cümə 10 iyul 2026 - 15:57
Şəhid Ayətullah Seyid Əli Xameneinin pak nəşinin dəfn mərasimi uzaqgörən xalqın sivilizasiya yönümlü beyəti idi

Baqirul-Ülum (ə) Universitetinin elmi heyətinin üzvü: Ali dini lider şəhid Ayətullah Seyid Əli Xameneinin pak nəşinin dəfn mərasimi, əslində, dünyanın təkəbbür sahibləri və tağutları qarşısında heç vaxt təslim olmayan ayıq ümmətin sivilizasiya yönümlü beyətidir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Əliəsğər İslami Tənha "İnqilab Ali dini liderinin mübarək cənazəsinin dəfn mərasimi və yeni İranın ictimai nizamının formalaşması" mövzusunda keçirilən ixtisaslaşmış iclasda bildirib ki, düzgün dini baxışa əsasən, liderin dəfn mərasimi əslində ümmətin dəfn mərasimidir.

O qeyd edib ki, dəfn mərasimindən danışarkən, adını məhz bu mənadan alan bir hadisədən söhbət gedir. Ərəb dilində "təfil" babı bu anlayışa mərhələlilik və proses xarakteri də əlavə edir, beləliklə dəfn mərasimini yayılma və ölkə lideri ilə bağlılığın qorunması müşayiət olunan tədrici hərəkətə çevirir.

O əlavə edib ki, buna görə də ölkə liderinin dəfn mərasimi elə bir prosesdir ki, burada onunla bağlılıq qorunmaqla onun mesajı yayılır və hərəkət etdirilir. Mərasimdə iştirak edən izdihama diqqətlə baxdıqda görünür ki, onlar həqiqətən də öz liderlərini yola salırlar. Yəni onun adını şəhərin küçələrində və ictimai məkanda yayırlar, lakin daha dərin səviyyədə Ayətullah Xamenei onların qəlblərində, düşüncələrində və ruhlarında da yayılır. Bu mərasim özünün ən dərin qatında ruhla bağlanan sivilizasiya beyəti hesab olunur.

O bildirib ki, bu baxımdan bir şəhid və ya ölkə lideri üçün belə bir dəfn mərasimi keçirilərkən baş verən hadisə sadəcə bir cənazəni müşayiət etmək deyil, bundan qat-qat böyük bir hadisədir. Bu mənada Ayətullah Seyid Əli Xameneinin mübarək nəşi özü bir media rolunu oynayır. Sanki ümmət bu vasitə ilə dünya, tarix və gələcək ilə danışır. Bu tabut mikrofon və səsgücləndirici kimi çıxış edərək mesajı keçmişə, gələcəyə və bütün dünyaya çatdırır. Bu əzəmətli izdiham da məhz bu vasitənin köməyi ilə öz həqiqi mahiyyətini və əsas mesajını bəyan edir. Bu baxımdan ölkə liderinin dəfn mərasimi həm də kommunikasiya mərasimidir.

Hövzə və universitet müəllimi vurğulayıb ki, bu mərasimdə toplaşan insanların hamısı əslində təfsir prosesi həyata keçirirlər. Çünki burada insanlar şəhidi bir mətn kimi oxuyur, eyni zamanda həmin mətn də bu mərasimdə iştirak edən insanların varlığının yenidən oxunmasına kömək edir. Başqa sözlə desək, burada hermenevtik dövr baş verir: insanlar tabutu müşayiət edir, tabut isə onların varlığının yenidən dərk olunmasına yardım göstərir. Necə ki, ilk mərhələdə Ali dini lider ümmət tərəfindən müşayiət olunur, növbəti mərhələdə isə o da bu ümməti qəbul edir və ona yenidən məna bəxş edir. Yəni qəbul və yenidən məna vermək dini lider tərəfindən həyata keçirilir.

O əlavə edib ki, Ali dini liderin dəfn mərasimi ümmətin dəfn mərasimidir dedikdə, bunun mənası budur ki, Ali dini lider bu insanları qəbul etməklə onları sadəcə bir izdihamdan ümmətə çevirir. Burada ikinci mərhələdə felin faili elə İmamın özüdür. İmam bu məna bəxş etməklə həmin toplaşmanı ümmətə çevirir və adi bir kütlədən tarixi və dini kimlik formalaşdırır.

Höccətül-İslam vəl-müslimin İslami Tənha qeyd edib ki, Ali dini liderin dəfn mərasimi sadəcə cismlə ictimai vidalaşma deyil, sivilizasiya beyətidir.

O bildirib ki, bu hadisəni tarixi dəfn mərasimləri ilə müqayisə etsək, deməliyik ki, bu mərasim bir çox cəhətdən bənzərsizdir və hətta İmam Xomeyninin (r) tarixi dəfn mərasimi ilə də müqayisə oluna bilməz. Ən mühüm fərqlərdən biri də budur ki, burada söhbət şəhid olmuş rəhbərdən gedir və bu rəhbərin İmamamət mənbəyi, eləcə də Əhli-beytin (ə) mərkəzi olan İmam Hüseyn (ə) ilə bağlılığının dərəcəsi bu hadisəni az qala misilsiz edir.

O vurğulayıb ki, şiə tarixində şəhid Əvvəl və şəhid Sani kimi böyük şəxsiyyətlər olub, lakin bu şəhid Ayətullah Seyid Əli Xameneinin tarixdəki təsiri, cəmiyyət quruculuğu və sivilizasiya yaratmaq təcrübəsinin şiə tarixində bənzərinin olmadığını söyləmək olar.

O qeyd edib ki, ayinlərin ən mühüm xüsusiyyəti zaman və məkanı çılpaq və mənasız vəziyyətdən çıxarmasıdır. Biz bu günün cümə günü, Aşura günü və ya Qədir-Xum bayramı olduğunu söylədikdə, əslində zamana məna vermiş oluruq. Dəfn mərasimi də zaman və məkanı mənalandırır. Buna görə də onu "Əyyamullah" (Allahıngünü) sırasında dəyərləndirmək lazımdır. Allahın cəlal və camal təcəllilərinin digər günlərdən daha aydın göründüyü günlər Əyyamullah nümunələridir və bu mərasim də həmin qəbildəndir.

O vurğulayıb ki, bu dəfn mərasimini yalnız ölüm diskursu çərçivəsində dəyərləndirmək düzgün deyil. Çünki bu mərasim ölmək üçün deyil, yenidən yaşamaq ayinidir. Onu ölüm prizmasından da təhlil etmək mümkündür, lakin həqiqətdə bu mərasim özündə böyük sivilizasiya, mədəniyyət və cəmiyyət quruculuğu fürsəti daşıyır. Bu mərasimdə iştirak edən insan bütün varlığı ilə bəyan edir ki, ona yenidən yaşamaq fürsəti verilib.

O, bu hadisəni həzrət Əba Əbdillah Hüseyn (ə)-ın şəhadəti ilə müqayisə edərək bildirib ki, necə ki, həzrət İmam Hüseynin(ə) şəhadəti İslam aləmində həqiqi İslamın və siyasi İslamın yeni mərhələsini başlatdı, şəhid rəhbərin şəhadəti də siyasi İslamın yeni fəslini aça bilər.

O əlavə edib ki, bu fikir siyasi İslamdan mədəni İslama keçid anlamına gəlmir. Belə bir qarşıdurma mahiyyət etibarilə yanlışdır və tarix də bunu sübut edir. İslam İnqilabının şəhid lizderinin şəhadəti siyasi İslamın yeni mərhələsini formalaşdıracaq və dəfn mərasimi də bu həqiqətin elan olunması üçün misilsiz fürsətdir.

O bildirib ki, milyonlarla insanın bu mərasimdə iştirakına baxdıqda, bunu sosial konstruksiya anlayışı ilə izah etmək lazımdır. Sosiologiyada sosial konstruksiya o deməkdir ki, insan reallığı xam və şəffaf şəkildə qəbul etmir; onun şüurunda və idrakında yerləşmiş sosial anlayışlar vasitəsilə reallığı oxuyur və şərh edir.

O qeyd edib ki, dəfn mərasimində milyonlarla insanın iştirakı İslam İnqilabı diskursunun və onun məna sisteminin bu ümmətin şüurunda kök saldığını göstərir. İnsanlar da məhz bu dəyərlərin daxilləşməsi nəticəsində belə möhtəşəm ictimai davranış nümayiş etdirirlər.

Hövzə və universitet müəllimi bildirib ki, son həftələr və aylarda bəzi analitiklər şəhid Ayətullah Seyid Əli Xamenei təkcə İranın deyil, bütün dünyanın qoruyucusu olduğu fikrini irəli sürüblər.

Onun sözlərinə görə, şəhid Ayətullah Xamenei yalnız böyük İran şəxsiyyəti deyil, həm də dünya miqyasında böyük şəxsiyyətdir. İran isə müasir müstəmləkəçilik, yeni istismar siyasəti və dünya məzlumları ilə azadlıqsevərlərinə qarşı qurulan hegemonluğa qarşı bəşəriyyətin son istehkamı hesab olunur.

O vurğulayıb ki, buna görə də bu hadisəyə baxarkən onun qlobal ölçüsünü də nəzərə almaq və bu mühüm hadisəni məhz bu baxış bucağından təhlil etmək lazımdır.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha