cümə axşamı 4 sentyabr 2025 - 15:30
Əmirəl-möminin (ə) buyurub: Şiələrin Əhli-beyt (ə) qarşısında beş əsas vəzifəsi vardır

Hövzə / Əmirəl-möminin (ə) buyurub: Şiələrin Əhli-beyt (ə) qarşısında beş mühüm vəzifəsi vardır. O vəzifələr isə bunlardır: Onların fəzilətlərini tanımaq və öyrənmək, onlara ixlasla məhəbbət bəsləmək, Allah-Təalaya yaxınlaşmaq üçün Əhli-beytə təvəssül etmək, onların göstərişlərinə əməl etmək və qadağalarından çəkinməkdir. Bu vəzifələrə riayət etmək insanın səadətinə və aqibətinin xeyirli olmasına səbəb olur.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Nasir Rəfii “bizim Əhli-beyt (ə) qarşısında olan vəzifələrimiz” mövzusunda etdiyi çıxışında bu mühüm məsələyə toxunmuşdur. Həmin çıxışı siz hörmətli oxucularımıza təqdim edirik.

Əmirəl-möminin (ə) buyurur: “insanların biz Əhli-beyt (ə) qarşısında beş əsas vəzifəsi vardır. Bu beş vəzifəni yerinə yetirən kəs ən səadətli və xoşbəxt insandır.

Birinci vəzifə: Əhli-beyti (ə) tanımaq və onlar barədə maarif və məlumat əldə etməkdir.
Yəni insan gərək Əhli-beytin (ə) məqamını, fəzilətlərini dərk etsin və bu barədə mütaliə aparsın. Əziz gənclər, sizin ixtiyarınızda sosial media kimi imkanlar var. Bəzən vaxtınızı ayırıb Əhli-beyt (ə) barəsində öyrənməyə sərf edin. Məsələn, İmam Rzanın (ə) hədislərini, fəzilətlərini və həyat yolunu oxumaq insanın Əhli-beyt (ə) barəsində həqiqi bir mərifətə çatmasına səbəb olar.

İkinci vəzifə: Əhli-beytə (ə) ixlaslı məhəbbət bəsləməkdir.
Bu məhəbbət iki qismdir: Bəziləri yalnız iddia ilə “biz sevirik” deyirlər, halbuki bu həqiqi sevgi deyil. Əhli-beytə (ə) olan məhəbbət səmimi, ixlaslı və həqiqi olmalıdır.

Üçüncü vəzifə: Əhli-beyt (ə) vasitəsilə Allaha yaxınlaşmaq, yəni onlara təvəssül etməkdir.
Bu məfhumun əsası Quranda vardır və Peyğəmbər (s) ilə imamlar (ə) bizi təvəssülə təşviq etmişlər. Məsələn, biz dua etdikdə birbaşa Allahdan bağışlanma və ya şəfa diləyə bilərik, lakin Əhli-beyt (ə) bizə öyrədirlər ki, onlara təvəssül edək. Çünki Əhli-beytə təvəssül etmək sanki mötəbər bir vasitədən və zəmanətdən istifadə etmək kimidir. Bu əməl və dualarımıza daha çox dəyər qazandırır.

Quranda Yusif (ə) və Yəqub (ə) hekayəsində də bu məna bəyan olunur. Yusifin (ə) qardaşları üzr diləmək istədikdə birbaşa Allahdan bağışlanma istəmədilər, əksinə dedilər: «یا أبا استغفر لنا» “Ya əba istəğfir ləna” “Ey ata, bizim üçün bağışlanma dilə”. Yəni onlar Yəqubdan (ə) istədilər ki, Allahdan bağışlanma diləsin. Bu isə təbərrük və təvəssülün Qurani-Kərimdə olan əsaslarını göstərir.

Dördüncü vəzifə: Əhli-beytin (ə) göstərişlərinə əməl etməkdir.
Sadəcə oxumaq və tanımaq kifayət etmir, onların tövsiyələrini gündəlik həyatımızda tətbiq etmək lazımdır. Bu vəzifəyə şəriət hökmlərinə əməl etmək, əxlaqı gözəllikləri qorumaq, təqvaya riayət etmək və saleh əməllər yerinə yetirmək daxildir.

Beşinci vəzifə: Əhli-beytin (ə) qadağalarından çəkinməkdir.
Onlar bizə bir sıra “yerinə yetirilməli” və “ çəkinilməli ” əmrlər öyrətmişlər. Yerinə yetirilməli işlərə təqva, iman və namaz və.s daxildir. Amma çəkinilməli işlərə isə yalan, qeybət və digər günahlar aid olur. Bu qadağalardan uzaq durmaq və vacib əmrləri yerinə yetirmək, insanın Əhli-beyt (ə) qarşısındakı vəzifəsini layiqincə icra etməsinə səbəb olur.

Əmirəl-möminin (ə) buyurur: “Kim bizim Əhli-beyt (ə) qarşısında bu beş vəzifəni yerinə yetirsə, o kəs səadətə nail olar və aqibətə xeyirli olacaqdır.

Səsi dinləmək və yükləmək üçün bura klikləyin

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha