Hövzə Xəbər Agentliyinin Tərcümə qrupunun verdiyi məlumaya əsasən, Pakistanın müxtəlif İslam məzhəblərinin alimləri «Pakistan Alimlərinin Birləşmiş Cəbhəsi» adı altında ölkənin 300-dən çox məscidində cümə xütbələri zamanı koordinasiyalı çıxışlar edərək vurğulayıblar:
İslam aləminin mərkəzi olan bu iki müqəddəs məkandan (Məkkədəki Kəbə evi və Mədinədəki Peyğəmbər məscidi) fələstini müdafiə edən və sionist müstəmləkəçilərin zülm və təcavüzünə qarşı yüksələn hər bir səs, zalımların əsas mərkəzlərini sarsıda bilər.
Alimlər İsrailin cinayətlərinin davam etməsi ilə bağlı xəbərdarlıq edərək, Həcc mövsümündən sonra Səudiyyə Ərəbistanı hökumətindən İslam ölkələrinin liderlərinin iştirakı ilə beynəlxalq bir Fələstin konfransı keçirməyi tələb ediblər.
Onlar bu konfransda Fələstin xalqına dəstək, İsrailin qanlı hücumlarının qarşısını almaq və yüz minlərlə fələstinli şəhidin qanının cavabını vermək üçün dəqiq çıxış yollarının təqdim edilməsini istəyiblər.
Onlar həmçinin İslam dünyasının İsrailin artmaqda olan cinayətlərinə qarşı cəsarətli və tərəddüdsüz addım atmasını tələb ediblər.
Həccin imamından isə istəyiblər ki, Ərəfə xütbəsində bu cinayətləri qınamaqla yanaşı, müsəlmanların ilk qibləsinin azad olunmasının vacibliyini də vurğulasın.
Pakistanın görkəmli din alimləri, həmçinin İran və Pakistanın Fələstin məsələsinə dəstək istiqamətindəki birgə səylərini, eləcə də bu mövzuda iki ölkənin yüksək səviyyəli rəsmilərinin görüşlərini alqışlayaraq, bunu müsbət və ümidverici bir addım kimi qiymətləndiriblər.
Sonda vurğulandı ki, Həcc xütbəsi İslam ümmətinin birliyinin dirçəldilməsi və işğala, zülmə qarşı müqavimət cəbhəsinin gücləndirilməsi üçün tarixi bir fürsətdir və bu fürsət müqəddəs Qüdsün azadlığının təmin edilməsi yolunda istifadə olunmalıdır.
Xəbərin sonu.
Rəyiniz