Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Həzrət Ayətullah Sistaninin nümayəndəsi və həzrət Əbülfəzl Abbasın (ə) mübarək hərəminin şəri məsələlər üzrə məsul şəxsi Höccətül-İslam vəl-müslimin Seyid Əhməd Safi, Şəhid Ayətullah Seyid Əli Xameneinin (r) böyük oğlu Höccətül-İslam vəl-müslimin Seyid Mustafa Xameneini qarşılayıb.
Höccətül-İslam vəl-müslimin Safi, Şəhid Ayətullah Xameneinin (r) və ailə üzvlərinin şəhadəti münasibətilə başsağlığı verib.
Bu görüş Şəhid Ayətullah Xameneinin (r) Kərbəla şəhərində keçiriləcək dəfn mərasiminə hazırlıq işləri çərçivəsində baş tutub.
Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs hərəmi bu gün, çərşənbə günü, Şəhid Ayətullah Xameneinin (r) ailə üzvlərinin mübarək nəşlərinin izdihamlı dəfn mərasiminə ev sahibliyi edib.
Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs hərəmi dəfn mərasimində iştirak edənlərin rahat hərəkətini təmin etmək, eləcə də onlara logistika və tibbi xidmət göstərmək məqsədilə vahid təşkilati və xidmət planı hazırlayıb.

Rəyiniz