Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Həzrət Ayətullah Nuri Həmədaninin katolik dünyasının lideri 14-cü Papa Leona ünvanladığı məktub İran İslam Respublikasının Vatikandakı səfiri tərəfindən təqdim olunub və məktubun tam mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
Dünya katolik kilsəsinin lideri Papa Leo XIV həzrətləri
Dərin hörmət və ehtiramla salamlayıram
Bildiyiniz kimi, insanın ləyaqəti yəni insanın şərəfi, ucalığı və daxili dəyəri, ilahi dinlərin əsas anlayışlarından biridir.İbrahim peyğəmbərin dinləri insanın üstün mövqeyini vurğulamış, onu daxili dəyərəmalik və mənəvi qabiliyyətlərə sahib bir varlıq kimi qəbul etmiş, xüsusi bir surətdə Allah tərəfindən yaradıldığını bildirmişlər. İlahi dinlərin hamısı bərabərlik, azadlıq, məsuliyyətlilik və insan hüquqları prinsiplərini təsdiq etmiş, irqi, etnik və sinfi ayrı-seçkiliyi qəti şəkildə rədd etmişlər.
Aydındır ki, ilahi dinlər, inanclardakı fərqliliklərinə baxmayaraq, insanın daxili ləyaqətinə dəyər verməkdə ortaqdırlar. Bu ləyaqət təkcə insan hüquqlarının təməli deyil, həm də müxtəlif dinlərin izləyiciləri arasında əxlaqi və insanpərvər münasibətlərin əsasını təşkil edir. Zorakılıq və ayrı-seçkiliyin artdığı bir dünyada, bu ortaq prinsipə qayıdış dinlər arasında sülh və qarşılıqlı anlaşma üçün məqsədəuyğun yol ola bilər.
Bildiyiniz kimi, Qəzza mühasirəyə alınmış bir torpaqdır və bu gün insanın ədalətsizlik və zülm qarşısında məzlumluğunun simvoluna çevrilib. Dünya hər gün günahsız uşaqların, qadın və kişilərin aclıq, susuzluq və dərman çatışmazlığı səbəbilə ölümünü izləyərkən, sionist rejimi Qəzzanın tam mühasirəsini davam etdirir, qida və humanitar yardımların daxil olmasına qadağa qoyaraq müasir tarixdə misilsiz bir faciə yaratmışdır. Bu davranış nəinki humanitar baxımdan, həm də dini, əxlaqi və beynəlxalq hüquq baxımından tamamilə qəbuledilməz və pislənməlidir.
İslam dini rəhmət və insanpərvərlik dinidir və günahsızlara, xüsusilə uşaqlara və qadınlara zərər verməyi şiddətlə qınayır. Məsih (İsa) dininin təlimlərində də aclıq çəkənlərə və ehtiyac sahiblərinə yardım etmək ilahi bir vəzifə sayılır. Tövratda da ədalət və insanlara mərhəmətli davranmaq üzərində ciddi şəkildə təkid edilmişdir. İlahi dinlərin baxışına görə, insanları qidadan məhrum etmək, İlahi iradəyə qarşı açıq-aşkar bir zülmdür.
İnsan əxlaqı və vicdanı baxımından da yüz minlərlə günahsız insanın o cümlədən qadınların və uşaqların mühasirəyə alınması, onlara qarşı amansız təzyiq və hücumların edilməsi, qida və dərman çatdırılmasının qarşısının alınması, bağışlanılmaz bir səhvdir.
İnsan əxlaqı, insanın daxili ləyaqətinə dəyər vermək üzərində qurulub. Hər bir günahsız insan milliyyəti, dini və ya irqi nə olursa olsun şərəfli bir həyat yaşamağa layiqdir. Bütöv bir xalqı qəsdən qida, su və dərmandan məhrum etmək, insan vicdanına qarşı bir cinayət və bəşəri birgəyaşayışın əsas prinsiplərinin inkarıdır. Sionist rejimin Qəzza xalqına qarşı davranış yalnız əxlaqdan uzaq və insanlığa sığmayan həm də beynəlxalq hüququn etibarlı sənədlərinə əsasən hərbi cinayət sayılır.
Sionist rejimin Qəzza xalqına qarşı qida və həyati vasitələrin daxil olmasına maneə törətməsi zalım və insanlığa sığmayan bir davranış olmaqla, dini, insani, əxlaqi və beynəlxalq hüququn prinsiplərinin açıq şəkildə pozulmasıdır. Bu hərəkət təkcə qlobal şəkildə pislənməyə layiq deyil, eyni zamanda beynəlxalq təqib və cəza ilə üzləşməlidir. Bu gün azadfikirli insanların, insan haqları təşkilatlarının, dini qurumların və dünya xalqlarının vəzifəsidir ki, bu cinayət qarşısında susmasınlar və Qəzza xalqının səsinə dəstək versinlər.
Mən, Zati-alinizin Fələstin məsələsindəki mövqeyini xüsusilə son çıxışınızda Qəzza xalqının faciəvi humanitar vəziyyətindən narahatlığınızı ifadə edərək, bu ağır şəraitin acı yükünün əsasən uşaqların, yaşlıların və xəstələrin çiyinlərində olduğunu bildirməyinizi təqdir edirəm. Digər tərəfdən, beynəlxalq ictimaiyyətdən tələb etmisiniz ki, humanitar hüquqlara sadiq qalsın, mülki əhalinin qorunması vəzifəsinə riayət etsin, kollektiv cəzalandırmanın, hədsiz güc tətbiqinin və məcburi əhali köçürmələrinin qadağan olunmasına hörmətlə qoyulsun.
Hörmətli cənab
Bu gün Qəzzada baş verənlər, şübhəsiz ki, heç bir dini, insani və əxlaqi meyarla təsəvvür edilə bilməz. Hər gün onlarla uşaq aclıq və səfalət səbəbilə həyatını itirir və bu, açıq-aşkar bir soyqırımdır ki, hər bir azad vicdanlı insanın qəlbini yaralayır. Bu dəhşətli vəziyyətdə əgər ilahi peyğəmbərlər o cümlədən Həzrət Musa (ə), Həzrət İsa (ə) və Həzrət Məhəmməd (s) yaşasaydılar bu qədər əzab və müsibəti görməyə dözərdilərmi? Yoxsa belə bir vəhşi və qeyri-insani hadisələrə sadəcə tamaşa edib, heç bir reaksiya verməzdilər?
Ümidvaram ki, siz hörmətli cənab və digər dini liderlər sionist rejim tərəfindən törədilən bu cür insanlığa qarşı cinayətlərin qarşısının alınması istiqamətində təsirli addımlar atacaq və fəal rol oynayacaqsınız.
Hörmətli cənab
Sonda təklif edirəm ki, İbrahim peyğəmbərin dinləri, yuxarıda qeyd olunan fəlakətlərin yaranmasında dinin alətə çevrilməsini yəni sionist cinayətkarlar tərəfindən guya yəhudi dövləti qurmaq bəhanəsi ilə 80 ildir davam edən cinayətləri qəti şəkildə pisləsin və bu çərçivədə, ağıllı və qlobal bir yanaşma ilə bütün potensiallarını bir tərəfdən zorakılıq və güc tətbiqinin qadağan olunması və pislənməsi, digər tərəfdən isə sülh və insanlığın inkişafı yolunda səfərbər etsinlər.
Müqəddəs Qum Elmi Hövzəsi
Hüseyn Nuri Həmədani
Rəyiniz