Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən, Pakistan Şiə Alimləri Şurasının başçısı Höccətül-İslam vəl-müslimin Seyid Sacid Əli Nəqəvinin yayımladığı bəyanatında, Qəzza zolağında hökm sürən acınacaqlı vəziyyətlə bağlı dərin narahatlığını ifadə edərək vurğulayıb: Bu gün Qəzzada demək olar ki, insanlıq tamamilə məhv olunur və böyük bir faciə baş verməkdədir. Bu ağrılı vəziyyət, özünü sivilizasiya və insan hüquqlarının himayədarı kimi təqdim edən dünyanın üzünə vurulan sərt bir sillədir.
O davam edərək bildirib: Bu gün Qəzza artıq diri insanların məzarlığına çevrilmişdir. Sadəcə insan qırğını baş verməyib, həm də beynəlxalq qurumlar və insan hüquqları təşkilatları bu açıq cinayətlərə qarşı sadəcə tamaşaçı olaraq uzaqdanizləyir, məzlumların səsi isə güclü dövlətlərin mənfəət sədaları arasında itib-batmışdır.
Pakistanın görkəmli alimi daha sonra əlavə edib: Belə bir vəziyyətdə Fransa Prezidentinin son bəyanatı müzakirəyə dair bəzi məqamları ehtiva etsə də Fələstin xalqının məzlumluğunun dünyaya göstərilməsi baxımından ümidverici bir addımdır. Halbuki ABŞ-ın reaksiyası həmişəki kimi hiylə, istehza və sionist rejimə isə açıq dəstək verməsi həmçinin bu amansız zülmün arxasında ABŞ-ın öz hiyləgər siyasətinin dayandığını məlum olur.
O, Qərbin xüsusilə ABŞ-ın riyakarlığına toxunaraq bildirib: ABŞ sadəcə İsrailin cinayətlərinə qarşı səssiz qalmayıb bununla yanaşı İsrailə tam dəstək verməklə bu zülm və soyqırımın davamında birbaşa tərəfdaş olmuşdur. Onların Fransa Prezidentinin açıqlamasına reaksiyası da Fələstin həqiqətlərini insanlardan gizlətmək cəhdidir.
Pakistan Şiə Alimləri Şurasının başçısı sonda qeyd edib: Belə bir şəraitdə Pakistanın İslam dövləti olması, demokratik quruluşa sahib olması və bölgədə mühüm mövqeyə malik ölkə kimi məsuliyyəti əvvəlkindən daha da ağırdır. Artıq zaman yetişmişdir ki, Pakistan yalnız məzlumların səsi olmasın, eyni zamanda diplomatik, siyasi və insanlıq dəyərlərindən istifadə etməklə bu cinayətlərin qarşısını almaq üçün təsirli səylər göstərsin. Həmçinin bu dəhşətli hadisələrdən hiddətlənmiş Pakistan xalqının açıq mesajı dünya güclərinə, xüsusilə ABŞ-a çatdırılmalıdır. Çünki bu xalqın hisslərinə laqeyd yanaşmaq geniş və ciddi nəticələrə səbəb ola bilər.
Rəyiniz