bazar ertəsi 21 iyul 2025 - 18:50
Ərbəin təbliğatçılarının əsas vəzifəsi, müqavimət təfəkkürünü və ideyasını dünya cəmiyyətinə aydın şəkildə çatdırmaqdır

Hövzə/ Xorasan Elmi Hövzəsinin idarə sektorunun başçısı təbliğatçılara xitab edərək deyib: “Dünya cəmiyyəti sionist rejimə qarşı müqavimət düşüncəsi ilə tanış olmağa can atırlar. Buna görə də İmam Hüseynin (ə) Ərbəin ziyarəti yolunda təcavüzkar müharibənin son hadisələrini izah etmək  təbliğatçıların əsas vəzifəsidir.

Xorasan Elmi Hövzəsinin idarə sektorunun başçısı,  Höccətül-İslam vəl-müslimin Mirzayi,İmam Hüseynin (ə) Ərbəin gününün ərəfəsində Hövzə Xəbər Agentliyinin Məşhəd şəhəri üzrə bölgə müxbiri ilə müsahibəsində Ərbəin hadisəsini sivilizasiya fenomeni kimi dəyərləndirərək, elmi hövzələri bu sivilizasiya sahəsində ən mühüm təsir sahiblərindən biri adlandıraraq deyib: Bu istiqamətdə Ərbəin günlərinin təbliğatçıları da mühüm təsir gücünə sahib olan əsas fəaliyyət göstərənlərdəndir.

O, bu rolu yalnız Əba Əbdillahil Hüseynin (ə) Ərbəin ziyarətçiləri arasında təbliğatçıların müqəddəs ruhani libasını geyinməsində deyil, həm də danışıq və davranış baxımından da önəmli hesab edərək vurğulayıb.Bu günlərdə təbliğatçılar həm sözləri, həm də əməlləri ilə Ərbəinin böyük hədəflini bu yolda addımlayan hər kəsə çatdırmaq üçün nümunə ola bilərlər.

Xorasan şəhərinin Elmi Hövzəsinin rəyasət sektorunun başçısı təbliğatçılardan istəyib ki, Ərbəin kimi böyük bir fürsətdən düzgün və layiqincə istifadə edərək bu yolda addımlayan hər kəsə İlahi və Əhli-Beyt maarifini dəqiq və dərin şəkildə tanıtsınlar. O, əlavə edib: İran İslam Respublikasında baş verən hadisələr təbliğatçıların izah və təbliğində istifadə edə biləcəyi əsas mövzulardan və önəmli məqamlardan biri ola bilər.

Höccətül-İslam vəl-müslimin Mirzayi, İran İslam Respublikası 12 günlük təcavüzkar müharibə səbəbilə dünya cəmiyyəti arasında qazandığı populyarlığa işarə edərək, təbliğatçılardan bu populyarlıq fürsətindən istifadə edib Əhli-Beyt maariflərini maksimum dərəcədə çatdırmalarını istədi.

O əlavə edib: Dünyanın bir çox cəmiyyəti Əba Əbdillahil Hüseynin (ə) ziyarət yolunda İran İslam Respublikasının hökmranlıq sistemi və sionistlərə qarşı böyük qələbəsini izlədilər və artıq sionist rejimə qarşı müqavimət düşüncəsi ilə tanış olmağa can atırlar.Buna görə də son təcavüzkar müharibə hadisələrinin izahı, İmam Hüseynin (ə) Ərbəin yolunda təbliğatçıların əsas vəzifəsidir.

Xəbərin sonu 313/49

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha