Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Livanın Hizbullah hərəkatının mücahid baş katibi Höccətül-İslam vəl-müslimin Şeyx Nəim Qasim İslam Elmi hövzəsinin ikinci ildönümü münasibətilə Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin (Allah hər ikisinə rəhmət eləsin) şəhadəti ilə bağlı mərasimə göndərilən Elmi hövzə nümayəndə heyətinə müraciət ünvanlayaraq Elmi hövzənin rəhbərliyinə, alimlərinə, əməkdaşlarına və bütün hövzə tələbələrinə öz təşəkkür və minnətdarlığını bildirib.
Höccətül-İslam vəl-müslimin Şeyx Nəim Qasim müraciətində qeyd edib ki, həqiqi İslam, vilayət və İmam Xomeyninin (r) rəhbərliyi istiqamətində hərəkət Hizbullah hərəkatını və Elmi hövzələri bir araya gətirib. O bildirib: Bu gün də cihad, müqavimət, şəhadət və fədakarlıq yolunu İslam İnqilabının Ali Məqamlı Rəhbəri, həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin (Allah onu qorusun) rəhbərliyi altında davam etdirmək, fədakar şəhidlərin şəhadətindən sonra bizi sizinlə birləşdirən ortaq cəhətdir.
Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın (Allah ona rəhmət eləsin) şəhadətindən sonra baş verən “Əvliəl-Bəs” və şəhid Ayətullah Xameneinin (Allah ona rəhmət eləsin) şəhadətindən sonra baş verən “Əl-Əsf əl-Məkul” adlı son iki müharibəyə toxunaraq bildirib: Hizbullah bütün cinayətləri və vəhşilikləri ilə bənzəri olmayan sionist rejimə, onun arxasında dayanan Amerika tağutuna qarşı iki il ərzində genişmiqyaslı müharibəyə daxil oldu. Hizbullah İmam Hüseyni (ə) və Həzrət Zeynəbi (s.ə) ülgü seçərək müqavimət və mübarizə göstərdi və Allahın lütfü ilə düşmənlərin planlarını puça çıxarmağa nail oldu. O, bu yolu başıuca və izzətlə davam etdirəcək.
Şeyx Nəim Qasim daha sonra İran İslam Respublikasının tam qələbə qazanacağına ümidvar olduğunu bildirərək deyib: “İran xalqı, Silahlı Qüvvələr, dövlət rəsmiləri, eləcə də başda şəhid Ayətullah Xamenei olmaqla onun ailəsi, bütün döyüşçülər, alimlər və komandirlər bütün varlıqları ilə müqavimət göstərdilər və dağ kimi möhkəm dayandılar: «وَکَانَ حَقًّا عَلَیْنَا نَصْرُ الْمُؤْمِنِینَ» – «Möminlərə yardım etmək bizim üzərimizdə olan bir haqdır». (Rum, 47)”
Hizbullah hərəkatının mücahid baş katibi əmin edib: Hizbullah sabitlik və səbir nümayiş etdirərək bu yolu davam etdirəcək. Heç bir qüvvə Hizbullah hərəkatını sarsıda bilməz və Allahın himayəsi altında hidayət, ilahi yardım və qələbədən başqa heç bir nəticə olmayacaq.
O, sonda hamının İmam Zamanın (ə.f) əsgərlərindən olmasını arzulayıb, böyük, əzəmətli və mücahid Qum Elmi hövzəsinə, onun rəhbərinə, alimlərinə, müavinlərinə və həmçinin tələbələrinə salamlarını çatdırıb, müqavimət cəbhəsinin yekun qələbəsi üçün dua edib.
Rəyiniz