Beynəlxalq xəbərlər xidmətinin Hövzə Xəbər Agentliyinə verdiyi məlumata görə, Bağdadın imam cüməsi və Nəcəf-Əşrəf Elmi hövzəsinin tanınmış müəllimi Ayətullah Seyid Yasin Musəvi cümə namazının siyasi xütbəsində bölgədəki son hadisələri şərh edib və İraqın daxili işlərinə xarici müdaxilələrdən narahatlığını bildirib. O vurğulayıb ki, şiələrin birliyinə və Müqavimət Cəbhəsinə edilən hücumlar qırmızı xəttdir və bunun aşılması qəbuledilməzdir.
Nəcəf hövzəsinin böyük usdadı, ABŞ və İsrailin Livanda Hizbullahın silahlarını hədəf alaraq şiələrin gücünü zəiflətmək cəhdlərinə diqqət çəkərək, Livan prezidenti Cozef Aunun "Həşdi Şəbi (Xalq səfərbərlik qüvvələri) təcrübəsinin təkrarlanmaması" ilə bağlı sözlərini bu müdafiə qüvvəsinə qarşı təhqir adlandırıb.
O, Livan səfirinin bu məsələ ilə bağlı açıqlama vermək üçün İraq Xarici İşlər Nazirliyinə çağırılmasını dəstəkləyib və bu addımı Həşdi Şəbiyə edilən təhqirə uyğun bir cavab kimi qiymətləndirib. Ayətullah Musəvi əlavə edib ki, Livan rəsmilərinin bu sözləri izah etməyə çalışması vəziyyəti daha da ağırlaşdırır.
Davamında isə o qeyd edib ki, Livanın siyasi atmosferi tamamilə ABŞ və İsrailin təsiri altındadır və Cozef Aun, Nəvvaf Salam kimi şəxslərin adlarını çəkərək bildirib ki, Livanın daxili böhranları yalnız Livan xalqına aiddir və bu məsələdə İraqın heç bir müdaxiləsi olmayıb.
O, həmçinin çıxışının davamında İraqın Livana etdiyi genişmiqyaslı yardımlara toxunaraq bəzi livanlı rəsmiləri nankorluqda ittiham etdi. O bildirdi ki, bu yardımlar yalnız Livan şiələrinin varlığı və İraq xalqı ilə onların arasında mövcud olan mənəvi və qardaşlıq bağları səbəbilə göstərilir.
Ayətullah Musəvi çıxışının başqa bir hissəsində ölkə daxilindəki siyasətləri də tənqid etdi və baş nazir Məhəmməd Şia əl-Sudaniyə xitabən dedi: Siz Britaniyaya səfər etdiniz və müəyyən razılaşmalar əldə olundu, lakin bu barədə heç kim danışmır. Amma İraq xalqı ayıqdır və asanlıqla aldadılmır.
O, Xor Abdullah məsələsinə toxunaraq, bu razılaşma ilə bağlı bəzi sənəd və maliyyə hesablarının mövcud olduğunu qeyd etdi və hökumətdən İraq Ali Federal Məhkəməsinin bu razılaşmanı dayandıran qərarına hörmət etməsini və ölkənin su və dəniz hüquqlarını müdafiə etməsini tələb etdi.
Bağdadın imam cüməsi hökumətin Türkiyəyə qarşı siyasətini də sərt şəkildə tənqid etdi və bildirdi ki, “İraq nümayəndə heyəti əsas güzəştlər edib, lakin qarşılığında heç bir imtiyaz əldə olunmayıb.” O, “Davud keçidi” adlanan layihəyə dair də xəbərdarlıq etdi və bu keçidin Tövrat inancına görə Dəccalın zühuru ilə əlaqələndirildiyini qeyd edərək onun İraq üçün təhlükə yaratdığını vurğuladı.
O, eyni zamanda İraqda su çatışmazlığı probleminə də toxunaraq, Türkiyənin su mənbələrini kəsməsinin Dəclə çayının qurumasına və ciddi ekoloji fəlakətə səbəb olduğunu bildirdi.
Ayətullah Musəvi həmçinin Suriyanın hazırkı hakimiyyətini “məzhəbçi və İraqın təhlükəsizliyi üçün təhdid” adlandıraraq, iki ölkə arasında milli maraqlara əsaslanan və şəffaf münasibətlərin qurulmasının zəruriliyini vurğuladı.
Ayətullah Seyid Yasin Musəvi həmçinin terrorçu “əl-Culani”nin İraqa dəvət olunmasını kəskin şəkildə tənqid edərək, bunu şəhid ailələrinə və İraq xalqına açıq-aşkar bir təhqir adlandırdı. Baş nazirlə birbaşa xitab edərək dedi: Əgər Kərbəla zəvvarlarını hədəf almış bu şəxs İraqa daxil olarsa, mən sənin barəndə şikayətimi Əmirəl-möminin (ə) və İmam Hüseynə (ə) bildirəcəyəm.
O vurğuladı ki, “şiələrin gücü və müqavimət cəbhəsi bizim qırmızı xəttimizdir” və xalqı ayıq olmağa, milli qürur və suverenliyi qorumaqda hər cür səhlənkarlığa qarşı çıxmağa çağırdı.
Çıxışının sonunda Ayətullah Musəvi dedi: Biz yalnız başqalarına güzəşt edən, lakin qarşılığında heç nə əldə etməyən siyasəti qəbul etmirik. İraq o qədər böyük və şərəfli bir ölkədir ki, yad qüvvələrin əlində bir oyuncağa çevrilə bilməz. Şəhidlərin qanına və xalqın şüuruna hörmət göstərin.
Rəyiniz