cümə axşamı 5 iyun 2025 - 20:07
Livan Müsəlman Alimlər Şurası:
Müqavimət Cəbhəsi İmam Xomeyninin (r) qabaqcıl düşüncəsinin məhsullarından biridir.

Hövzə / Livan Müsəlman Alimlər Şurası bildirdi: İmam Xomeyni (r) İslama əsaslanan yeni bir dini-siyasi düşüncə formalaşdırdı ki, bu sistemdə rəhbərlik fəqihlərin əlindədir.

Hövzə Xəbər Agentliyinin Tərcümə Qrupunun məlumatına əsasən
İran İslam Respublikasının banisi İmam Xomeyninin (r) vəfatının 36-cı ildönümü münasibətilə Livan Müsəlman Alimlər Şurası bir bəyanat yayıb. Bəyanatda deyilir:
İmam Xomeyninin (r) vəfatının 36-cı ildönümünə çatmışıq. İran İslam Respublikası ona qarşı başlanan bütün müharibələrə və tətbiq olunan ədalətsiz beynəlxalq iqtisadi mühasirəyə baxmayaraq öz hakimiyyətinin əsaslarını qurmuşdur.
Bu ölkə böyük güclər sırasında yer almaq üçün elm silahı ilə silahlanmağa, inkişaf yolunda addımlamağa və bəşəriyyətin elmi və texnoloji inkişaf sahəsində əldə etdiyi bütün nailiyyətlərlə ayaqlaşmağa çalışır.

Şura iclasında deyilib:
Bütün bu nailiyyətlər, İmam Xomeyninin (r) inqilabının başlanğıcından etibarən ortaya qoyduğu fikirlərin bəhrəsidir. İran dövləti həmin düşüncələri izləyərək yoluna davam etmiş və bu yolda İmam Seyyid Əli Xameneinin müdrik rəhbərliyi də mühüm rol oynamışdır.

Livan Müsəlman Alimlər Şurası sözlərinə belə davam edib:
İmam Xomeyni (r) İslama əsaslanan yeni bir dini-siyasi düşüncə qurdu. Bu sistemdə rəhbərlik fəqihlərin əlindədir. Xalq asılılıqdan və istibdaddan azad olmalıdır. Məzlum xalqlar ədalətsizlik və zalımlara qarşı müqavimət göstərməli, onların hökmranlığına və müstəmləkəçiliyinə son qoymalı, dünya güclərinin yəni Şərq və Qərbin təsirindən azad və müstəqil olmalıdırlar.
İmam Xomeyninin bəyan etdiyi kimi İran xalqının İslam İnqilabı zamanı keçirdiyi yürüyüşlərdə təkidlə səsləndirdiyi şüar bu idi:
Nə Şərq, nə Qərb yalnız İslam Respublikası!

Şura iclasında deyilib:
Müqavimət Cəbhəsi, İmam Xomeyninin (r) qabaqcıl düşüncəsinin məhsullarından biridir. O Həzrət, dünya məzlumlarını və İslam ümmətini 'Ey müsəlmanlar, birləşin!' şüarı altında birliyə çağırmışdı.

Alimlər Şurası sözlərinə  davam edib:
Bu gün Müqavimət Cəbhəsi sionist düşmənlə taleyüklü bir mübarizənin içindədir. Bu düşmən tək deyil istikbar dünyası (qlobal hegemon güclər) onunla birləşmiş və onun mövcudiyyətini qorumaq, eyni zamanda Müqavimət Cəbhəsinin təhlükəsini azaltmaq üçün ona dəstək verir. Bu vəziyyət əslində İran İslam Respublikasının müstəqil siyasətini müqavimət hərəkatlarını dəstəkləməsini, Qərbin hegemoniyasını rədd etməsini və bu hegemoniyadan qurtulmaq istiqamətindəki yolunu göstərir.

Alimlər Şurası vurğulayıb:
İmam Xomeyni (r) İranın və məzlum xalqların müstəqil qərar qəbul etməsinin əhəmiyyətini xüsusi olaraq önə çəkirdi. O, inanırdı ki, İran öz qərarlarında azad olmalı və beynəlxalq güc mərkəzlərinə tabe olmamalıdır.

Bəyanatda qeyd olunub:
İmam Xomeyninin (r) inqilabını onun əsasında qurduğu əsas şüar və xalqın yürüşlərdə səsləndirdiyi söz bu idi: Müstəqillik, azadlıq, İslam Respublikası. Bu şüarlar olmadan xalqların qlobal istikbar qüvvələrinin əsarətindən qurtuluşu təmin olunmaz.

Bəyanatda açıq şəkildə vurğulanıb:
İmam Xomeyni (r) inqilabını  müstəqillik, azadlıq, İslam Respublikası şüarı əsasında qurdu və xalq da bu şüarı mitinqlərində səsləndirirdi. Bu şüarlar olmadan xalqların qlobal istikbar qüvvələrinin əsarətindən qurtuluşu təmin edilə bilməz.

Livan  alimləri vurğulayıblar:
Heç kim təsəvvür edə bilməzdi ki, bu yaşlı imam 1979-cu ildə regionun ən güclü ölkəsinin inqilabına rəhbərlik edəcək. Elə bir ölkəyə ki, Fars Körfəzinə nəzarəti əlində saxlayır və bölgənin ən böyük hərbi qüvvəsinə sahib idi. Bununla belə İmam Xomeyni Amerika və İsrailin əlində oyuncaq olan Məhəmməd Rza Pəhləvini devirməklə bütün dünyanı heyrətləndirdi. 
İmam Xomeyninin nəzəriyyəsinin əsasında duran əsas fikir ədalətli fəqihin vilayəti idi.Yəni İmam Mehdinin (ə.f) qeyb dövründə cəmiyyətə rəhbərlik etməli olan şəxs, şəri və elmi baxımdan layiqli, ədalətli bir fəqih olmalıdır.

Alimlər Şurası əlavə edib:
İmam Xomeyni (r) bu məsələyə inanırdı,əməldə də sübut etdi ki, bir fəqih şəriətə əsaslanaraq dövlət və cəmiyyəti idarə edə bilər və siyasətlə din sahəsində ən yüksək mövqeyə sahib ola bilər.
Bu vilayət,həqiqi vilayət adlanır. Yəni fəqih İslamın ali mənafeyini nəzərə almaqla qanunvericilik, icra və digər hökumət səlahiyyətlərinə tam şəkildə sahibdir.

Livan Müsəlman Alimlər Şurası sonda belə bildirib:
Bu günlərdə biz qlobal istikbar qüvvələrinin şeytanı olan Amerika və qəsbkar sionist rejimin zülmkar hücumlarına qarşı durmaq üçün İmam Xomeyninin (r) yoluna sadiq qalmağa çox ciddi ehtiyac duyuruq.
İmam Xomeyninin bizə vəd etdiyi kimi bu mübarizə böyük bir virus olan sionist rejimin kökünün kəsilməsiylə və bu rejimin məhv olması ilə sona çatacaq.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha