cümə axşamı 14 avqust 2025 - 09:32
Ayətullah Məkarim Şirazi

Ayətullahul-üzma Məkarim Şirazi:

"Ərbəin sevgi, fədakarlıq və insanlığın böyük sərvətidir"

Alimin sözlərinə görə, İmam Hüseynin (ə) cazibəsi elə səhnələr yaradır ki, dünyanın heç bir yerində ona bənzərini görmək mümkün deyil

Hövzə / Ayətullahul-üzma Məkarim Şirazi: “Ərbəin sevgini, fədakarlığı və insanlığı təcəssüm etdirən bənzərsiz sərvətdir”

Hövzə Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, cənab Ayətullahul-üzma Nasir Məkarim Şirazi bildirib ki, Ərbəin sadəcə bir yürüş deyil, sevgini, fədakarlığı və insanlığı özündə cəmləşdirən böyük bir sərvətdir ki, dünyada onun bənzəri mövcud deyil. Alimin sözlərinə görə, İmam Hüseynin (ə) cazibəsi elə səhnələr yaradır ki, dünyanın heç bir yerində ona bənzərini görmək mümkün deyil. “Harada görmüsünüz ki, kiçik bir qızcığaz başına sini qoyub ziyarətçilərə su və ya salfet paylasın? Yaxud heç bir təvəqqe və gözlənti olmadan ziyarətçilərin ayaqqabısını cilalayıb, ayaqlarını masaj etsinlər? Bütün bunlar qarşılıqsız edilir!” – deyə o, qeyd edib. Ayətullah Məkarim Şirazi vurğulayıb ki, Ərbəin hər şeydə ən yüksək keyfiyyəti nümayiş etdirir, yəni ən böyük izdihamı, ən səxavətli qonaqpərvərliyi, ən səmimi məhəbbəti və ən dərin birliyi.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha