Hövzə Xəbər Agentliyinin Ərak şəhəri üzrə müxbirinin verdiyi məlumatına əsasən, Mərkəzi viyalətinin Vəliyyi-Fəqih nümayəndəsi Ayətullah Qurbanəli Dəri Nəcəfabadi çərşənbə günü bu əyalətin başçıları üçün keçirilən əxlaq dərsində Dövlət həftəsinə işarə edərək dedi: “Bu həftə təkcə fəaliyyətlərin və uğurlu layihələrin təqdim olunması üçün bir fürsət deyil, həm də ictimai etimadın gücləndirilməsinə və xalqla məsullar arasında daha yaxın əlaqələrin yaradılmasına səbəb ola bilər.
O əlavə etdi: “Bu günlərdə xalqın istəklərinə və tənqidlərinə qulaq asmaq, görülmüş işlərin şəffaflaşdırılması, cəmiyyətin inkişaf proseslərində iştirak hissini artıracaqdır.
Mərkəzi viyalətinin Vəliyyi-Fəqih nümayəndəsi vurğuladı ki, İslam sistemində məsuliyyət böyük bir nemət və cəmiyyətə xidmət, həmçinin İslami dəyərlərin həyata keçirilməsi üçün bir fürsətdir və bu sadiqlik, dürüstlük və yetərli biliyə ehtiyac duyur.
O dedi: “Hər bir məsul şəxs çalışmalıdır ki, öz vəzifələrini ən yaxşı şəkildə yerinə yetirsin və dinin və cəmiyyətin məqsədləri istiqamətində addım atsın.”
Ayətullah Dəri Nəcəfabadi əlavə etdi: “Uyğun motivasiya və şərait yaradaraq, İslam cəmiyyətinin ümumi məqsədlərinə çatmaq üçün kollektiv şəkildə çalışmalıyıq. Çünki İslam sistemində məsuliyyət yalnız fərd üçün deyil, bütün cəmiyyətə təsir göstərir və sosial həmrəyliyi və ədalətin həyata keçirilməsini gücləndirə bilər.”
O həmçinin məktəblərin açılmasına və şagirdlərin, tələbələrin ölkənin hərtərəfli inkişafındakı roluna işarə edərək dedi: “Yeni tədris ilinin astanasında hər bir fərdin ölkənin gələcəyinin qurulmasındakı rolu daha da önəm qazanır və cəmiyyətin bütün üzvləri müəllimlər və şagirdlərdən tutmuş valideynlər və məsul şəxslərə qədər böyük bir İran ailəsi kimi ölkənin tərəqqisi və abadlığı üçün addım atmalıdırlar.”
Mərkəzi viyalətinin Vəliyyi-Fəqih nümayəndəsi dedi: “Başqa ölkələrə etimad və onlardan asılılıq bizi əsas yoldan uzaqlaşdıra bilər. Çünki tarix göstərir ki, heç bir ölkə başqasına bel bağlayaraq istədiyi inkişafı əldə etməyib. Buna görə də daxili imkanlara və potensiala söykənmək, həmçinin əməkdaşlıq və fikir mübadiləsi ilə tərəqqi yollarını tapmaq vacibdir.”
Ayətullah Dəri Nəcəfabadi davam edərək deyib: “İnkişaf yolunda böyük və möhkəm iradələr gələcək nəsillər üçün ümid və stimul ola bilər və biz hamımız öz imkanlarımıza inam və bir-birimizə dayaqla müxtəlif sahələrdə böyük bir dönüş yaratmalıyıq. Bu ortaq məsuliyyət sevgi və iradə ilə ölkənin abadlığına xidmət edəcəkdir.
O, çıxışının bir hissəsindədə İmam Hüseynin (ə) Ərbəin ziyarətinin mənəvi ənənəsinə toxunaraq dedi: “Xalqın Ərbəin mərasimlərində iştirakı həm İraqda həm də ölkə daxilində əvvəlki illərlə müqayisədə daha coşqulu olmuşdur ki, bu da Əhli-beytə (ə) dərin məhəbbətin və inqilabçı dəyərlərə bağlılığın göstəricisidir.
O, həmçinin Hicri-Qəməri təqviminin Rəbiüləvvəl ayının 12-sindən 17-nə qədər olan vəhdət həftəsinə işarə edərək xatırlatdı: “Bu həftə İmam Xomeyninin (rə) yadigarıdır və onun mesajı Peyğəmbər (s) və Əhli-beytin (ə) göstərişlərinə tabe olmaqla müsəlmanların qardaşlığı və birliyidir.
Ayətullah Dəri Nəcəfabadi əlavə etdi: İslam dünyasının indiki şəraitində müsəlmanlar arasında birlik, həmrəylik və qardaşlıq nə qədər çox olsa, birgə intellektual, etiqadi inkişaf və tərəqqi üçün zəmin bir o qədər genişlənəcək.
O vurğulayıb: Qurani-Kərim və Peyğəmbərin (s) sünnəsi müsəlmanların əsas sərvəti və İslam sivilizasiyasının təməlidir. Müxtəlif məzhəblər bu mənbələrə sarılmaqla birliyi möhkəmləndirməli və işlərini həmrəyliyin kölgəsi altında, Peyğəmbərin (s) həyat yoluna tabe olaraq irəli aparmalıdırlar.
Xəbərin sonu
Rəyiniz