Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən,Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin həftəlik çıxışında dedi: Təxminən tam iki ildir ki, düşmən İsrail, Qəzzada fələstinlilərə qarşı vəhşi təcavüz və soyqırımı davam etdirir. Düşmən İsrail təcavüzünü davam etdirməklə yanaşı, Qəzza şəhərinə hücumlarını da gücləndirib.Düşmən İsrail Qəzzaya qida çatdırılmasının qarşısını alması, mühasirə və içməli su probleminin yaratması kimi cinayətlərini davam etdirir və Qəzza şəhərinə hücum etməklə xalqın əzablarını daha da artırıb.
Sionistlərin Amerikanın dəstəyinə arxalanaraq daha da həyasızlaşması
Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin, dedi: Düşmən İsrail dünya üçün aşkar olan və beynəlxalq qınama doğuran cinayətlərini hələ də davam etdirir. İsrail təcavüzlərində daha da həyasızlaşıb. Çünki ABŞ-ın roluna və onunla şərikliyə arxalanır. Dünya ölkələri nə qədər çox etiraz etsə və İsrailin bu dəhşətli cinayətlərinə şahid olduqlarına görə nə qədər utancla qarşılaşsalar, ABŞ bir o qədər çox addım ataraq İsraili dəstəkləyir. Bu həftə ABŞ BMT Təhlükəsizlik Şurasında atəşkəs və İsrailin Qəzzaya qoyduğu məhdudiyyətlərin aradan qaldırılmasını tələb edən qətnamə layihəsini rədd etdi. Mənəvi dəstəyin bir hissəsi olaraq, Konqresin 250 üzvündən ibarət bir heyət İsraili və onun cinayətlərini dəstəkləmək üçün genişmiqyaslı səfərdə iştirak etdi.
İsrailin məqsədi Qərb sahilinin tam işğalıdır
Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin dedi: Düşmən İsrail, yəhudilərin yeni ili münasibətilə Əl-Əqsa məscidinə hücumları və Qüds əhalisinə təzyiqləri gücləndirib. İsrail Qərb sahilində təcavüzkarlığını və ilhaq siyasətini davam etdirir. Onun təcavüz və cinayətləri xüsusilə Fələstinin ikinci mühüm şəhəri olan Xəlil şəhərinə yönəlib ki, orada tam nəzarəti ələ alsın. İsrail tədricən Qərb sahilinin tam işğalı ardınca gedir. Hərçənd ki, praktik olaraq nəzarət mövcuddur, lakin bu rejim hərtərəfli işğalçılıq istəyir.
Qəzzada mücahidlərin hücumları imani və cəsarətli müqavimətin rəmzidir
Yəmənin Ənsarullah hərəkatının lideri Seyyid Əbdülməlik Bədrəddin dedi: Qəzza zolağındakı mücahid qardaşlarımız çox məhdud imkanlarla düşmənə qarşı qəhrəmanlıq və cihad əməliyyatlarını davam etdirirlər. Əl-Qəssam, əl-Qüds briqadaları və digər mübariz qruplar bir neçə əməliyyat həyata keçirərək yüksək təsirlə müqaviməti davam etdirirlər. Qəzzada mücahidlərin əməliyyatları düşmən zabit və hərbçilərinə qarşı snayper hücumları, pusqular qurmaq, qərargahları partlatmaq və düşmən texnikası, əsgərlərinə qarşı minalanmış sahələr yaratmaq kimi müxtəlif formalarda olub. Düşmən bu əməliyyatların əhəmiyyətini və onların doğurduğu itkiləri kiçiltmək üçün hadisələri yol qəzaları kimi təqdim edir. Bu həftə cəsarətli bir əməliyyat keçirildi və Əl-Qəssam briqadaları düşmən hərbçiləri və maşınlarının yerləşdiyi Şeyx Rizvan ətrafında qəfil hücum həyata keçirdi. Əl-Qəssam və əl-Qüds briqadaları öz istehsalları olan raketlərlə Qəzzanın cənub və qərbində düşmən hərbçilərinin mövqelərinə raket hücumları təşkil etdilər. Qəzzada mücahidlərin əməliyyatları iman və cəsarətə əsaslanan müqavimətin rəmzi və Qəzza zolağındakı mübariz qardaşlarımızın böyük sabitqədəmliyinin göstəricisidir.
Qəzzada aparılan cihad İslam ümməti üçün böyük bir sübut və nümunədir
Yəmənin Ənsarullah hərəkatının lideri dedi: Qəzzada mücahidlərin əməliyyatları ümmətə və onlara arxadan xəncər vuran, düşmən İsrail ilə əlbir olan rejimlərə qarşı böyük bir dəlildir. Bəzi rejimlər sadə və yarım‑ağır silahların götürülməsini tələb etdiyi halda, ABŞ hələ də İsrail düşməninə dayanmadan ölümcül silahların göndərişlərini davam etdirir.
Əlbir olan ərəb rejimləri isə insanlıq, dini və əxlaqi məsuliyyətlərini yerinə yetirmək əvəzinə mücahidlərin silahlarının alınmasını tələb edirlər.
Suriya dövlət məmurları regionda ABŞ-ın planının bir hissəsidir
Yəmənin Ənsarullah hərəkatının lideri Seyyid Əbdülməlik Bədrəddin dedi: Düşmən İsrail milli Suriya suverenliyini tamamilə pozmağa davam edir, halbuki Suriyaya rəhbərlik edən qruplar sülh axtardıqlarını iddia edirlər. Suriya əsas rəhbər qrupları İsraili düşmən hesab etmir və onunla təhlükəsizlik sahəsində razılaşma və koordinasiya axtarırlar. Bu qruplar regionda ABŞ-ın planının bir hissəsi olmaq istəyirlər ki, bu gələcəkdə onlara heç bir fayda verməyəcək. Hətta Suriyaya hakim qruplar İsraillə təhlükəsizlik razılaşmaları imzalasalar da bu İsrail üçün hər hansı təcavüzü haqlı göstərmək və örtmək üçün bəhanə olacaq. İsrail “Davud keçidi” planını həyata keçirməyə can atır və Suriya sionist xəritəsində yer alır ki, Fərat çayına çatsın və bu məqsədlər ABŞ-la birlikdə müəyyən edilib. Suriyaya başçılıq edən qrupların davam edən zülmü və azlıqları İsrail düşməninə yönləndirməsi sionist planının bir hissəsidir.
Sionistlərin ölkəni tərk etməsi və İsrail rejimi ordusundan qaçması
Yəmənin Ənsarullah hərəkatının lideri Seyyid Əbdülməlik Bədrəddin dedi: Düşmən etiraf edir ki, misli görünməmiş əks miqrasiya baş verir və bu, fələstinlilərin müqaviməti və mücahidlər ilə xalqın sabitqədəmliyinin nəticəsidir. Ölkəni tərk edən sionistlərin aralarında ümidsizlik yayılıb. Düşmən bildirir ki, bir çox rəsmi zabitlər erkən təqaüdə çıxmaq istəyir və qüvvə çatışmazlığı 12 min əsgərə çatıb. Əsgərlərin qaçışı düşmən arasında geniş yayılmış bir fenomenə çevrilib və bu Qəzzadakı müqavimət və fədakarlığın nəticəsidir.
Tom Barakın açıqlamaları regiondakı bütün vəziyyəti açıq şəkildə göstərdi
Yəmənin Ənsarullah hərəkatının lideri Seyyid Əbdülməlik Bədrəddin dedi: Tom Barak, ABŞ-ın Suriya və Livan üzrə xüsusi nümayəndəsi, ABŞ-ın mövqeyini və rəsmi siyasətini göstərən rəsmi açıqlamalar verib. Bu açıqlamalar böyük əhəmiyyət kəsb edir, tamamilə aydındır və hər kəsin ondan xəbərdar olması vacibdir. ABŞ-ın Suriya, Livan, Fələstin və bütün regiona yanaşmasının reallığını göstərən bu açıqlamalar göstərir ki, İsrail fərqli bir hekayədir və ABŞ-ın ürəyində xüsusi mövqeyə malik mühüm strateji müttəfiqdir. Hər hansı ərəb rejimi nə etsə və ABŞ-ın mühüm maraqlarını təmin etsə belə, Vaşinqton bundan razı qalmayacaq.
Ərəb rejimlərinin ABŞ-ın regiondakı planlarına xidməti onları Vaşinqton üçün İsrail səviyyəsinə qaldırmır. ABŞ region ölkələrini yalnız “sağılan inək” kimi görür, özü də bunu açıq şəkildə bildirib. İsraillə bağlı isə ABŞ üçün önəmli deyil ki, ərəb tərəfi ilə hər hansı bir ittifaq qurulsun. ABŞ baxımından İsrailin bu ölkələrə qarşı təcavüz etməsi üçün əl açıqdır. ABŞ-ın xüsusi nümayəndəsi İsraillə sülh barədə dedi ki, sülh xəyaldır və ərəb ölkələri bunun ardınca, susuz bir insanın oazis axtarması kimi qaçır. Nümayəndə əlavə etdi ki, keçmişdə sülh olmayıb və gələcəkdə də olmayacaq.
Ey ərəblər, ey münasibətləri normallaşdırmaq istəyənlər, ayılın və anlayın əgər hələ də sizdə dərk və anlama gücü qalıbsa. ABŞ-ın nümayəndəsi dedi ki, münaqişənin əsli sərhədlər üstündə deyil, nəticə etibarilə bir tərəf hökmranlıq etmək istəyir və bu söz digər tərəfin təslim olması deməkdir. Biz daim deyirik ki, Amerika və İsrailin bölgəyə sırımaq istədiyi tənlik hökmranlıq, nəzarət və tam istibdaddır.
Bu hökmranlığla razılaşan hər kəs hər bir şeyini o cümlədən insanlığını, şərəfini, azadlığını, dinini, kimliyini və həm dünyadakı, həm də axirətdəki həyatını itirər. Amerika öz istəyini aydın şəkildə ifadə edib və ABŞ rəsmisi bunu səsləndirib. Bəs regional ərəb dövlətləri və rəsmiləri bu bəyanatlara qarşı reaksiya verməli deyildilərmi? ABŞ-ın açıqlamaları son dərəcə təhrikedici sayılmalı və ərəb rəsmilərdən, xüsusən Suriyada və Livanda, güclü cavablar almalı idi.
Livanın ABŞ nümayəndəsinin açıqlamalarına reaksiyası qəribə idi və təslimiyyət və alçalma tənliyini qəbul etmənin əlaməti sayıldı. Ərəb rəsmi qurumları arasında ən təhrikedici addımlar İsrail və ABŞ tərəfindən atılır, lakin cavablar zəif və soyuq olur. ABŞ nümayəndəsi İsrailin Qətərə hücumunu normal hesab etdi və bunun ABŞ strategiyasının bir hissəsi olduğunu bildirdi. O, Misir və Səudiyyəni tənqid etdi ki, niyə fələstinliləri qəbul etmirlər. Misir və Səudiyyə fələstinlilərin məcburi köçürülməsini rədd edən mövqelərini sabit saxlamalıdırlar. ABŞ nümayəndəsi isə beynəlxalq ictimaiyyətin iki dövlətli həll mövqelərini təhqir etdi.
Xəbərin sonu
Rəyiniz