Hövzə Xəbər Agentliyi | Bu qeyd, İslam İnqilabı Rəhbərinin sözlərinə əsaslanaraq hazırlanıb və vurğulayır ki, Vəhdət həftəsi İslam ümmətinin birliyinə olan “qəlbdən inanc və imanın” rəmzidir. Həmçinin, o, vəhdətin dörd mərhələsini qarşıdurmadan çəkinməkdən başlayaraq İslam sivilizasiyası quruculuğuna qədər əməkdaşlığını təsvir edir.
Bu günlərdə mənəvi “Vəhdət həftəsinin” abu-havasında nəfəs aldığımız bir zamanda, İslam ümmətinin həmrəylik və qardaşlıq təqvimində daha bir səhifə çevrilmişdir.
Bu həftə, İslamın əziz Peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s) mübarək doğumunun bərəkəti ilə iki məzhəbi baxışın (12 və 17 Rəbiül-əvvəl) arasındakı günlərdə adlandırılmışdır ki, bu da özlüyündə müxtəliflik içində hörmət və vəhdətin canlı bir rəmzi olsun.
Beləki, Ali Rəhbərin vurğuladığı kimi, bu adlandırma “bir siyasi addım və ya taktiki hərəkət deyil. Bu qəlbdən gələn bir inanc və imandır. İran İslam Respublikası, sözün həqiqi mənasında İslam ümmətinin birliyinin vacibliyinə inanır və bu yol bizim dini rəhbərlərimizin və mərhum Ayətullah üzma Burucerdi kimi böyük alimlərin başçılıq etdiyi bir yol olubdur.
İslam İnqilabının Rəhbəri, vəhdətin mərhələlərini təsvir etməklə İslam ümmətinin qarşısına aydın və məntiqli bir yol qoymuşdur. O, vəhdətin mərhələlərini belə sadalayır:
Birinci mərhələ: Qarşıdurma və zərbə vurmaqdan çəkinmək. Vəhdətin ən əsas səviyyəsi budur ki, İslam cəmiyyətləri heç olmasa bir-birlərinə qarşı çıxmasın və bir-birlərinə qarşı cəbhə açmasınlar. Bu dialoq və əməkdaşlıq üçün təhlükəsiz bir mühit yaratmağın ilk və zəruri addımıdır.
İkinci mərhələ: Ortaq düşmənə qarşı birlik. Daha yüksək bir mərhələdir ki, burada İslam ölkələri bir-birlərinə zərər verməkdən çəkinməklə yanaşı İslamın ortaq düşmənlərinin fitnə və hücumlarına qarşı əl-ələ verərək bir-birlərini müdafiə edirlər.
Üçüncü mərhələ: Sinerji əməkdaşlıq. Bu mərhələdə İslam xalqları və ölkələri bir-birlərinə köməyə tələsirlər. Hər hansı sahədə daha irəlidə olanlar, yardıma ehtiyacı olanlara qardaşlıq və yardım əlini uzadırlar ki, İslam ümmətinin gəmisi daha güclü iradə ilə irəliyə doğru hərəkət etsin.
Ən üstün mərhələ: İslamın yeni sivilizasiyasının qurulması üçün vəhdət. Vəhdətin ən uca və son mərhələsi, bütün İslam dünyasının “Yeni İslam sivilizasiyasına” çatmaq üçün birləşməsidir. Bu böyük məqsəd, İran İslam Respublikasının ən ali idealı olaraq qəbul etdiyi bir hədəfdir. Möhtəşəm, inkişaf etmiş, dövrün şərtlərinə uyğun və eyni zamanda saf dini dəyərlərə köklənmiş bir sivilizasiya.
Vəhdət həftəsi yalnız bir təqvim münasibəti deyil. Düşünmək və əməl etmək üçün bir fürsətdir. Bu fürsət, Quranın və Əhli-beytin (ə) kölgəsində bir daha əhd bağlamaq, kiçik və tarixi fərqlilikləri kənara qoymaq və qardaşlıq, İslamın izzəti və şərəfi olan ortaq və əsas dəyərlərimizə sadiq qalmaq üçün bir imkandır.
İnşallah bu vəhdət həftəsi bütün dünya müsəlmanları üçün həmrəylik, əməkdaşlıq və eyni dilə sahib olma mövsümünün öncülü olsun.
Samirə Gülkar
Xəbərin sonu
Rəyiniz