıları xüsusi hazırlıq tədbirləri ilə bu möhtəşəm mərasimin nizam-intizam və arxayınlıq şəraitində keçirilməsi üçün bütün imkanları səfərbər ediblər. Lakin həqiqət budur ki, xalqın möhtəşəm iştirakı görülən bütün hazırlıqları geridə qoyaraq öz-özlüyündə misilsiz və unudulmaz bir mənzərə yaradıb. Tehran bu gün təkcə İranın paytaxtı deyil, həm də hüznün, imanın, qeyrətin və sədaqətin paytaxtına çevrilib.

Bu mərasim yalnız bir cənazənin yola salınması deyil. Bu, bir tarixin yola salınması, ömrünü İnqilabın, imanının və bu xalqın izzəti yolunda sərf etmiş şəhid Ayətullah Seyid Əli Xamenei kimi böyük bir şəxsiyyətlə vida mərasimidir. Bu gün xalqın axıtdığı hər göz yaşı, bu yolda atılan hər addım və Tehran şəhərinin səmasında ucalan hər qəhrəmanlıq şüarı bir həqiqəti təsdiqləyir: Şəhidin müqəddəs qanı heç vaxt unudulmayacaq, onun yolu isə əbədi yaşayacaqdır.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha