Hövzə Xəbər Agentliyinin məlumatına görə Ayətullah üzma Nuri Həmədani, ABŞ prezidentinin İslam İnqilabının Ali Rəhbərini təhdid etməsindən sonra cinayətkar Amerika və beynəlxalq sionizmin mövcudluğu və bütün mənafelərinə qarşı tarixi bir hökm və fətvanın verilməsi ilə bağlı daxil olan müraciətə cavab vermişdir. Həmin cavabı siz əziz oxuculara təqdim edirik.
Həzrət Ayətullah üzma Nuri Həmədaninin mübarək hüzuruna:
Salam aleykum və rəhmətullah
Salam və sayğılarla 18 iyun 2025-ci il bəyanatının təqdiminə görə minnətdarlığımı bildirirəm. Məlum olduğu kimi cinayətkar ABŞ prezidentinin İslam İnqilabının Ali Rəhbəri Ayətullah üzma Xamenei (Allah onun qorusun) barədə sui-qəsd təhdidinə verdiyiniz bəyanat dərin minnətdarlıq hissi ilə qarşılanmışdır. Sizin qlobal istikbar cəbhəsinə qarşı müdrik mövqe sərgiləməkdəki davamlılığınız bizim qəlbimizdə böyük ümid və iftixar yaratmışdır.
1. Bu cür sui-qəsd təhdidləri düşmən cəbhəsinin hesablamasında buraxdığı böyük səhvin və dini mərcəiyyətin səfərbərlik gücünü dəyərləndirə bilməməsinin nəticəsidir. Bu isə qlobal istikbar nizamının öz mövcudluğunu təhlükə altına ataraq süqutuna zəmin yaradır.
2. Cinayətkar Amerika və beynəlxalq sionizm bu yanlış hesablamaları ilə İslam dünyasının ən əvəzolunmaz və müqəddəs dəyərinə qarşı təxribat törətmişdir. Əgər İslam cəbhəsindən gələn cavab onların varlığını və bütün maraqlarını təhlükə altına alan səviyyədə olmasa onların sistemində heç bir dəyişiklik baş verməyəcəkdir.
3. Müasir tarix sübut etmişdir ki, İslam düşmənləri Mirzayi Bozorq Şirazinin tütün fətvasından tutmuş İmam Xomeyninin (rəhmətullah əleyh) Salman Rüşdiyə olan fətvasına qədər bütün fətvaların gücünü və nəticələrini görüblər. Əgər bu tarixi fətvalar olmasaydı son otuz il ərzində müsəlmanların əziz Peyğəmbərinə (s) qarşı dəfələrlə edilən təhqirlərə daha tez-tez şahid olardıq.
4. Bu həssas tarixi məqamda cinayətkar ABŞ və müvəqqəti olan sionist rejim İslam Respublikasının müqəddəs torpağına hərbi hücuma əl atdığı bir dövrdə, dünya şiə mərcələrinin verəcəyi yeni və tarixi bir fətva onların bu təhdidlərinə o qədər baha başa gəlməlidir ki, bir daha bu cür fikirləri dilə gətirməyə belə cürət etməsinlər.
Bu səbəblə sizdən İmam Zamanın (ə.f) dini və mənəvi əmanətini qoruyan öncül şəxsiyyətlərdən biri olaraq xahişimiz odur ki, cinayətkar Amerika və beynəlxalq sionizmin mövcudluğu və bütün maraqlarına qarşı bir hökm və tarixi fətva verəsiniz. Bu fətva həm onların yanlış hesablamasını düzəldəcək həm də İslamın və müsəlmanların həqiqi gücünü nümayiş etdirəcək və onları bu təhlükəli yoldan çəkindirəcəkdir.
Söz sizindir
İnqilabi Vaizlər Cəmiyyəti
28 iyun 2025-ci il
Həzrət Ayətullah üzma Nuri Həmədaninin cavabı
Bağışlayan və Mehriban Allahın adı ilə
Salamun aleykum
Siz bəyanatda qeyd etdiyiniz kimi şiə mərcəiyyətinə, xüsusilə Ayətullah üzma Xameneinin (Allah onu qorusun) şəxsiyyətinə qarşı edilən hörmətsizlik İslamın özünə qarşı təhqir sayılır.
Bu gün İnqilabın Ali Rəhbəri şücaətlə və qətiyyətlə İslam ümmətinə rəhbərlik edir və heç bir şəkk yoxdur ki, ona dəstək vermək vacib, zəiflətmək isə xüsusilə də bu gün bütün İslam və Qurana qarşı düşmənlər birləşdiyi halda haramdır. İstər fərdi, istərsə də dövlət səviyyəsində ona qarşı edilən hər cür təcavüz və təhdid qəti cəza hökmündədir. Bu cinayətdə iştirak edən hər kəs eyni hökmə tabedir.
İnşallah uca Allah Həzrət İmam Zamanı (ə.f) bizdən razı etsin.
Hüseyn Nuri Behdani
29 iyun 2025
Rəyiniz