bazar 29 iyun 2025 - 10:37
Ayətullah Ərafi mərcəi-təqlidlərə təşəkkürünü bildirdi / Bütün Hövzə alimləri və İslamın böyük şəxsiyyətləri təhdid hökmünə dair qəti cəza hökmü veriblər

Elmi Hövzələrin rektoru bəyan edib: İmam Hüseynin (ə) Aşura mərasiminin astanasında biz dini mərcəiyyətin uca məqamını, İlahi vilayəti və Ali Rəhbəri təhdid edən şəxslər və qurumlar barəsində təhdid hökmünün elan olunması ilə bağlı böyük mərcəi-təqlidlərin (Allah onları qorusun) tarixi bir hökm və fətvalarının yeni bir mərhələsinə və mühüm bir məqamına şahidlik edirik.

Hövzə Xəbər Agentliyinin məlumatına əsasən Elmi Hövzələrin rektoru Ayətullah Ərafi bəyanatında dini mərcəiyyətin uca məqamını, ilahi vilayəti və Ali Rəhbəri təhdid edən şəxslər və qurumlar barəsində təhdid hökmünü elan etdiklərinə görə mərcəi-təqlidlərə təşəkkür və ehtiramını bildirmişdir.

Bəyanatın tam mətni belədir:

Zalımları məhv edən Allahın adı ilə

Salam olsun sənə ey Əba Əbdillah Hüseyn (ə)

İslam və şiə tarixində mərcəiyyət, fətva və hökm uca və müqəddəs bir dəyərə malikdir. Məhz bu sayədə İran xalqı və İslam ümməti çətin dövrlərdən keçmiş öz varlığını, izzətini və müstəqilliyini qorumuşdur. İndi isə biz İmam Hüseynin (ə) Aşura günlərinin astanasında mərcəiyyətin uca dəyərini, İlahi vilayəti və 
Ali Rəhbəri təhdid edən şəxslər və qurumlara qarşı təhdid hökmü verilməsi ilə bağlı, böyük mərcəi-təqlidlərin (Allah onları qorusun) tarixi fətva və hökmlərinin yeni bir mərhələsinə və mühüm bir fəslinə şahidlik edirik.
Bu fətva və hökmün əsasları bütün mərcəi-təqlidlər, alimlər, fətva sahibləri, İslam və şiə dünyasının dini qurumları tərəfindən ittifaqla qəbul edilib təsdiq olunmuşdur. İslam dünyasının böyük fəqih və alimlərinin əksəriyyəti İran İslam Respublikasını müdafiəsi dövründə İranın və İslam torpaqlarının qlobal istikbar və sionizmə qarşı müdafiəsini vacib bilmiş və Ali Rəhbəri təhdid edənlərin pislənməsi və rədd edilməsi məsələsində birgə mövqe sərgiləmişdirlər.

Elmi Hövzələr, böyük təşkilatlar, alimlər, ustadlar, müdərrislər, təbliğçilər, tədqiqatçılar o cümlədən bütün hövzə tələbələri və möhtərəm ruhani təbəqə böyük mərcəi-təqlidlərə (Allah onları qorusun) dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər.
Onlar həmçinin müdrik və uzaqgörən İran xalqına eləcə də cəsur müqavimət cəbhəsinə təşəkkür edərək bu böyük mərcəi-təqlidlərin verdiyi hökm və fətvanın vacibliyini bir daha vurğulayır və düşmənləri bu ləyaqətsizliyi davam etməkdən çəkinməyə çağırırlar.
Onlar bildirirlər ki, bütün müsəlman və möminlərin İlahi hökmlərə bağlılığı vacib və zəruridir. Eyni zamanda bütün İlahi dinlərin alimləri və dini mərcəiyyətlər, bütün elmi və mədəniyyət qurumları, dünya ölkələri və İslam dövlətlərindən bu haqq və batil savaşında məzlumlarla müstəqbir güclər arasındakı cəbhədə aydın və prinsipial mövqe ortaya qoymaları və tələb olunan əməli addımları atmaları gözlənilir.

Allah Öz işini qələbə ilə başa çatdırandır. Onların bütün ixtiyarı Allahın əlindədir!

Əlirza Ərafi
Elmi Hövzələrin rektoru

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha