cümə 27 iyun 2025 - 21:11
Bu il Məhərrəm əzadarlıqları əvvəlki illərlə müqayisədə daha möhtəşəm şəkildə keçirilməlidir / Elmi hövzələr və din xadimləri hər zaman xalqla olan əhdinə sadiq qalıb

Hövzə/ Elmi Hövzələrin rektoru qeyd edib: Bu il Məhərrəm əzadarlıqları əvvəlki illərlə müqayisədə daha möhtəşəm şəkildə keçirilməlidir. Bu mərasimlər Aşura ruhunun gücləndirilməsi və İmam Hüseynin (ə) zülmə qarşı mübarizə mesajlarının bəyan olunması məqsədini daşımalıdır. Həmçinin Aşura nümunələri olan zülmə və haqsızlığa qarşı mübarizə və dini dəyərlərə sədaqət daha artıq dərəcədə dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

Hövzə Xəbər Agentliyinin məlumatına görə Elmi Hövzələrin rektoru Ayətullah Ərafi Məhərrəm ayı münasibətilə verdiyi bəyanatında vurğulayıb:
Bu il Məhərrəm əzadarlıqları əvvəlki illərlə müqayisədə daha möhtəşəm şəkildə keçirilməlidir. Bu mərasimlər Aşura ruhunun gücləndirilməsi və İmam Hüseynin (ə) izzətverici və zülmə qarşı mübarizə mesajlarının bəyan olunması məqsədini daşımalıdır.
Həmçinin Aşura nümunələri olan zülmə və haqsızlığa qarşı mübarizə və dini dəyərlərə sədaqət daha artıq dərəcədə dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

Bəyanatın tam mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Bağışlayan və Mehriban Allahın adı ilə

Həmd olsun zalımları məhv edənə və qaçanları yaxalayan Allaha.
Allahın salamı olsun Məhəmməd Mustafaya (s) və onun pak Əhli-Beytinə.

Salam olsun sənə ey Əba Əbdillah (ə)!

Əzalı və həyatımızı dəyişən Aşura bir daha gəlib çatır. Şəhidlər sərvərinin əza bayraqları ucalır, İranda və dünyanın hər yerində Əba Əbdillah Hüseynin (ə) matəm mərasimləri təşkil olunur. Aşuranın yenə eşq və şövqünün məşəlləri alovlanır, Aşura məktəbinin dərsləri yenidən yada salınır. Məhərrəm ayının məclisləri xalqın geniş iştirakı, Hüseynçi gənclərin və əzadarlıq heyətlərinin fəal rolu, eləcədə din alimləri, təbliğatçılar və Hüseynçi xətiblərin şövq doğuran və maarifləndirici fəaliyyəti ilə canlanır və daha da rövnəqlənir.
Lakin bu ilki Aşura və Ərbəin fərqli bir rəng və simaya malikdir. Çünki şahidiyik ki, iki ilə yaxın bir müddətdə qan içən sionistlərin, Amerikanın və dünya müstəmləkəçilərinin vəhşiliklərindən sonra Allahın əli İranın igid və cəsur xalqının vasitəsilə ilə hərəkətə gəldi.
İslam İnqilabı, 1342-ci ilin xordad (1963 iyun ayı) ayında baş verən hərəkatın parlaq başlanğıcı, 1357-ci il 22 (1979 11 fevral) bəhmən ayında qələbə və 1367-ci ildə  (1988 ci il) isə müqəddəs müdafiə dövrünün uğuru ilə yeni bir mərhələyə qədəm qoydu. Bu mərhələ İslam İnqilabının Ali Rəhbərinin (Allah onun kölgəsini davamlı etsin) rəhbərliyi, böyük mərcəi-təqlidlərin (Allah qorusun), görkəmli alimlərin, hövzə və universitet ziyalılarının həmrəyliyi, İran xalqının bütün təbəqə və zümrələrinin, müqavimət cəbhəsinin, qüdrətli və cəsur silahlı qüvvələrin fədakarlığı və xalqın ümumi iştirakı ilə müşayiət olundu.
Nəticədə böyük və qorxulu bir təhlükə, ilahi və qürurverici bir qələbəyə çevrildi. İslam düşmənlərin təxribat planları, o cümlədən müqavimət postunu sındırmaq, İslamı quruluşunu dağıtmaq, xalqın mənəvi və ictimai iradəsini pozmaq və İranın müdafiə gücünü zəiflətmək baş tutmadı. Əvəzində isə yeni bir fürsət ortaya çıxdı. Bölgədə və dünyada yeni və möhkəm bir güc meydana gəldi. Allah-Təalanın köməyi ilə bu gücün dalğaları İran, Qərbi Asiya və dünya tarixində davamlı olacaq.
Doğrudan İslam dünyasında və məzlumların arasında yeni bir ümid ruhu canlandı. Zalımların düşmənçiliyi daha da açıq şəkildə ortaya çıxdı və İranın həmçinin İslam İnqilabının həm yumşaq həm də sərt gücü daha aydın oldu.

Bu sətirləri Elmi Hövzələrin adından yazaraq Ali Rəhbərin, böyük mərcəi-təqlidlərin, daim meydanda olan İran xalqının, xüsusilə cəsur silahlı qüvvələrin xidmətini və fəaliyyətini səmimi qəlbdən təbrik edirəm. Ali Rəhbərin müdrikliyi və xalqın birgə iştirakı ilə əldə edilən bu zəfəri təbrik edir, bu günlərdə şəhid olmuş  xüsusilə də general və alimlər sırasından inqilaba təqdim edilən dəyərli şəhidlərin xatirəsini ehtiramla yad edirəm.
Aşura və Ərbəin günlərinin astanasında bir neçə məqamı diqqətinizə çatdırmaq istərdim:

Bu ilin Məhərrəm əzadarlıqları əvvəlki illərlə müqayisədə daha möhtəşəm şəkildə təşkil olunmalı, bu mərasimlər Aşura coşqusunu gücləndirmək və İmam Hüseynin (ə)   zülmə qarşı olan mesajlarını bəyan etmək məqsədi daşımalıdır.
Aşura məktəbinin zülm və haqsızlığa qarşı olan mübarizəsi və dini dəyərlərə qarşı olan sədaqət nümunələri isə əvvəlkindən daha artıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

Aşura məktəbi insanların kamilləşməsi yolunda hərtərəfli elm və yaşam tərzi kimi həyat dərslərini özündə cəmləşdirən bir məktəbdir. Aşura daim İslamın mesajının uca dəyərlərin davamlılığının təminatçısı və İranın izzət və müstəqilliyinin dayağı olmuşdur.
Bu məşəli daha da parlaq yandırmaq və ona güvənmək lazımdır.
Bu parlaq nümunəyə əsaslanaraq dəyərli təbliğatçılar, əzadarlıq heyətləri və dini qurumların vəzifəsi ilahi maarifi açıqlamaq, gəncləri tərbiyə etmək, dini inancları əxlaqi fəzilətləri və islamın milli kimliyini möhkəmləndirməkdən ibarətdir.

İslam İnqilabı parlaq bir mahiyyətə, böyük elmi və mənəvi sərvətlərə və aydın bir sivilizasiya üfüqünə sahibdir. İran xalqı isə qədim tarixə və parlaq keçmişə malik olmaqla yanaşı, bu inqilabı mərhum İmam Xomeyninin (r) rəhbərliyi ilə formalaşdırmışdır.
Böyük xalqın yüksək iradəsi, igid gənclər, müqavimət cəbhəsi və dünya azadlıqsevərləri ilə birlikdə bu inqilabı inkişaf yoluna yönəltmişdir.
Bu uca və ali düşüncə tərzini (İslam İnqilabının ideoloji və sivilizasiya xəttini) daim yenidən tanımaq, açıqlamaq və onu qorumaq zəruridir. Bu sahədə çalışmaq, xidmət etmək və maarifçilik işi ilə məşğul olmaq, ruhanilərin və bütün mədəniyyət, elmi fəaliyyət göstərən şəxslərin vəzifəsidir.

Bu müqavimət əsərinin nəticəsində, ölkəmiz üçün bölgə və dünya səviyyəsində saysız-hesabsız maddi və mənəvi nailiyyətlər əldə olundu. İranın milli qeyrətinə eləcə də İslam İnqilabı əleyhinə hazırlanmış bütün geniş və mürəkkəb planlar iflasa uğradı.
Bu həqiqətləri xalqın müxtəlif təbəqələrinə dərin bir analiz, cəlbedici bir dil və sənətkarlıqla ifadə olunmuş bəyan vasitəsilə açıqlamaq hamımızın vəzifəsidir.
Allahın köməyi ilə bu on iki günlük müharibədə, İslam ümməti və müqavimət cəbhəsi İran İslam Respublikasının rəşadətli və şücaətli mübarizəsi ilə yenidən dirçəlmişdir. İnşaallah bu hazırlığın qorunması və gücləndirilməsi ilə müqavimət cəbhəsi küfr və istikbar cəbhəsinə qarşı qələbə zirvəsinə daha da yaxınlaşacaq.

Böyük İran xalqı və qüdrətli silahlı qüvvələr uzunmüddətli bir müharibəyə də hazır idilər və bu gün hər zamankından daha möhkəm və sarsılmaz şəkildə İslam dəyərlərinin və milli qeyrətlərinin müdafiəsi yolunda dayanıblar.

İran və İslam tarixinin bu parlaq səhifəsi Aşura məclislərində  həmçinin ölkənin mədəniyyət, elmi və tədris sistemində diqqət mərkəzində saxlanılmalı və bu hadisə haqqında düzgün və dəqiq bir rəvayət təqdim edilməlidir.

Hazırda lazımdır ki, dövlətin bu  əsas üç  silahlı qüvvələr, kəşfiyyat və təhlükəsizlik qurumları eləcə də mədəniyyət, elmi sahələr və müxtəlif sahələrdə fəaliyyət göstərən bütün məsul şəxslər  kifayət qədər dəqiqlik və sürətlə güclü və zəif nöqtələri yenidən dəyərləndirərək və zəifliklərin aradan qaldırılması üçün strateji proqramlar hazırlasınlar.
Cəmiyyətin müdafiə, təhlükəsizlik, mənəvi və psixoloji infrastrukturunu hər zamankından daha çox gücləndirməli və qanuni müdafiə hüququ və xalqın haqlarının təmin edilməsi məsələsində qətiyyət nümayiş etməlidirlər.

Bölgə ölkələrindən gözlənilir ki, İran xalqının bu təsirli, hərtərəfli və qürurverici mübarizəsindən ibrət alaraq və nümunə götürərək Amerika və onun istikbarçı əlaltılarından qorxub-çəkinməkdən əl çəksinlər.

Əksinə bir yerdə  bu aciz və zəif istikbar sistemi qarşısında tam qələbəyə qədər dayanıqlı müqavimət göstərsinlər və fələstinli məzlumları müdafiə etsinlər.
Müstəmləkəçi düşmənlər də bilməlidirlər ki, artıq rüsvayçı hegemonluq dövrü sona çatmışdır, yeni bir dünya formalaşmaq üzrədir və Allahın lütfü ilə onların zülm dolu kitabları cırılıb atılacaq. İran və İslam İnqilabı isə inkişaf və ucalma yolunu inamla davam etdirəcək.

Sonda bir daha vurğulayıram ki, elmi hövzələr, hövzəyə bağlı qurumlar və daim meydanda olan din xadimləri həmişə xalqla olan əhdinə sadiq qalmış və Allahın lütfü ilə bu böyük üstünlüyü qoruyub saxlayacaqdır.
Din xadimləri, ilahiyyatçılar son hadisələrdə və digər böhranlarda olduğu kimi planlı şəkildə hərəkət etmiş, qərargahlar təşkil edərək əziz xalqın yanında olmuş və bütün səylərini İslam dövlətinin məqsədlərini irəli aparmaq və İran xalqını müdafiə etmək istiqamətində səfərbər etmişdir. Həmişə olduğu kimi bu yolda da öz fəaliyyətini davam etdirəcəkdir.

Son sözümüz budur ki, Həmd yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur.

Əlirza Ərafi 
Elmi Hövzələrin rektoru

24 iyun 2025-ci il
28 Zilhiccə 1446-cı il

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha