Hövzə Xəbər Agentliyi müxbirinin məlumatına görə, “Həzrət Muhəmməd peyğəmbərin (s) elmi ensiklopediyası” artıq ictimaiyyətin ixtiyarına verilmişdir. Ensiklopediya 1 898 məqalədən ibarətdir və burada kitab xülasələri, sual-cavab bölmələri, məqalə icmalları, universitet və ilahiyyatçı tələbələrin dissertasiya işlərindən seçmələr və digər materiallar yer alır.
Layihə 19 əsas və onlarla alt bölmə üzrə 150-dən çox mövzu göstəricisini əhatə edir. Burada İslam Peyğəmbərinin (s) həyatının və şəxsiyyətinin müxtəlif yönlərini əhatə edən dəyərli elmi məqalələr ölkənin elmi ictimaiyyətinə təqdim edilmişdir.
Ensiklopediyanın əsas mövzuları arasında Peyğəmbərin (s) tarixi, onun kəlamları, nübüvvət və teoloji məsələlər, Peyğəmbər (s) və onun Quranla əlaqəsi, Əhli-beyt (ə), Peyğəmbərin (s) həyat yoldaşları, ümmətlə olan münasibətləri, İslam hökuməti, onun fəzilətləri və nəcib əməlləri xüsusi yer tutur.
Ensiklopediyada Həzrət Peyğəmbərin (s) bioqrafiyası və həyat yolu, ziyarət və təvəssül duaları, Peyğəmbərin (s) Əhli-beytlə münasibətləri, sevimli Peyğəmbərimiz (s) digər dinlərin baxışında, İslam Peyğəmbəri (s) mütəfəkkirlərin nəzərində, ədəbiyyat və incəsənətdə Peyğəmbərin (s) yeri, həyatından hekayələr, habelə Həzrətə (s) aid məkanlar kimi mövzular xüsusi bölmələrdə təqdim olunur.
Bundan əlavə, Peyğəmbər (s) ilə bağlı sual-cavablar, şübhələrin cavablandırılması, kitab və mənbəşünaslıq, tələbə və hövzə alimlərinin dissertasiya işlərində Peyğəmbər (s) mövzusu, internet və mediada Peyğəmbərin (s) yeri, eləcə də xüsusi buraxılışlar ensiklopediyanın diqqətçəkən mövzuları sırasındadır.
Maraqlananlar aşağıdakı keçid vasitəsilə ensiklopediyanın tam məzmunu ilə tanış ola bilərlər: https://hawzah.net/fa/Subjects/78183
Xəbərin sonu
Rəyiniz