Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumatına əsasən, Elmi Hövzələrin rektoru, Ayətullah Ərafi “Dini liderlərin insan münaqişələrinin həllində rolu” mövzusunda keçirilən dünya üzrə dini liderlərin ikinci beynəlxalq konfransında iştirak etməklə yanaşı, bu konfrans çərçivəsində təşkil olunmuş ixtisaslaşmış iclaslardan birinə “Qəzza faciəsi, bəşəri qurumların acizliyinin və insan dəyərlərindəki ikili yanaşmanın aynası” mövzusuna sədrlik etmişdir.
Elmi Hövzələrin Ali Şurasının üzvü Malayziyada yüzlərlə müxtəlif dinlərin və İslamın görkəmli şəxsiyyətlərinin iştirakı ilə keçirilən bu ixtisaslaşmış iclasda din rəhbərləri üçün iki mühüm vəzifəni sadalayaraq dedi: Birinci vəzifə dini rəhbərlərin əvvəlcə bir dinin ardıcılları arasında, daha sonra səmavi dinlərin ardıcılları arasında və nəhayət müxtəlif cəmiyyət və mədəniyyətlərə mənsub bütün insanlar arasında birlik, həmrəylik və əməkdaşlıq yaratmaqdır.
Elmi Hövzələrin rektoru din rəhbərlərinin ikinci vəzifəsini zülm və haqsızlıqlara qarşı durmaq, həmçinin müstəmləkəçiliyə müqavimət göstərmək kimi dəyərləndirdi.
O, çıxışının davamında qeyd etdi ki, bu iki vəzifənin həyata keçirilməsi üçün nəzəriyyənin irəli sürülməsi və diskursun formalaşdırılmasından asılıdır. Həmçinin ortaq sənədin və yol xəritəsinin hazırlanmasını, vahid mövqe, məsləhətləşmə və müxtəlif din rəhbərlərinin həmrəyliyini tələb edir. Bildirib ki, din rəhbərləri daimi görüşlər və davamlı əlaqələr vasitəsilə bu hədəflərin reallaşması üçün zəmin və şərait yarada bilərlər.
Ayətullah Ərafi çıxışının davamında dedi: “Qəzza müasir dünyada nadir və faciəli bir müsibətdir və dünyanın müxtəlif bölgələrindən bütün din rəhbərləri buna qarşı məsuliyyət və vəzifə hissi göstərməlidirlər.”
Elmi Hövzələrin rektoru Qəzzanı bir tərəfdən qurumların və beynəlxalq normaların acizliyinin, insan hüquqlarında ikili standartların əks olunduğu aydın bir güzgü, digər tərəfdən isə əzab çəkən Qəzza xalqının dözümlülüyü, böyüklüyü və mübarizə aparan bir nümunə kimi təqdim etdi.
O, Fələstini Sionist rejimə qarşı müqavimət və mübarizənin ön cəbhəsi hesab etdi və bildirdi ki, əslində bu bütün İslam dünyasının və hətta bütün bəşəriyyətin ön cəbhəsidir. Çünki Sionist rejim yalnız bir ölkənin və ya bir bölgənin deyil, bütün İslam dünyasının və bütün cəmiyyətlərin düşmənidir.
Elmi Hövzələrin rektoru Fələstin xalqının problemlərinin aradan qaldırılması üçün İran İslam Respublikasının məntiqli və təklif olunan həll yolunu bütün fələstinlilər arasında seçkilərin və sorğunun keçirilməsi kimi qiymətləndirərək bildirib: “Sionist rejim və qərb cəmiyyətləri bu xalq tərəfindən seçilən, qəbul olunan və məntiqli həllin həyata keçirilməsinə imkan vermədikcə, yeganə yol zülm və işğala qarşı müqavimət göstərməkdir.
O, bəzi ölkələrin münasibətlərini normallaşdırmaq və ya iki dövlətli həll yaratmaq təkliflərini yanlış yollar hesab etdi.
Ayətullah Ərafi çıxışının sonunda bütün istiqamətdə o cümlədən iqtisadi, siyasi və mədəni əlaqələrin Sionist rejimlə kəsilməsinin zəruriliyinin izlənməsi və bu mövzuda diskursun yaradılması ilə bağlı tövsiyələr verdi.
Xəbərin sonu
Ayətullah Ərafi Malayziyada
Ayətullah Ərafi Malayziyada
Ayətullah Ərafi Malayziyada
Rəyiniz