şənbə 26 iyul 2025 - 23:16
İnqilabın Ali Rəhbərinin  bəzi vətəndaşların, o cümlədən hərbi komandirlərin və nüvə alimlərinin şəhadətinin qırxıncı günü münasibətilə İran xalqına ünvanladığı müraciət

Hövzə / İranın şücaətli hərbi sərkərdələri, tanınmış nüvə alimləri və bəzi həmvətənin xəbis və cinayətkar sionist rejim tərəfindən şəhid edilməsinin 40-cı günü münasibətilə Həzrət Ayətullah Xamenei  bəyanat yayımlayıb.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, İslam İnqilabı Rəhbərinin əziz həmvətənlərimizin şəhid edilməsinin qırxıncı günü münasibətilə verdiyi bəyanatın tam mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Qürurlu İran milləti!

Vətənimizin bəzi əziz soydaşlarının o cümlədən təcrübəli hərbi komandirlər və nüvə alimlərinin şəhid edilməsinin qırxıncı günü gəlib çatdı.
Bu ağır zərbəni, İran xalqının hiyləgər və kinli düşməni olan xəbis və cinayətkar sionist hakimiyyəti etdi.
Şəhid Baqiri, Səlami, Rəşid, Hacızadə, Şadmani və digər hərbçi komandirlərin o cümlədən bəzi şəhid nüvə alimlərinin Tehrançi, Abbasi və digər alimlərin itkisi hər bir millət üçün ağırdır.
Amma ağılsız və bəsirətsiz düşmən məqsədinə çata bilmədi.
Gələcək göstərəcək ki, həm hərbi həm də elmi sahədəki hərəkət əvvəlkindən də sürətli şəkildə uca hədəflərə doğru davam edəcək inşallah.

Şəhidlərimiz elə bir yolu seçmişdilər ki, bu yolda şəhidlik kimi uca bir məqama çatmaq ehtimalı az deyildi və nəhayət, bütün fədakarların arzusuna çatdılar. Bu uca məqam onlara mübarək olsun.
Lakin bu hadisənin acısı İran xalqı, xüsusilə şəhid ailələri və şəhidləri yaxından tanıyanlar üçün ağır və dözülməzdir.

Bu hadisədə bəzi parlaq nöqtələr də açıq-aşkar görünməkdədir.
Birincisi, şəhid ailələrinin dözümlülüyü, səbr və ruh möhkəmliyi bu səviyyədə bir iradə yalnız İran İslam Respublikasının tarixi hadisələrində görünmüşdür.
İkincisi şəhidlərin rəhbərliyi altında fəaliyyət göstərən qurumların sabitliyi və iradəsi ki, bu ağır zərbənin onların fəaliyyətinə mane olmasına və fürsətləri əllərindən almasına imkan vermədilər.
Üçüncüsü isə İran xalqının möcüzəvi və möhtəşəm dözümüdür ki, milli birliyin, ruh yüksəkliyinin və qətiyyətli mübarizə əzminin təcəssümüdür.
İran İslam Respublikası bu hadisədə bir daha sübut etdi ki, təməli möhkəmdir.
İranın düşmənləri hələ də boş yerə, soyumuş dəmiri döyürlər.

İnşallah İran İslam Respublikası Allahın köməyi ilə günü-gündən daha da güclü olacaqdır.

Əsas məsələ budur ki, biz bu həqiqətdən və onun bizim üzərimizə düşən vəzifəsidən qafil olmayaq.
Milli birliyi qorumaq hər birimizin vəzifəsidir.
Bütün sahələrdə elm və texnologiya sahəsində inkişafı sürətləndirmək elmi elitanın vəzifəsidir.
Ölkənin və xalqın izzət və nüfuzunu qorumaq söz sahiblərinin və qələm əhlinin mübahisəsiz vəzifəsidir.
Vətənin təhlükəsizliyi və milli müstəqilliyin qorunması üçün ölkənin daim müasir müdafiə vasitələri ilə təchiz olunması hərbi komandirlərin vəzifəsidir.
İşlərin ciddi şəkildə izlənməsi və nəticəyə çatdırılması məsul icra orqanlarının vəzifəsidir.
Qəlbləri mənəvi və ilahi nurla işıqlandırmaq, insanlara səbir, sakitlik və sabitlik tövsiyə etmək möhtərəm ruhani şəxslərin vəzifəsidir.
İnqilabi ruh, coşqu və şüurun qorunub saxlanılması isə hər birimizin, xüsusilə gənclərin vəzifəsidir.
Uca və mərhəmətli Allah hamıya bu vəzifələri layiqincə yerinə yetirməkdə yardımçı olsun.

Salam olsun İran xalqına və şəhid olmuş gənclərə, şəhid qadınlara və uşaqlara, eləcə də bütün şəhidlərə və onların hüzn içində olan yaxınlarına.

Vəssəlamu Ələykum və Rahmətullahi və Bərəkatuh

Seyyid Əli Xamenei

25 iyul 2025

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha