Hövzə Xəbər Agentliyinin müxbirinin məlumatına görə, ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərəfi, , 2025 ci ilin 27 sentyabrında, Ayətullah Üzma Cəfər Subhaniyə aid əsərlər toplusunun proqram təminatının (versiya 4) təqdimat mərasimində və İmam Sadiq (ə) institutunun Kəlam üzrə ixtisaslaşmış mərkəzində tədris ilinin açılışı zamanı, “Əla” surəsinin ayələrinə istinad edərək bildirib: Bu gün hövzənin əsas missiyasının mərkəzində ilahi biliklərin yenidən işlənməsi və izahı və cəmiyyətin oyandırılması dayanır. Bu, peyğəmbərlərin böyük vəzifəsi ilə eyni səviyyədədir. Elə bir vəzifə ki, onların ardınca hidayət İmamı, alimlər və hövzə elmlərinə ötürülmüş və tarixi davamlılıq qazanmışdır.
Rektor qeyd edib ki: “Əla surəsində ünvanlanmış müraciətlər üç əsas cümlə və Allahın vəzifəsinin həyata keçirilməsi üçün üç əsas sütunu göstərir. Bu müraciətlər yalnız Peyğəmbərə (s) və insanları hidayət edən rəhbərlərə xasdır, ümumi vəzifələrdən ibarət deyil.”
Ölkə üzrə Elmi Hövzələrin Ali Şurasının üzvü əlavə edib:
“Surənın bir ayəsində deyilir:«سبح اسم ربک الاعلی»
“Rəbbinin ən uca adını tərifləyərək təbliğ et.” Peyğəmbər (s) Rəbbini tərifləyən olmalıdır. Yəni ilk şərt, nəfsin tərbiyəsi və ibadət mövqeyidir, və bu tərbiyə və ibadət mövqeyi hidayətin ilkin şərtidir.
İkinci şərt: İlahi ayələrə yetkin münasibət və məlumatlılıqdır, çünki “Allahın ayələri Peyğəmbərə göndərilir ki, O, bəşəri hidayət etsin.”
Üçüncü şərt: Mesajın düzgün çatdırılması üsullarını öyrənmək, yəni hikmət və uyğun ədəbi metodla dini təbliğ etməkdir.”
Ayətullah Ərəfi əlavə edib:
“Bu üç sütun (ibadət/tərbiyə, elm/məlumatlılıq, üsul/hikmət) hövzələrin işində rəhbər olmalıdır:
Birinci mövqe – tərbiyə və ibadət.
İkinci mövqe – elm və bilik, bu mövqe hövzələrdə mövcuddur və özünü göstərir.
Üçüncü mövqe – üslub və hikmət, hövzələr dövrün xüsusiyyətlərini bilməli və buna uyğun fəaliyyət göstərməlidir.
Bu gün hövzə fikri və mədəni dalğalar qarşısındadır, buna görə də bu üç əsas sütunda ciddi addımlar atmalıdır.

Ölkə üzrə Elmi Hövzələrin rektoru, tələbələr və hövzə qarşısında gələcəkdə daha böyük məsuliyyətlərin və vəzifələrin dayanacağını qeyd edərək, onlardan cəmiyyətin doğru yola yönəldilməsi istiqamətində “öz təşəbbüsü ilə” hərəkət etmələrini xahiş etdi. Çünki hər bir dərs otağı etiqadların müdafiəsi üçün bir səngərdir.
Ayətullah Ərəfi sözlərinin davamında bildirdi ki, hövzə kəlamı və kəlam fəaliyyəti bir neçə əsas dairədə fəal olmalıdır:
Birinci: Daxili dini dairə, fikirin təmizlənməsi və düşüncə azğınlığna qarşı mübarizə;
İkinci: İslam dünyası dairəsi, burada Əhli-beyt bilikləri təqdim edilməli və müxtəlif düşüncə məktəbləri ilə qarşılıqlı əlaqə qurulmalıdır.
Üçüncü: Vahid-dinlər dairəsi, dərin dialoq və əsaslı müzakirələrin aparıldığı səhnə.
Dördüncü: Şərq dinləri və məktəbləri dairəsi, ümumiyyətlə digər şərq təlimləri ilə əlaqə.
Beşinci: Din üstü dairə, məsələn, yeni ateizm ilə qarşılaşmalar, bu isə geniş əhatəli yanaşma və seçilmiş düşüncə adamlarının hazırlanmasını tələb edir.
Ölkə üzrə Elmi Hövzələrin rektoru vurğuladı ki, Qum hövzəsi bu beş dairədə də məntiq və kəlam prinsipləri ilə fəaliyyətini davam etdirməli və kəlam elminin əhatə dairəsi inkişaf etdirilməlidir.

Ayətullah Ərəfi, kəlam elminin digər elmlərlə əlaqəsi barədə bildirib ki, əsas elmlərdə müzakirə olunan mövzular bəzən şübhə doğura bilər. Buna görə də İslam humanitar elmlərində kəlam yönümlü yanaşmanın tətbiqi vacibdir.
O, fəlsəfi sistemlər və əlavəli fəlsəfənin roluna diqqət çəkərək dedi: Bunlar İslam humanitar elmlərinin ruhudur. Ona görə də fıqıh alimi fıqhi düşüncəyə qarşı həm müdafiə, həm də izah mövqeyi tutmalı, eyni zamanda insan elmlərini fəlsəfi yanaşma ilə araşdırmalıdır ki, onların İslam prinsipləri ilə uyğunluğu aydın olsun.
Ölkə üzrə Elmi Hövzələrin rektoru daha sonra yeni texnologiyalara toxunaraq bildirdi ki, süni intellekt sürətlə inkişaf edir və bu sahədə bir çox problemlər yaradır. Bilik sərhədlərini genişləndirir və elmlərin dərinliyinə nüfuz edir. Hövzə bu sahədə geri qalmaq haqqına malik deyil.
Hövzələrin Ali Şurasının üzvü əlavə etdi ki, süni intellekt İslam elmləri ilə bir neçə istiqamətdə əlaqəlidir və hövzə həm tədqiqat, həm də praktik tətbiq baxımından bu sahədə fəal olmalıdır.
Ayətullah Ərəfi bir daha vurğuladı ki, hövzə gələcəyə yönəlik hazırlıqlı olmalıdır. Tələb olunan insan resurslarının (dini təbliğatçı, tədqiqatçı, müəllim) həm sayını, həm də keyfiyyətini müəyyən etməli və buna uyğun proqramlaşdırma aparmalıdır.
O qeyd etdi ki, elmi əsasların zəifləməsi və kəlam yanaşmasının olmaması şübhələrin və almaların yayılmasına səbəb ola bilər. Buna görə də ibadət, elm və hikmətin birləşməsi hövzənin tədris, tədqiqat və təbliğat fəaliyyətinin ön cəbhəsində olmalıdır.
Ayətullah Ərəfi əlavə etdi ki, İslam elmlərinin kompüter tədqiqat mərkəzi son illərdə süni intellektin İslam və humanitar elmlərə tətbiqi sahəsində çox qiymətli işlər görmüşdür və bu mərkəzin rəhbəri olan Höccətül-İslam vəl-müslimin Bəhramiyə təşəkkürünü bildirmək yerinə düşür.
Xəbərin sonu.










Rəyiniz