Hövzə Xəbər Agentliyinin tərcümə qurupunun məlumatına görə, 4 iyun zülmə məruz qalmış beynəlxalq uşaqlar günü ərəfəsində Pakistan Şiə Alimləri Şurasının sədri Hüccətül-İslam vəl-müslimin Seyid Sacid Əli Nəqəvi bəyan etdiyi müraciətdə, məzlum Fələstin xalqı, xüsusilə də sığınacaqsız Qəzza uşaqları ilə həmrəyliyini ifadə edib və vurğulayıb: Bu gün dünyada heç bir uşaq fələstinli uşaqlar qədər zülm, zorakılıq və amansız cinayətlərin hədəfi olmayıb.
O, Qəzzə, Rəfah və digər Fələstin bölgələrindəki faciəvi vəziyyətə toxunaraq əlavə edib: Fələstin bu gün tamamilə bir məzlumiyyət simvoluna çevrilib. Guya demokratiya iddiası ilə çıxış edən istibdadçı və sionist güclər insanlıq sərhədlərini aşaraq tarixdə nadir görünən vəhşiliklərə imza atıblar. Qadınlar, uşaqlar və qocalar fasiləsiz bombardmanlarda həlak olublar, sağ qalanlar isə amansız hərbi hücumların hədəfinə çevriliblər. Bu hadisələr təkcə günahsız insanların deyil, eyni zamanda bəşəri vicdanın da susdurulduğunu göstərir.
Seyid Sacid Əli Nəqəvi beynəlxalq ictimaiyyətin susqunluğu və İslam ümmətinin biganəliyindən təəssüf hissi ilə bəhs edərək bildirib: Dünya bilməlidir ki, ən böyük terrorçular elə insan haqlarını şüar edən, lakin onu açıq şəkildə pozan qüvvələrdir. Təəssüf ki, bu qədər böyük bir faciə qarşısında nə insan hüquqlarının müdafiəçisi olduqlarını iddia edən dövlətlər ciddi addım atır, nə də İslam dünyası öz laqeydlik halından çıxır.
O, əvvəlki çağırışlarını xatırladaraq bildirib: Dəfələrlə vurğulamışam ki, qətnamələrin qəbul edilməsi və dosyalarin hazırlanması kimi simvolik tədbirlər, bəli, müəyyən dəyərə malikdir, amma kifayət deyil. Bu fəlakətin sonlandırılmasını istəyiriksə, zülm altında olanlara real dəstək verilməli və zalımların qarşısını almaq üçün əməli addımlar atılmalıdır. Təəssüf ki, 1948-ci ildən bu günə qədər Fələstin xalqına qarşı törədilən cinayətlər hər keçən gün daha da genişlənmiş, 2025-ci ildə isə bu zülm öz zirvəsinə çatmışdır.
Pakistan Şiə Alimləri Şurasının Sədri həmçinin 5 iyun Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində yayımladığı bəyanatda ətraf mühitin qorunmasının vacibliyinə toxunaraq deyib: Ətraf mühitin çirklənməsinə qarşı mübarizə yalnız şüarlarla məhdudlaşmamalıdır. Sənaye və şəhər tullantılarının düzgün idarə olunması, kənd təsərrüfatı qalığının yandırılmasının qarşısının alınması, yaşıllıqların artırılması, təbii buzlaqların və meşələrin qorunması gündəlik fəaliyyətlərə daxil edilməlidir.
Rəyiniz